
NORMAL OLMAYAN YAĞINTI PROBLEMLƏR YARADIB
Bu gecə Moskvaya 6 santimetr qar yağıb - bu, oktyabrın sonu üçün xarakterik olmayan yağıntı normasıdır.
ANS - PRESS «Ria-Novosti»yə istinadən bildirir ki, yağan qar dərhal ərimyə başlayıb ki, bu da piyadaların və avtomobillərin hərəkətinə çətinlik yaradıb. Oktyabrın 28-də səhər saatlarında temperatur yeddi dərəcəyə qədər qalxıb, axşama hava daha da qızacaq.