"Deməli, bununla neçənci dəfədir ki, Leobank kartımdan durduq yerə metro gedişi çıxılır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elxan İsmayılzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "NFC ilə ödəniş olunur. Sonuncu da bayaq ard-arda 3 dəfə balansdan pul çıxdı. Banka yazıram deyir, gecikmiş ödənişi çıxıb, bizlik deyil, metroya yaz. Gecikmiş gediş 1 dəfə olur əgər balansda pul yoxdursa.... O da balansda pul var və gedişim çıxılıb.
Evdə oturmuşam saat 10-12 və 2-də metro gedişi üçün balansımdan pul çıxılır. Bankda öz boynundan atır ki, "Bizlik deyil"..."








