"Şikayətim "BankOfBaku"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "24.12.2025-ci il tarixində "Bank of baku" tətbiqinə daxil olarkən, sonu ****-lə bitən debet kartımda -4.88 balans yarandığını gördüm.Banka bildirdim amma geri dönüşlərindən çox əsas mənim bildiyimdir ki,bütün haqq hesabları hesablamışam. 01.01.2025-ci il tarixindən bu günə kimi balansımda əksik olan heç bir haqq-hesab yoxdur. Bütün haqq-hesablarımı tətbiq üzərindən hesabladıqda mənə yazılmalı olan heç bir borc yoxdur ,lakin mənə 4.88 borc yazıblar. Bunun texniki xəta olduğunu düşünürəm və ciddi araşdırılmasını tələb edirəm.
Son zamanlarda sosial şəbəkələrdə məhz bank of baku ilə bağlı eyni belə bir problemin olduğu bir çox şəxslərə - balansın yazıldığını ,şikayət etdikdə isə texniki xəta olduğu bildirilib. Bu cür texniki xətalar bir bank sistemi üçün qəbul edilməzdir. Banka müraciət etsəm də geri dönüş hələ ki edilməyib. Artıq şikayətimi Mərkəzi banka ünvanlamışam. Aydın və şəffaf nəticə gözləyirəm..."








