"Bu gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə 5 dəfə zəng etmişəm və ümumilikdə balansımdan 10 manat çıxılıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Vazeh Bəhramoğlu qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hər dəfə də “Xidmətin Suraxanı rayon şöbəsinə məlumat veriləcək” deyib yola veriblər. Lakin indiyədək Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 9A 8-ci mərtəbəyə su qalxmır...
Beləliklə, artıq 5-ci gündür ki, su gəlmir. Odur ki, Zaur Mikayılov başda olmaqla, ADSEA-nın bütün məsul şəxslərinə mənə verilən su qədər ömür arzu edir, “xoş sözlərimi” ünvanlayıram!.."








