"Paşa Bank"dan "Paşa Holdinq"ə... .....                     “Qutusu açılmayıb” deyib köhnə telefon satırlar .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib .....                     “Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” .....                     Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: .....                     “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” .....                     Agentlik sədri özünə yeni müşavir təyin etdi .....                     DSX-nin hərbi qulluqçuları təltif edilib .....                     Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib .....                     Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib .....                     "Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                     " Uşağı doyunca qucaqlaya bilmədik..." .....                     Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub .....                     Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib .....                     Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? .....                     Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur .....                     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... .....                     Bakıda axşam konsertləri davam edir .....                     İrandan Zəngəzura yeni TƏHDİD .....                     "Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." .....                     Kəlbəcərdə narazılıq yaradan KİMDİR? .....                     Bu sahədə də GERİDƏ QALMIŞIQ... .....                     Keçmiş deputatın şirkəti QANUN BİLMİR .....                     Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... .....                     Ruslar “Fire Point” zavodunu vura bilib? .....                     Allahı sonradan tanıya bildim... .....                     Səs sala bilmişdi... .....                 

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Tarix: Bu gün, 11:35 | Çap et

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə 01.07.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AĞA-EE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 423.055,71 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.08.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu “AĞA-EE İNŞAAT” MMC ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlar arasında bağlanan ilk müqavilə deyil.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 27.09.2024-cü ildə “AĞA-EE İNŞAAT” MMC ilə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə 7.664.193,62 manat dəyərində müqavilə bağlayıb.

Sözügedən Fond “AĞA-EE İNŞAAT” MMC ilə 3.096.254,75 manat dəyərində bir müqavilə də Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 45 №-li yaşayış binasının tikintisi üzrə 13.03.2020-ci ildə bağlayıb.

Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Bu işlər Komitənin Mənzil İstismar Departamenti tərəfindən keçirilən satınalmalar yolu ilə həyata keçirilir. başqa sözlə desək tenderlər Komitə rəhbərlərinə yaxın şirkətlərə verilir.

Burada maraqlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Ayrı-ayrı rayonlarında olan məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri niyə bir şirkətə verilir? Eyni zamanda beş rayonda yerləşən köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmiri niyə bir şirkətə həvale olunur?

Məsələn Biləsuvar, Sabirabad, Saatlıdakı məcburi köçkün qəsəbələri niyə ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Hər rayonda olan məcburi köçkün qəsəbələrində təmirə ehtiyacı olan evlarin layihə smetasını tutub, həmin yer üzrə ayrı tender keçirmək mümkün deyilmi?

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti yalnız 2026-ci ilin son 8 ayı ərzində rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə onlarla müqavilələr bağlayıb.

Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 341.801,7 manat dəyərində müqavilə “STAR CONSTRUCTION GROUP” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində müqavilə “KƏNDAHAR” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.

Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmiri üzrə 979.111,02 manat dəyərində müqavilə “RESİNG CONSTRUCTİON GROUP” MMC ilə 27.02.2026-cı ildə bağlanılıb.

Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 447.667,61 manat dəyərində müqavilə “İS TƏMİR TİKİNTİ” MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 454.937,49 manat dəyərində müqavilə “REAL-İNŞAAT” MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.

Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ayrı-ayrı rayonlarda məcburi köçkün qəsəbələrində təmir işlərini ayrı-ayrı şirkətlərə verib.

Bəs bu şirkətin eyni zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişlərini yerinə yetirməyə maddi texniki bazası varmı?

Götürək elə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin son müqavilə bağladığı “AĞA-EE İNŞAAT” MMC-ni.

Medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. (Dövlət Vergi Xidmətinin məlumatlarında isə nizamnamə kapitalı 10 manat olan “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı olduğu göstərilir) Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Göründüyü kimi “Ağa-EE İnşaat” MMC 2026-cı ilin martında əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib. Bəs bu MMC-nin dörd ay keçdikdən sonra dövlət satınalmalarında iştirakı nə dərəcədə qanunidir?

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:

Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;

Göründüyü kimi “Ağa-EE İnşaat” MMC Mənzil İstismar Departamentinin tender prosedurunda iştirakla bağlı müraciətindən cəmi 4 ay əvvəl inzibati məsuliyyətə cəlb edilib və cərimə tətbiq olunub.

Qeyd edək ki, belə hallara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müqavilə bağladığı bütün şirkətlərin də fəaliyyətində rast gəlmək mümkündür. Çünki maddi texniki bazası şübhə doğuran bu şirkətlərin heç biri eyni zamanda ayrı ayrı rayonlarda təmir işləri aparmaq iqtidarında deyillər. Bu şirkətlər yerlərdə heç bir müqavilə bağlamadan fəhlələrə günəmuzd 10-15 manat verib əmək haqqı adı altında külli miqdarda dövlət vəsatini talan edirlər.

Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var.

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Agentlik sədri özünə yeni müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:14
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SİYAHI
Bu gün, 12:13
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - ADLAR
Bu gün, 12:12
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Kəlbəcərdə narazılıq yaradan KİMDİR? - Görünəni odur ki...
Bu gün, 07:23
Bu sahədə də GERİDƏ QALMIŞIQ... - MALƏSƏF...
Bu gün, 07:17
Keçmiş deputatın şirkəti QANUN BİLMİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:13
Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
Ruslar “Fire Point” zavodunu vura bilib? - Rəsmi Kiyev təkzib edir...
Bu gün, 07:00
Allahı sonradan tanıya bildim... - REPLİKA
Bu gün, 06:54
Səs sala bilmişdi... - SƏSSİZ GETDİ...
Bu gün, 06:47
Erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın - Bir fotonun izi ilə...
Bu gün, 06:32
Tramp əgər Azərbaycanın dostudursa... - "Etmir, deməli, etmək istəmir..."
Bu gün, 06:22
"Sənin milli heç nə ilə əlaqən yoxdur, amma təəssüf ki, MİLLİ Məclisdəsən..." - ETİRAZ
Bu gün, 06:14
Babək Hüseynovun 'vurulmasında' FRANSIZ İZİ... - İLGİNC İDDİALAR
Bu gün, 05:55
ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatır - TƏFƏRRÜAT
Bu gün, 05:18
Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verib - Bakıda
Bu gün, 05:15
"BADƏ" restoranının qarşısında baş verən davalar nə vaxta qədər davam edəcək?" - VİDEO
Bu gün, 05:06
Paşinyanı hakimiyyətə Sarksiyan gətirib? - ƏSLİNDƏ...
Bu gün, 04:57
“Atın qabağına ət, itin qabağına ot qoyurlar; elə müğənnilərə fəxri adlar verirlər ki..” - Tacirdən sərt ETİRAZ...
Bu gün, 04:55
Türkiyəni silkələyən əməliyyatda şok detal – gizli “Glooper” üzə çıxdı
Bu gün, 04:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru