"Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib. Tramp dostumuzdursa, parlamentə nəzarət etdiyi halda niyə bu düzəlişi birdəfəlik ləğv etmir?.." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O, "Tramp dostumuzdur, amma ABŞ- ı sistem idarə edir şəxs yox..." iradına isə belə cavab verib:
"Sistem məsələsi müxalifət partiyasının da dəstəyi lazım olanda və ya məsələ məhkəmələrdən asılı olanda, yaxud da ştatların səlahiyyətinə aid olduqda başadüşüləndir. Burada isə məsələ tam hakim partiyanın əlindədir. Etmir, deməli, etmək istəmir...
























