“Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputat Bəxtiyar Sadıqov ortada yoxdur.
Ajans.az-ın əldə etdiyi məlumata görə, son günlər baş verən hadisələrlə bağlı onun mövqeyi qaçılmazdır. Lakin edilən zənglərə cavab verilmədi.
Bəxtiyar Sadıqovu uzun illər, Ramiz Mehdiyevin kadrı kimi tanıyıblar. Ümumilikdə, onun vəzifədə olan yaxınlarının işində birbaşa Ramiz Mehdiyevin birbaşa müsbət təsiri olub. Hətta həmin şəxslərin vəzifələrində yol verdiyi nöqsanların aradan götürülməsində də danılmaz rolu olub.
Bəxtiyar Sadıqovu Ramiz Mehdiyevlə başqa detallar da bağlayır. Ramiz bəyin çıxışlarını, kitablarını bütün bölgələrdə tanıtmaq və konfranslar keçirtmək Bəxtiyar Sadıqovun öndə gedən işlərindən olub.
Həmçinin, keçən il Bəxtiyar bəy parlamentdə “Azərbaycan” qəzetinin maddi səbəblərdən bağlanacağı təhdidi ilə çıxış etmişdir. Lakin qəzetin bütün xərcləri dövlətin üzərindədir. Bu çıxışla, düşmən mediasının əleyhimizə fikirlər səsləndirməsinə şərait yaratmışdır.
Ajans.az olaraq, Bəxtiyar bəylə Ramiz Mehdiyevin həbsi ilə bağlı fikirlərini öyrənmək üçün əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.