Fazil bəyi görsəm, ona iki-üç sual verərdim.
Məsələn:
– Birincisi, "Haran ağrıyır, ay Fazil?" deyə soruşardım. Bəlkə, ağrıdandır?
Sonra soruşardım:
– Bakıda farslar toplu şəkildə yaşayırmı?
– Azərbaycanın hansı bölgəsində fars toplumu yaşayır?
Fazil bəyin cavabından asılı olmayaraq (çünki, burada da "ağlın" işlədə bilər), bu sualların cavabı: Azərbaycanın heç bir bölgəsində, hətta Təbrizə qədər və Təbrizdən sonra da farslar bu bölgələrdə yaşamırlar.
Davamında da soruşardım:
Bəs Fazil bəy, heç eşitmisiniz ki, hansısa fars desin ki, Bakı bizim deyil?
Əksinə, nəinki Bakı, "bütün Azərbaycan bizimdir" deyirlər.
Yəqin ki, bu suallarıma cavab olaraq deyəcək ağıllı söz tapmayacaq 40 ildi dəyişməyən əndrəbadi ləhcəsi ilə.
Farslar bu cür təbliğat və siyasət yürütdükləri üçün yaşadığımız ölkənin və bölgələrin adı tarixdəki "fazilsifət"lərə görə fars adlarıdır.
Fars millətçiləri bunu edir, Fazil bəy. Onların olmaya-olmaya "bizimdir" deyirlər.
İndi sən, Fazil bəy, necə millisən ki, bizim olana "bizim deyil" deyirsən?
Belə bir milli düşüncəsizlik haradandır?
Sənin milli heç nə ilə əlaqən yoxdur, amma təəssüf ki, MİLLİ Məclisdəsən.
Düşünürmüş kimi də durub poza verirsən, amma düşündüyün şeylərin adı yaxşı çıxmır deyə yazmıram.
Vurğun Müzəffərli - "DİA-AZ"
























