Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Banker.az xəbər verir ki, tenderin qalibi “STP-BTECH” MMC seçilib.
Qalib şirkətlə 29.42 milyon manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.
Layihə çərçivəsində ölkə üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə yol nişanlarının, məlumat lövhələrinin, təhlükəsizlik sədlərinin və digər yol infrastruktur elementlərinin alınması, quraşdırılması, təmiri və texniki xidməti həyata keçiriləcək.
Satınalma çərçivəsində əsasən aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
| İş və ya məhsul | Miqdar |
| Məlumat lövhələri (alüminium) | 10 121 m² |
| Alüminium nişanlar | 2 450.85 m² |
| Dəmir sinkli nişanlar | 2 779.25 m² |
| Alüminium dirəklər | 21 845 m |
| Təhlükəsizlik səddi H2 | 10 000 m |
| Nişan montajı | 19 968 ədəd |
| Dirək montajı | 15 362 ədəd |
| Delinatorlar | 1 129 ədəd |
| Sürət məhdudlaşdırıcı süni maneələr | 100 ədəd |
| Velosiped zolağı sədləri | 100 ədəd |
| Piyada istiqamət göstərici lövhələri | 194 ədəd |
Bundan əlavə, mövcud yol nişanlarının və dirəklərinin sökülməsi, yerinin dəyişdirilməsi, təmiri, eləcə də müxtəlif növ yol avadanlıqlarına texniki baxış və xidmətlərin göstərilməsi də satınalma predmetinə daxildir.









