“Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinə yeni müavin təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, imzalanan müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qızıdır.









