
MƏHƏMMƏDRZA REANİMASİYAYA YERLƏŞDİRİLİB
İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər infarkt keçirib. Trend-in məlumatına görə, bu barədə İranın İLNA agentliyi xəbər verir.
Məlumata əsasən, Bahünər Tehranın Şəhid Rəcayi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.