ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb .....                     “Qara qu quşu” dövrü .....                     Tehran İrəvandan tələb edir, ABŞ hazırlıq görür: Zəngəzur dəhlizini kim qoruyacaq? .....                     Şah İsmayıl Xətaiyə 'MƏZHƏB FAŞİSTİ' çamuru... .....                     ETN: Eminin Tayfa Nazirliyi... .....                     Azərbaycan silahları Sudan müxaliflərinin əlinə necə düşüb... .....                     "Nadir Şahın həmin fərmanının altından imzamı qoyuram!" .....                     "Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm..." .....                     AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır? .....                     "Haqsız olaraq mənim mənzilimi başqa adama satdılar..." .....                     "Yeni rüsumlar kiçik məbləğlərdir, bu heç, amma..." .....                     Bizi yarı yolda qoyan metro... .....                     "Səni bu seçimə vadar edən nədir?" .....                     Evimizdəki gözəgörünməz “qatil” .....                     “Minlərlə ortaq söz fars və ermənilərin bir xalq olduğunu göstərir” .....                     Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar .....                     Bölgələrdə torpaq almaq sərfəlidirmi? .....                     “Bir nəfərin 20-30 evi var” .....                     “Bu hər sənətkara nəsib olmur, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamaq istəyirəm” .....                     TRIPP: Sülhə aparan yol, yoxsa yeni gərginlik mənbəyi? .....                     İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb .....                     "Azərbaycandakı şərait Türkiyədə yoxdur" .....                     Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                 

ETN: Eminin Tayfa Nazirliyi... - MALƏSƏF...
Tarix: Bu gün, 08:25 | Çap et
Hə, MİLLƏT... Bir vaxtlar Təhsil Nazirliyinin (TN) adı Elm və Təhsil nazirliyinə (ETN) dəyişdiriləndə hamı sevinmişdi ki, nəhayət elm və təhsilin ittifaqı baş tutdu. Amma nə biləydik ki, bu MİLLƏTİN görəcəkli günləri hələ qabaqdaymış. Sən demə ETN heç də elm və təhsilin ittifaqı deyilmiş. Tezliklə ETN- Eminin Təhsil Nazirliyinə, Eminin Tayfa Nazirliyinə, Eminin Tender Nazirliyinə çevrildi, nazir də sevincindən müxtəlif tədbirlərdə qol götürüb oynadı. Ramiz Mehdiyev demişkən ,, pakaxuza'' lıq etməyə başladı. Avropa təhsilli, müasir dünyagörüşlü nazir kimi cəmiyyətə təqdim olunan şəxsin feodal təfəkkürlü biri olduğu ortaya çıxdı. Çox vaxt adi əmr vermək səlahiyyəti olmayan Əmrullayev nazirlikdə sülaləsindən, sinif,əsgər yoldaşlarından, tələbə dostlarından, məhlə uşaqlarından ibarət elə bir şəbəkə formalaşdırıb ki, feodal nərdivanı belə onun yanında heç nədir. Dərsliklərin çap olunmasından məktəblərin təchizatına qədər, dövlət satınalmalarından məktəb bufetlərinin işlədilməsinə qədər bütün sistem bu qrupun nəzarəti altındadır. Çox vaxt cəmiyyətə fağır, demokrat imicində təqdim edilməyə çalışılan nazirin əməllərinə nəzər saldığda barmağını dişləyirsən ki, baş verənlərdən sonra ölkədə məktəblər hələ də alış-veriş mərkəzlərinə çevrilməyibsə böyük şeydir. Zatən mahiyyət artıq dediyimizdən o yana keçmir.
Sanmayın ki, Əmrullayev cənabları nazir olduğu müddətdə heç bir uğura imza atmayıb. Haşa, adamın dili quruyar olanları deməsə. Necə danasan ki, bu müddət ərzində Azərbaycan təhsilinin nüfuzu yerlə-bir oldu, məktəbin, müəllimin olan- qalan hörməti də korrupsiya piramidasının xarabalıqları altında dəfn edildi. Təhsil sistemi qohumlardan,dostlardan ibarət olan dəxilsiz kadrların əlində təcrübə obyektinə çevrildi. Şərab zavodundan, bank sektorundan, marketlər şəbəkəsindən nə qədər dost-tanış varsa hamısı təhsil sisteminə transfer olundu, vəzifə verildi, səlahiyyət sahibi oldu. Ömrünü məktəbə, elmə həsr edənlər isə bu sistemdən uzaqlaşdırıldı, təcrid olundu. .
Hər nədisə də bu nə elm deyil, nə də ki, təhsil...
Əmrullayevin “uğur”larından deyilmi ki, Təhsil nazirliyində tabesizlik mühiti yarandı, hərə özü üçün bir nazir oldu. Bəzi məktəb direktorlarına belə söz keçirdə bilməyən nazir təhsil sistemini müxtəlif qruplaşmaların oyun meydanına çevirdi. Eşqi Bağırov bir tərəfdə ağalıq edir, Elnur Əliyev bir tərəfdə Məhbbət Vəliyeva da bir tərəfdə. Regional təhsil idarələrində rüşvət və korrupsiya baş alıb gedir.
Bakı şəhər Təhsil idarəsinə müavin təyin olunan Turanə Məcidli isə müdür vəzifəsini icra edən Nərminə Hüseynovanın vəzifəsinə əməlli başlı gözünü dikib , şef müdir olmaq arzusundadır. Vallah bu idarədə də kim kimədi bilmək olmur ... Nahaqdan işdən çıxarılan məktəb direktorunun müavini Ali məhkəməyə qədər gedir ,sonda qalib çıxır. Heçnə olmamış kimi , məsul şəxslərin ,baş idarənin insan resuruslarının ,o cümlədən heç rəhbərliyin VECİNƏ gəlmir ...Adı rüşvət qalmaqalında hallanan direktoru bir məktəbdən çıxarıb digər məktəbə direktor təyin edirlər. Vallah komedixanadı, rüşvətxanadı nədi bilmək olmur. Hər nədisə də bu nə elm deyil, nə də ki, təhsil...
E. Əmrullayev :,, Azərbaycan təhsilində sistemli korrupsiya yoxdur".
Cənab E. Əmrullayev deyir ki, Azərbaycan təhsilində sistemli korrupsiya yoxdur. Adam kövrəlir, ürəyi riqqətə gəlir. Fikirləşirsən ki, artıq düzəlib hər yarağımız, bircə qalıb saqqal darağımız ki, cənab nazir yaxın vaxtlarda onu da təşkil edər. Şükürlər olsun ki, hesabı milyonlarla ölçülən korrupsiya, rüşvət sistemli deyilmiş, elə belə kor-koranə baş verirmiş. Yoxsa kimin nə həddinədir ki, sistemli şəkildə korrupsiya ilə məşğul olsun, rüşvət alsın. Tutub adama sistem qoşarlar, ürəyinə steam, pardon stend qoyarlar ki, bir də belə qələt eləməsin. Həə, steam demişkən, burda Kərəmi ağlamaq tutur, Əsli saçını yolur, aşığın sazının mizrabı qırılır. Nədən ki, bu STEAM nazirin ən zəif nöqtəsidir. Çünki, başqa yerdə deyə bilmərik, amma bu STEAMda korrupsiya sistemli şəkildədir, özü də əməlli başlı. Bütün qohumlarını, dost-tanışlarını bu layihəni reallaşdırmağa cəlb edən nazir elə bir sistem qurub ki, kimin əli kimin cibindən çıxır bilmək olmur. Mus-mus deyincə gəlin bu işin Mustafasından danışaq. Bu günlərdə medyada, sosial şəbəkələrdə Samir Feyruzovun STEAM layihəsinin qaranlıq məqamları ilə bağlı geniş araşdırması dərc olundu. Jurnalist bildirir ki, “STEAM layihəsi son illərdə Azərbaycan təhsil sistemində ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin olunur. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.
Lakin dövlət satınalmaları portalının rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.”
Jurnalistin araşdırmasına görə ETN-də mənimsəmə və korrupsiya zəncirinin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. Bu şəxs isə E.Əmrullayevin özbəöz qaynıdır.
Araşdırma nəticəsində məlum olub ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.
2025-ci ilin avqust ayında isə 9,95 milyon manat dəyərində tenderlə “VİVA MEDİCAL GROUP” MMC ilə müqavilə imzalanıb.
Göründüyü kimi tenderlərin qalibləri dəyişir. Amma tender qalibləri dəyişsə də gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı olan nazirin qaynı N.Hənifəyevin “İSTEAM” MMC dəyişməz olaraq qalır.
Beləliklə qurulan sistemə əsasən “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünməsə də “qalib” gələn şirkət avadanlığı ölkə daxilində yalnız “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.
N.Hənəfiyevin idarə etdiyi bu “mürəkkəb sxem” malların bilavasitə ilkin xarici istehsalçıdan alınıb sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli qapalı zəncir üzərində qurulub.
Jurnalist araşdırmasına əsasən E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:
Qaynı N.Hənifəyev büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas şəxsdir.
Elnur Əliyev- AR Təhsil İnstitutunun direktoru. O nazirin əsas silahdaşlarından biri hesab olunur.
Tural Ayvazlı- nazirin müşaviri. O maliyyə məsələlərinə nəzarət edir və nazirin ailə çevrəsinə daxil olan əsas şəxslərdən biri hesab olunur.
Valeh Mirzəyev- nazirin sinif yoldaşı və ETN Ərazi Tikinti Təchizat İdarəsinin rəisi
Zamiq Məmmədov- nazirin sinif yoldaşıdır və qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
Beləliklə mükəmməl qurulmuş sistemlə xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə artırılır. Mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənəfiyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Söhbət dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.
