AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                     Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb .....                     Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub .....                     Qusarda alternativ içməli su mənbəyi tikiləcək .....                     Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır .....                     Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu .....                     Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib .....                     "Sabah çörək qıtlığı yaransa..." .....                     Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? .....                     "Mənə qaranlığımdan qorxmayan insan lazımdır" .....                     Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu .....                     Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq .....                     “Yeyintini edən Əli İsa və komandasıdır” .....                     Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı .....                     Xırdalan sakinlərini təngə gətirən üfunət: .....                     Nəriman müəllim gördü ki, tərəddüd edirəm... .....                     Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... .....                     "Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" .....                     İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! .....                     Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... .....                     6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı .....                     "Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" .....                     Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... .....                     Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? .....                     "Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" .....                     Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır .....                     İrandan Ermənistana təklif: Bakı izləmədədir .....                     Kinematoqrafçılar İttifaqında qalmaqal .....                     Gədəbəydə DƏRƏBƏYLİKDİR... .....                     Azərbaycanda böyük ƏFV təklifi .....                 

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Tarix: 27-04-2026, 09:42 | Çap et

Mədəniyyət cəmiyyətin ruhudur, özəyidir və insanların yaşam tərzini müəyyən edən bir sistemli yanaşmadır. Bir ölkənin kimliyi, estetik zövqü, tarixi yaddaşı və gələcəyə baxışı məhz bu sahədə formalaşır. Lakin təəssüf ki, son illərdə Azərbaycanda mədəniyyət sahəsində gözlənilən canlanma baş vermədi. Əbülfəs Qarayevdən bu yana nə ciddi yeniliklər müşahidə olundu, nə də yadda qalan uğurlu layihələr ortaya çıxdı.

Mədəniyyət naziri vəzifəsinə Adil Kərimli təyin olunarkən cəmiyyətdə çox böyük bir gözlənti var idi. Çox təəssüflər olsun ki,

gözlənilən islahat baş vermədi. Epizodik hallarda yaradıcı təşəbbüslər baş versə də, bu, sistemli bir xarakter almadı. Kim bu gün tam əminliklə deyə bilər ki, bölgələrdə mədəni həyat dirçəlib, teatrlar, kitabxanalar və muzeylər böyük mədəni hərəkatın tərkib hissəsinə çevrilib? Əlbəttə, cavab pozitiv olmayacaq. Çünki nazirlik bu sahədə ciddi nəticələr əldə etməyib, əksinə mədəniyyət sahəsi əvvəlki problemləri ilə baş-başa qalıb.

Bu müddətdə nə yeni mədəni strategiya təqdim edilib, nə də ictimaiyyətin diqqətini çəkən böyük layihələr həyata keçirilib. Yaradıcı adamlarla hər hansısa sistemli dialoqun şahidi olmuşuqmu? Bölgələrdə mədəni tədbirlərin səviyyəsi yüksəlibmi? Xeyr, elə ona görədir ki, paytaxtla regionlar arasındakı fərq özünü qabarıq şəkildə göstərir.

Mədəniyyət Nazirliyi Adil Kərimlinin sayəsində yalnız inzibati qurum obrazında qalıb. Bu gün ölkədə milli ruhu inkişaf etdirən bir quruma, onun təşəbbüskar rəhbərinə ehtiyac var. Çünki biz bu qurumdan sadəcə tədbirlər yox, yeni nəfəs, yeni baxış və yeni ideyalar gözləyirik. Belə getsə, gözləməkdə də davam edəcəyik. Cənab nazir, əminəm ki, oturduğunuz kreslonun məsuliyyətini dərk edirsiniz. Amma dərk etmək azdır. Bunu hiss etmək və fəaliyyət dövründə real strateji kursu həyata keçirmək lazım idi.

O kurs ki, mədəniyyət sahəsinin yenilənməyə, yaradıcı enerjiyə və peşəkar yanaşmaya ehtiyacı var. Çünki mədəniyyətdə durğunluq olan yerdə cəmiyyət də ruhən zəifləyir. Siz ölkədə bir ruhsuzluq sindromunun yaşadığını görmürsünüzmü?

Amma hələ gec deyil, Zəfərin möhtəşəmliyi, ölkəmizdə aparılan böyük miqyasda işlər mədəniyyət dilində daha təsirli təqdim edilə bilər. Bu gün nazirlikdə idarəetmədə elementar şəffaflıq olsa, Kərimlinin idarəçilik modeli və ya uzunmüddətli inkişaf Konsepsiyası düzgün tərtib olunsa, nazirlik daha çox cari fəaliyyətlə kifayətlənməyəcək. Kifayətlənmənin özü belə yalnız paytaxtla və digər böyük şəhərlərlə məhdudlaşır. Bir çox rayonlarda mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri və klubların formal fəaliyyət göstərdiyi göz qabağındadır. Bölgələrdə mədəni tədbirlərin sayında və keyfiyyətində bu, özünü daha qabarıq göstərir. Nazirlik heç paytaxtda da hiss olunan fəaliyyətilə gözə çarpmır. Elə götürək dövlət teatrlarını. Bu teatrlarda hansı repertuar yenilənməsi baş verib, müasir tamaşalar hazırlanıb, gənc rejissorlara meydan verilib?

Bu mənada tam əminliklə vurğulaya bilərik ki, sözügedən dövrdə teatrlarımıza yeni nəfəs gəlmədi, amma köhnə yorğunluq davam etdi. Səhnələrdə cəsarətli eksperimentlər, yeni dramaturgiya, gənc rejissorların enerjisi daha çox görünməli idi.

