"Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                     " Uşağı doyunca qucaqlaya bilmədik..." .....                     Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub .....                     Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib .....                     Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? .....                     Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur .....                     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... .....                     Bakıda axşam konsertləri davam edir .....                     İrandan Zəngəzura yeni TƏHDİD .....                     "Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." .....                     Kəlbəcərdə narazılıq yaradan KİMDİR? .....                     Bu sahədə də GERİDƏ QALMIŞIQ... .....                     Keçmiş deputatın şirkəti QANUN BİLMİR .....                     Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... .....                     Ruslar “Fire Point” zavodunu vura bilib? .....                     Allahı sonradan tanıya bildim... .....                     Səs sala bilmişdi... .....                     Erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın .....                     Tramp əgər Azərbaycanın dostudursa... .....                     "Sənin milli heç nə ilə əlaqən yoxdur, amma təəssüf ki, MİLLİ Məclisdəsən..." .....                     Babək Hüseynovun 'vurulmasında' FRANSIZ İZİ... .....                     ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatır .....                     Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verib .....                     "BADƏ" restoranının qarşısında baş verən davalar nə vaxta qədər davam edəcək?" .....                     Paşinyanı hakimiyyətə Sarksiyan gətirib? .....                     “Atın qabağına ət, itin qabağına ot qoyurlar; elə müğənnilərə fəxri adlar verirlər ki..” .....                     Türkiyəni silkələyən əməliyyatda şok detal .....                     Yaxın Şərq ölkələri Hörmüzdən gizli neft daşıyır .....                 

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:55 | Çap et

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama əsasən, təqsirləndirilən şəxs Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.


Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.


Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.


İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə – onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.


2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.


İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.


Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.


Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.


Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.


Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: “Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur”.


Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.


Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.


O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.


Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.


Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.


Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Kəlbəcərdə narazılıq yaradan KİMDİR? - Görünəni odur ki...
Bu gün, 07:23
Bu sahədə də GERİDƏ QALMIŞIQ... - MALƏSƏF...
Bu gün, 07:17
Keçmiş deputatın şirkəti QANUN BİLMİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:13
Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
Ruslar “Fire Point” zavodunu vura bilib? - Rəsmi Kiyev təkzib edir...
Bu gün, 07:00
Allahı sonradan tanıya bildim... - REPLİKA
Bu gün, 06:54
Səs sala bilmişdi... - SƏSSİZ GETDİ...
Bu gün, 06:47
Erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın - Bir fotonun izi ilə...
Bu gün, 06:32
Tramp əgər Azərbaycanın dostudursa... - "Etmir, deməli, etmək istəmir..."
Bu gün, 06:22
"Sənin milli heç nə ilə əlaqən yoxdur, amma təəssüf ki, MİLLİ Məclisdəsən..." - ETİRAZ
Bu gün, 06:14
Babək Hüseynovun 'vurulmasında' FRANSIZ İZİ... - İLGİNC İDDİALAR
Bu gün, 05:55
ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatır - TƏFƏRRÜAT
Bu gün, 05:18
Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verib - Bakıda
Bu gün, 05:15
"BADƏ" restoranının qarşısında baş verən davalar nə vaxta qədər davam edəcək?" - VİDEO
Bu gün, 05:06
Paşinyanı hakimiyyətə Sarksiyan gətirib? - ƏSLİNDƏ...
Bu gün, 04:57
“Atın qabağına ət, itin qabağına ot qoyurlar; elə müğənnilərə fəxri adlar verirlər ki..” - Tacirdən sərt ETİRAZ...
Bu gün, 04:55
Türkiyəni silkələyən əməliyyatda şok detal – gizli “Glooper” üzə çıxdı
Bu gün, 04:52
Yaxın Şərq ölkələri Hörmüzdən gizli neft daşıyır - "Bloomberg"
Bu gün, 04:50
Admiraldan etiraf: - Ekipaj yorulub!
Bu gün, 04:48
Heydər Əliyev general Abbasəli Novruzovu niyə danlamışdı? – Tarixi müşavirənin VİDEOSU
Bu gün, 04:47
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb - WP
Dünən, 09:01
“Qara qu quşu” dövrü - Müharibə qəfil başa çata bilər
Dünən, 08:59
Tehran İrəvandan tələb edir, ABŞ hazırlıq görür: Zəngəzur dəhlizini kim qoruyacaq? - GƏLİŞMƏ
Dünən, 08:57
Şah İsmayıl Xətaiyə 'MƏZHƏB FAŞİSTİ' çamuru... - YAPIŞMAZ!
Dünən, 08:32
ETN: Eminin Tayfa Nazirliyi... - MALƏSƏF...
Dünən, 08:25
Azərbaycan silahları Sudan müxaliflərinin əlinə necə düşüb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:18
"Nadir Şahın həmin fərmanının altından imzamı qoyuram!" - deputat
Dünən, 08:10
"Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm..." - NARAZILIQ VAR...
Dünən, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru