
PAYTAXTDA KÜTLƏVİ HƏBSLƏR HƏYATA KEÇİRİLİB
Çadın təhlükəsizlik xidməti dövlət çevrilişinin qarşısını alıb
Ölkənin rabitə naziri Həsən Bakarinin məlumatına görə, sui-qəsdçilər çevrilişi bir neçə ay ərzində hazırlayıblar.Nazirin sözlərinə görə, sui-qəsdçilər həbs edilərək hüquq-mühafizə orqanlarına təhvil veriliblər.Ölkə müxalifətinin lideri Seleh Kebzabonun sözlərinə əsasən isə hakimiyyət paytaxt Ncamenada çoxsaylı həbslər həyata keçirib. Həbs olunanlar arasında parlamentin müxalifətdən olan deputatı Saleh Məkki də var.