Kino sahəsində beynəlxalq uğur gətirəcək sistemli strategiya və ya böyük canlanma baş vermədi. Bu gün yas və toy sənayesi özünün pik həddinə çatsa da

kino sənayemiz sanki ölümcüldür. Ona görədir ki, bu sahə milli təfəkkürü dünyaya çıxaran gücə çevrilə bilmir.

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər strategiyası nazirliyin hansısa layihəsində yüksək səviyyədə təqdim edilmir.

Yeni yazarlarımızın rəssamların, musiqiçilərin, rejissorlara və digər yaradıcı şəxslərin əsərlərində sadaladığımız uğurlar öz əksini tapmır. Bunun ən böyük günahı isə nazirliyin üzərindədir.

Çünki zəfər erasını əks etdirən əsərlərin yaradılmasında qrant proqramları, müsabiqələr, rezidensiyalar və inkişaf platformaları kifayət qədər hiss olunmur.

İşğaldan azad edilmiş bölgələrdə tarixi abidələrin qorunması ilə yanaşı onların müasir təqdimatı, rəqəmsallaşdırılması, beynəlxalq tanıdılması və turizmə inteqrasiyası sahəsində daha böyük addımlar atılmır.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasının ardıcıl və sistemli olması üçün festivallar, sərgilər, film həftələri və digər layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Amma biz bunu görə bilmirik.

Çünki nazirliyin ictimaiyyətə aydın hesabatları yoxdur, açıq müzakirələr, yaradıcı cameə ilə dialoq və problemlərə operativ münasibət adekvat deyil.

Ona görə də mədəniyyətin gündəlik həyatdakı təsiri yox səviyyəsindədir.

Park tədbirlərini, küçə sənətini, kitab festivallarını, canlı konsertləri, ailəvi mədəni proqramları Bakı bulvar idarəsi və digər QHT-lər həyata keçirir. Nazirliyin keçirdiyi tədbirlər isə daha çox sönüklüyü ilə yadda qalır.

Gəlin unutmayaq ki, mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, həm də gələcəyə ünvanlanmış mənəvi xəritəsidir. Dövlətlər iqtisadi göstəricilərlə böyüyə bilər, lakin mədəniyyətlə ucalır. Bizi bu mövzuya baş vurmağa vadar edən əsas səbəb də odur ki, Azərbaycanda bu sahədə gözlənilən intellektual dirçəliş, yaradıcı canlanma və estetik yüksəliş hiss olunmur. Qısaca desək, bu gün Mədəniyyət Nazirliyi cəmiyyətin ümid etdiyi ideya mərkəzinə çevrilə bilməyib.

Bəli, cənablar, mədəniyyət sahəsində ən təhlükəli hal böhran deyil, durğunluqdur. Böhranda heç olmasa ağrı var, axtarış var, dəyişmək ehtiyacı var. Durğunluqda isə səssizlik hökm sürür. Son illərin əsas problemi də məhz budur: böyük potensiallar kiçik nəticələrdə özünü büruzə verir.

Ona görə də tam əminliklə demək olar ki, mədəniyyətin Adil Kərimli dövrü yaddaşlarda böyük qalibiyyətlər, dərin islahatlar və ya milli mədəniyyət tarixində dönüş nöqtəsi kimi qalmadı. Halbuki Azərbaycan kimi zəngin ədəbiyyatı, musiqisi, teatr ənənəsi və yaradıcı insan potensialı olan ölkədə mədəniyyət idarəçiliyi daha iddialı, daha cəsarətli və daha ziyalı düşüncəli olmalı idi.

Çünki mədəniyyətə laqeyd yanaşmaqla zamanla öz ruhumuza laqeyd yanaşmış oluruq.

KONKRET.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Bu gün, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Bu gün, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Bu gün, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Bu gün, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Bu gün, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Bu gün, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Bu gün, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Bu gün, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Bu gün, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Bu gün, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
Dünən, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
Dünən, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
Dünən, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
Dünən, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
Dünən, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
Dünən, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
Dünən, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
Dünən, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
Dünən, 12:51
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
Dünən, 12:36
“Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
Dünən, 12:26
Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
Dünən, 12:21
Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
Dünən, 12:16
Nəriman müəllim gördü ki, tərəddüd edirəm... - ANIM
Dünən, 12:09
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... - ABŞ-dan xəbər...
Dünən, 11:28
"Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
Dünən, 11:18
İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! - TƏFƏRRÜAT
Dünən, 11:13
Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... - Reklamlar niyə qalmaqal yaradır?
Dünən, 11:00
6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı - Nəriman Həsənzadə KİMDİR
Dünən, 10:50
"Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" - GİLEY
Dünən, 10:41
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR"
Dünən, 10:38
Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? - BU NƏDİ BELƏ?
Dünən, 10:33
"Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" - ŞƏRH
Dünən, 10:00
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır - MƏQALƏ
Dünən, 09:56
İrandan Ermənistana təklif: Bakı izləmədədir - AKTUAL
Dünən, 09:52
Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?
Dünən, 09:46
Gədəbəydə DƏRƏBƏYLİKDİR... - GİLEY
Dünən, 09:40
Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Dünən, 08:27
Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Dünən, 08:18
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Dünən, 08:16
Nəriman Həsənzadəni itirdik
Dünən, 08:12
MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Dünən, 07:46
"Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Dünən, 07:37
Hakimin MƏQSƏDİ nə idi ki... - belə ÇEVİK qərar verdi?..
Dünən, 07:31
"Vergi borcları olduğuna görə..." - ETİRAZ VAR!
Dünən, 07:15
Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:02
" Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." - teleaparıcı
Dünən, 06:57
Türkiyə müxalifəti üçün ən yaxşı yol... - Həm də Türkiyə üçün...
Dünən, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru