"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                     Rusiyanın cənubunu bloklamışıq .....                     Azərbaycanda benzin və dizel bahalaşır? .....                     "Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" .....                     Japarov öz varisini vaxtında xəbərdar etmişdi .....                     63 yaşlı soydaşımızın kədərli hekayəsi... .....                     Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? .....                     İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! .....                     "Kino əvvəlcə ideyanı vizuallaşdırır və.." .....                     Suraxanı bazarında TƏZƏ NIRX... .....                     Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq .....                     Masallının da öz SULTANI var imiş... .....                     “Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR .....                     Sürücü həmişə eyni adam olurdu .....                     Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir .....                     Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü .....                     Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR .....                     Hikmət Babaoğlunun bu statusu tənqid olundu .....                     Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı .....                     Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək .....                     Moskva, Peterburq olmayacaq .....                     İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: .....                     Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından .....                     Vətəndaş Karcher-dən şikayətləndi: .....                     Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var .....                     MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? .....                 

Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Tarix: 23-06-2026, 16:04 | Çap et

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti texnikaların və nəqliyyat vasitələrin cari təmiri xidməti, ehtiyat hissələrinin və sürtkü materialların satınalınması üzrə 16.03.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AMET SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 222.285,08 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 10.06.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “Amet Services” MMC 10.08.2026-cı ilə qədər “Naxçıvan Aqroservis” ASC-yə aid Kombayn Sampo, Traktor İTM-399, Traktor New Holland,QAZ33023, Renault Medlium, Toyota Camry kimi texnikalara 232 adda ehtiyat hissələri və sürtkü materialları ilə təmin etməli, həm də cari təmir xidməti göstərməlidir.

Maraqlıdır, “Amet Services” MMC bu dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı? MMC-nin “İnstagram” sosial şəbəkə hesabındakı məlumatlarda tikinti texnikası və servis xidməti göstərdiyi bildirilir. MMC sahibkarlara tikinti, anbar və logistika işlərində etibarlı köməkçi olacaq Zoomlion texnikalarını təklif edir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMET SERVİCES” (VÖEN:1302992001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.08.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78 V, m.299-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələsgərov Vüsal Namid Vaqif oğludur. MMC Babayev Elvin Qeys oğlu tərəfindən təsis edilib.

Qeyd edək ki, “Amet Services” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 18.06.2026-cı ildə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.

Göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Amet Services” MMC-ni 222 min manat dəyərində açıq tenderi udduqdan cəmi 8 gün sonra etibarsız təchizatçılar siyahısına daxil edib.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda təchizatçının satınalmalarda iştirakına yol verilmir.

Maraqlıdır “Amet Services” MMC-nin qanuni təmsilçisinin hansı dövlət məmurunun qohumu olduğu aşkar olunub və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkəti etibarsız təchizatçılar siyasına salıb.

Qeyd edək ki, Naxçıvanda yerləşən Şərur “Radio” Zavodu da “Amet Services” MMC ilə 1 ədəd “Riçstaker”in satın alınması üzrə 739.690,08 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 20.05.2026-cı ildə dərc edilib. Şərur “Radio” Zavodu tərəfindən 01.12.2025-ci il tarixdə elan edilmiş “1 ədəd Riçstakerin satın alınması” üzrə keçirilən açıq tender prosedurunun qalibinin “AMET SERVİCES” MMC müəyyən edilməsi barədə məlumat isə 24.02.2026-cı ildə dərc edilib.

Buradan suallar yaranır. “Amet Services” MMC “Riçstaker” texnikasının konkret təchizatçısı deyilsə, Şərur “Radio” Zavodu hansı əsasla müqavilə bağlayıb? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?

Qeyd edək ki, ru.made-in-china.com portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Şərur “Radio” Zavodun almaq istədiyi İSO 20’/40’/45′ konteynerlər üçün Yığım hündürlüyü: 5 qata qədər Ümumi ölçülər: Yanacaq tipi: dizel Maksimal yükqaldırma gücü: 45 ton Texnikanın çəkisi: minimum 70 ton Minimal surət (yüklü): 20 km/saat Dırmanma qabiliyyəti: yüklü min 16%, yüksüz min 26% Minimal dönüş radiusu: 8000 mm Təkər təzyiqi monitorinqi Təkər növü: 18,00-25 40PR Maksimal meyil bucağı: 0°-60° Maksimal hidravlik sistem işləmə təzyiqi: 260 bar Maksimum sürüşmə diapozonu: 800 mm Qorunma sistemləri Yanğınsöndürmə sistemi parametrli “Riçstaker” texnikasının qiyməti 316 000 ABŞ dollarıdır.Bu da təxminən 534 -540 min manat edir.

Göründüyü kimi Şərur “Radio” Zavodu isə “Riçstaker” texnikasının alınması üzrə “Amet Services” MMC 739.690,08 manat məbləğində müqavilə bağlayıb.

Göründüyü kimi “Amet Services” MMC son bir əyzində Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxçıvan Aqroservis” ASC və Şərur “Radio” Zavodu ilə ümumi dəyəri 961 975 manat dəyəri olan iki satınalma müavilələri bağlayıb. Bundan sonra isə MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.

Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarsız təchizatçılar siyahısına düşmüş “Amet Services” MMC-nin maraqları kimlərlə toqquşub və aldığı dövlət sifarişini yerinə yetirə biləcəkmi?

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
“Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR - Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib
Dünən, 18:08
Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
Dünən, 18:07
Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir - AÇIQLAMA
Dünən, 18:02
Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 17:59
Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR - SİYAHI
Dünən, 17:50
Hikmət Babaoğlunun bu statusu tənqid olundu - FOTO
Dünən, 17:45
Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı – Bir uşaq üçün 90-120 manat…
Dünən, 17:41
Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək - Bloomberg
Dünən, 17:37
Moskva, Peterburq olmayacaq - Dugindən qorxunc proqnoz
Dünən, 17:33
İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: - Qaydalar dəyişir
Dünən, 17:30
Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından 310 min manat geri götürdü
Dünən, 17:24
Vətəndaş Karcher-dən şikayətləndi: - “Tozsoranı təmir etmədilər”
Dünən, 17:11
Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var - TƏFƏRRÜAT
Dünən, 17:02
MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
Dünən, 16:58
Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO
Dünən, 16:52
Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: - “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum”
Dünən, 16:49
Davam edən Rusiya təxribatı: - Avropada müharibə artıq başlayıb
Dünən, 16:46
300 min azərbaycanlı Ermənistana kömək edə bilər – Paşinyan bunu bilmir
Dünən, 16:43
“Gürcüstan Rusiya ilə saziş imzalayacaq - Abxaziya və Sxinvalidən imtina edəcək”
Dünən, 16:42
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb – İllər üzrə rəqəmlər
Dünən, 16:36
“Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub - HESABAT
Dünən, 16:35
SOCAR-dan ETSN-ə TRANSFER... - BUNDAN SONRA...
Dünən, 16:31
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Dünən, 16:27
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru