Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək .....                     Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                 

Ali Məhkəmədən XAOSA DƏSTƏK... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 12-01-2026, 06:16 | Çap et

"Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə görə çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Lakin Bakıdakı binalardan biri iki MMC tərəfindən idarə olunur. 40 sakin (hamısı qazi zabitlər) Nəsimi rayon məhkəməsinə iddia verdi ki, MMC-lər binadan çıxarılsın. MMC-lər isə protokollar təqdim etdi ki, guya sakinlərin ümumi yığıncağı onları təyin edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Protokolların qanuna zidd tərtib olunması, bəzi imzaların saxta olmasını və s. kənara qoyuram. Məhkəməyə dedik ki, əvvəla qanuna görə binanın bütün sakinləri idarəçini təyin etməlidir, sakinlərin bir qismi tərəfindən bir MMC-ni, digərlərinin isə ikinci MMC-ni təyin etməsi o deməkdir ki, heç bir ÜMUMİ yığıncaq olmayıb, separat iki yığıncaq olub. Üstəlik hətta yığıncaq olubsa belə, onun eyni zamanda iki MMC-ni idarəçi kimi təyin etməsi qanuna ziddir. Bundan başqa bu “yığıncaq” binada sakinlərdən yığılmalı ödəniş üzrə iki fərqli tarif müəyyən edib, bu da Mənzil Məcəlləsinin 36.1-ci, 38.2-ci, 140.1-ci və 142.4-cü maddələrinə ziddir: 1 kv.m. üzrə vahid tarif olmalıdır. Digər pozuntuları da məhkəmənin diqqətinə çatdırdıq.

Lakin Nəsimi rayon məhkəməsi iddianı təmin etməyərək, əksər arqumentlərə heç məhəl qoymadan qısaca dedi ki, MMC-nin sahibi və işçiləri eyni şəxslər olduğu üçün əslində bu 2 deyil, elə 1 şəxsdir. Yəni 1+1=1!

Apellyasiya məhkəməsinə şikayətdə dedik ki, 1+1=1 edirsə belə, MMC-lərin sahibi bunu vergidən yayınmaq üçün edib. MMC-lərin vergi hesabatları da bunu təsdiq etdi: birgə illik gəlirləri 200000 manatdan yüksək idi. Yəni bina doğrudan da bir MMC tərəfindən idarə olunsaydı, ƏDV ödəyicisi olmalı idi. Yəni ortada vergidən yayınma faktı var. Vergi orqanına da bu barədə məlumat verdik, amma o da heç bir tədbir görmədi. Bakı Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi.

Üz tutduq Ali Məhkəməyə. Ali Məhkəmənin Mülki Kollegiyasının 20 oktyabr 2025-ci il 2(102)-2382/2025 saylı qərarı (https://sc.supremecourt.gov.az/storage/Mulki/2025/2_2382+20.10.2025.pdf) ilə şikayətimiz təmin olunmadı. Ali Məhkəmə də arqumentlərimizin əksəriyyətinə heç qiymət də vermədi. Məsələn, binada sakinlərdən yığılan ödəniş üzrə iki tarifin olmasına göz yumdu, halbuki, kassasiya məhkəməsi kimi bu qanunsuzluğa qiymət verməli idi. Vergidən yayınma və digər məsələlərə də göz yumuldu. Ən əsas məsələ - binanın iki şəxs tərəfindən idarə olunmasına gəldikdə isə Ali Məhkəmə əvvəlki məhkəmələrin absurd mövqeyi ilə razılaşmayaraq dedi ki, yox, burada bir deyil, iki şəxs var, amma bina guya bina deyil, “binalar kompleksi”dir, buna görə də onu birdən çox şəxs də idarə edə bilər. Mən heç onu demirəm ki, qanunvericilikdə “binalar kompleksi” deyilən bir şey yoxdur. Əsas odur ki, Ali Məhkəmənin qərarının elə 1-ci bəndində deyilir: “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının qərarından müəyyən olunur ki... 18-19-20 mərtəbəli (penthaus və texniki otaqlar, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi 2 səviyyəli yeraltı qaraj) cəmi 10 girişli (A, B, C, D, E, F, H və G, K və J blokları) yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmiş”. Yəni Qərarın özünün 1-ci bəndində vurğulanır ki, heç bir binalar kompleksi-filan yoxdur. 10 girişli bina var. BİNA! BİNA! BİNA! Bir BİNA! Yeganə BİNA! Vahid BİNA! Ali Məhkəmə özündən yeni fakt uydurub. Çünki ilk məhkəmələrdə də heç kəs binanın bina olduğunu inkar etməyib!