Araşdırma göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasında böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesabına köçürülür. Bundan sonrakı mərhələdə pulların taleyi necə olur ?
Göründüyü kimi E.Əmrullayev qohumları, sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları vasitəsilə irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib. Bu sistemli korrupsiya deyilmi? Görəsən E.Əmrullayev “Azərbaycan təhsilində sistemli korrupsiya yoxdur” deyəndə nə fikirləşirmiş? Məgər sistemli korrupsiyanın buynuzu , sertifikatı olurmu?
Bu təkcə təhsil sistemində son illərin ən böyük layihələrindən biri üzrə aparılan araşdırmanın nəticəsidir. Digər layihələrdə baş verənlər araşdırılarsa daha böyük sistemli korrupsiya faktlarının üzə çıxması şübhəsizdir. Beləcə Azərbaycan təhsili bir və ya bir neçə qrupun maraqlarına qurban verilib. Milyonluq korrupsiya layihələri millətin gələcəyini çökdürüb. STEAMdan “İSTEAM”a gedən və dövlətə milyonlara başa gələn qaranlıq yollara nə zaman işıq tutulacaq?
Mikayıl Cabbarov: "Əlini mənə, bəstərəcik"
E.Əmrullayev təhsil sistemində daha çox Mikayıl Cabbarovun kadrı kimi tanınır. Məhz onun xeyir-duası ilə bu posta təyin olunub. İllərdir ki, Eşqi Bağırovla qoşalaşaraq təhsilin vayına oturan bu adam ən çox tənqid olunan məmurdur. Nə qədər malalansa da, qorunsa da təhsil sistemində formalaşdırdığı bataqlıq artıq onun özünü udmağa başlayıb. İnanmırıq ki, bütün baş verənlərdən sonra bu bataqlıqdan xilas etmək üçün Mikayıl Cabbarov ona “əlini mənə bəstərəcik” desin...
Nicat Mahmudov - Rubrika.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb - WP
Bu gün, 09:01
“Qara qu quşu” dövrü - Müharibə qəfil başa çata bilər
Bu gün, 08:59
Tehran İrəvandan tələb edir, ABŞ hazırlıq görür: Zəngəzur dəhlizini kim qoruyacaq? - GƏLİŞMƏ
Bu gün, 08:57
Şah İsmayıl Xətaiyə 'MƏZHƏB FAŞİSTİ' çamuru... - YAPIŞMAZ!
Bu gün, 08:32
ETN: Eminin Tayfa Nazirliyi... - MALƏSƏF...
Bu gün, 08:25
Azərbaycan silahları Sudan müxaliflərinin əlinə necə düşüb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:18
"Nadir Şahın həmin fərmanının altından imzamı qoyuram!" - deputat
Bu gün, 08:10
"Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm..." - NARAZILIQ VAR...
Bu gün, 08:01
AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır? - AKTUAL
Bu gün, 07:52
"Haqsız olaraq mənim mənzilimi başqa adama satdılar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 07:43
"Yeni rüsumlar kiçik məbləğlərdir, bu heç, amma..." - partiya sədri
Bu gün, 07:32
Bizi yarı yolda qoyan metro... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
"Səni bu seçimə vadar edən nədir?" - ETİRAZ
Bu gün, 07:09
Evimizdəki gözəgörünməz “qatil” – Qorxunc faktlar açıqlandı
Bu gün, 07:02
“Minlərlə ortaq söz fars və ermənilərin bir xalq olduğunu göstərir” – İranlı konsul
Bu gün, 06:58
Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – SƏNƏDLƏR NƏ DEYİR?
Bu gün, 06:52
Bölgələrdə torpaq almaq sərfəlidirmi? - AKTUAL
Bu gün, 06:34
“Bir nəfərin 20-30 evi var” - FAKT BUDUR!
Bu gün, 06:32
“Bu hər sənətkara nəsib olmur, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamaq istəyirəm” - Xalq artistindən kövrək ETİRAF
Bu gün, 06:31
TRIPP: Sülhə aparan yol, yoxsa yeni gərginlik mənbəyi? - ARAŞDIRMA
Bu gün, 06:28
İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb - Press TV
Bu gün, 06:26
"Azərbaycandakı şərait Türkiyədə yoxdur"
Bu gün, 06:23
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Dünən, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Dünən, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Dünən, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Dünən, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Dünən, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Dünən, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Dünən, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Dünən, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Dünən, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Dünən, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Dünən, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Dünən, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Dünən, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Dünən, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Dünən, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Dünən, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Dünən, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Dünən, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Dünən, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Dünən, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Dünən, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Dünən, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Dünən, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Dünən, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Dünən, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Dünən, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru