Yaxın zamanlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin tabeçiliyində olan istintaq idarələri ləğv ediləcək.
Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, hər iki qurumun ləğv edilən istintaq idarələri müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeçiliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Vergi Xidmətinin tabeçiliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti fəaliyyət göstərir.