Lakin əgər Ali Məhkəmə bir binanı binalar kompleksi kimi görürsə, bu o deməkdir ki, onsuz da bərbad olan bina idarəçiliyi üçün növbəti təhlükə yaranıb. Sabah istənilən binanın hər hansı girişinin (blokunun) sakinləri öz blokuna əlahiddə idarəçi təyin edə biləcək. Bu isə anarxiya və xaos deməkdir. Çünki bina elə ona görə binadır ki, onu bütün hissələrinin əlaqəsi var. Buna görə də hər girişin və ya bir neçə girişin bir, digərinin isə fərqli idarəçi tərəfindən idarə olunması həll oluna bilməyən ziddiyyətlərə və pərakəndəliyə aparacaq. Sakinlər bütün binanın ümumi mülkiyyətçiləridir, ayrı-ayrı hissələrinin yox. Bir sözlə, aləm dəyəcək indi bir-birinə. Suverenetitelər paradı olacaq!

Üstəlik Ali Məhkəmənin binada sakinlərdən yığılan ödəniş üzrə fərqli tariflərin mövcudluğuna göz yumması bu məsələdə də xaosa və bərabərsizliyə aparacaq. Kim necə istəyəcək, sakinlərdən nə qədər istəyəcək pul toplayacaq bundan sonra.

Nəhayət, Ali Məhkəmə vergidən yayınması sxemini də leqallaşdırmış oldu. ƏDV-yə cəlb olunmaq istəmirsən? Eyni fəaliyyət üzrə bir neçə MMC yarat və vergidən yayın! Hətta həmin fəaliyyəti bir şəxs göstərə bildiyi hallarda da!

P.S. Bu məsələ üzrə iddiaçı sakinlər Prezident Administrasiyasında Fuad Ələsgərovun və Ali Məhkəmənin Mülki Kollegiyasının sədrinin də qəbulunda olmuşdular Ali Məhkəmənin qərarından öncə. Narahat idilər. Haqlı olaraq. İndi əlavə kassasiya şikayəti vermişik və sakinlər Ali Məhkəmə sədrinin müavinin də qəbulunda olublar. Bu qazi zabitlər Vətən torpaqlarını qaytara biliblər, amma yaşadıqları binada haqq-ədaləti bərpa edə bilmirlər. Mənə də deyirlər ki, gəlin Prezidentə müraciət edək. Mən də deyirəm ki, məhkəmə hakimiyyətindən icra hakimiyyətinə şikayət etmək prinsiplərimə ziddir. Buna görə də son addımım əlavə kassasiya şikayətinin verilməsidir...

Ümumiyyətlə, məhkəmə hakimiyyətindən kiməsə şikayət etmək o deməkdir ki, vəziyyət çox pisdir. Elə ay yoxdur ki, qanunsuz məhkəmə qərarı ilə üzləşməyim. Amma bəzilərinə daxilən “haqq qazandıraraq” (dövlət marağı, böyük pullar və s. və i.a.) susuram. Haqsızlığa qarşı immunitetim formalaşır tədricən. Lakin o qədər də böyük əhəmiyyəti olmayan məsələlər üzrə haqsız qərarlarla üzləşəndə heç kəsə şərti “haqqı” da qazandıra bilmirəm. Xüsusilə ağappağa qapqara deyildikdə. Xüsisilə qəbul edilən qərar digər analoji münasibətlər üçün, cəmiyyətimiz üçün yeni problemlər və təhlükələr yaratdıqda.

Təbii ki, bu qərarın hansı yüksək vəzifəli məmurun maraqları naminə (yoxsa o boyda Ali Məhkəmə və vergi orqanı niyə belə haqsızlıq etsin ki?) qəbul edildiyini də yaxşı bilirəm. Ayıb olsun ona ki, məhkəmə sistemini, vergi sistemini, binaların idarəçilik sistemini öz cılız merkantil maraqlarına qurban verdi. Onunla hömyerli olduğum üçün utanır və deyirəm: haram olsun sənə torpağın çörəyi..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru