" "Bank Respublika"dan uzaq durun!" "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımında Əjdər Sərvər adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "13 fevral, axşam 5 saatlarında Bank Respublikaya məxsus maaş kartımla mənə məxsus digər karta (aktivdir, daim o kartla pul transferi edirəm) pul köçürmüşəm. Köçdüyünə dair çek də verib. Amma hələ karta köçməyib, geri maaş kartına da gəlmir. Havada asılı qalıb.
21-ci əsrdə bu nə texnoloji xidmətdir????
Dəstəyə zəng etmişəm, öz xətalarını qəbul etmək yerinə, əsassız səbəblər. Deyir, bir neçə iş günündən sonra geri öz kartınıza gələcək.
Göyərçin ilə göndərmisiniz pulu ?"








