Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Göyərçin ilə göndərmisiniz pulu..?"
"Göyərçin ilə göndərmisiniz pulu..?"16-02-2026, 13:28 |
|
" "Bank Respublika"dan uzaq durun!" "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımında Əjdər Sərvər adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "13 fevral, axşam 5 saatlarında Bank Respublikaya məxsus maaş kartımla mənə məxsus digər karta (aktivdir, daim o kartla pul transferi edirəm) pul köçürmüşəm. Köçdüyünə dair çek də verib. Amma hələ karta köçməyib, geri maaş kartına da gəlmir. Havada asılı qalıb.
21-ci əsrdə bu nə texnoloji xidmətdir????
Dəstəyə zəng etmişəm, öz xətalarını qəbul etmək yerinə, əsassız səbəblər. Deyir, bir neçə iş günündən sonra geri öz kartınıza gələcək.
Göyərçin ilə göndərmisiniz pulu ?"
Geri qayıt |