Baş ofisi Dubayda fəaliyyətdə olan neft-qaz şirkəti “Metrol Technology FZ-LLC”nin Azərbaycandakı filialı ləğv olunduğunu açıqlayıb.
Banker.az xəbər verir ki, şirkət 18 ilə yaxındır Azərbaycanda filialı vardı.
Elanda edilib ki, “kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 0 ünvanına bildirə bilərlər”.
“Metrol Technology FZ-LLC” neft və qaz şirkətlərinə xidmət göstərən texnologiya şirkətidir. Şirkət neft quyularında istifadə olunan avadanlıqların monitorinqi, ölçülməsi və idarə olunması üçün texniki həllər təqdim edir.
Onun məhsulları əsasən qazma, hasilat və quyuların istismarının səmərəliliyini artırmağa yönəlib. Şirkət Dubaydan Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunu idarə edir.









