"Müharibə Veteranının işsiz qalmış atası sizlərdən kömək istəyir..." "DİA-AZ" xəbər verir ki, bu çağırışla tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.
M.Qəhrəmanlı müraciətini belə davam edir: "Dalandar işləyib o.... dalandar, ay insafsızlar! Arada vicdanınızın səsini dinləyin. Bəlkə insafa gəldiniz..."
Narazı vətəndaşın öz müraciətində isə deyilir:
"Mən Əsgərov Faiq Orucəli oğlu 2020-ci ildən 2026-cı ilin fevral ayının 11-dək DOST Mərkəzinin xətti ilə Pirallahı rayonunda Mənzil Kommunal idarəsində
dalandar vəzifəsində işləmişəm. Fevral ayında xəbərdarlıq etmədən işimə xitam veriblər. Oğlum Əsgərli Şaiq Faiq oğlu 44 günlük vətən müharibəsi iştirakçısıdır. Cənab Prezidentin fərmanı ilə o, 6 medalla təltif edilmişdir.
Buna baxmayaraq bütün dövlət qurumlarına (Prezident Administrasiyası, DOST Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , İcra hakimiyyəti, Məşğulluq idarəsi və s.) şikayət etsəm də, heç kim şikayətimi araşdırmır, köməklik göstərmir.
Şikayət etmədiyim qurum qalmayıb. Bütün qurumlar bir birinin üstünə atır....
Məni övladıma möhtac etməyin. Xahiş edirəm, veteran atasının işlə təmin olunmasına köməklik edəsiniz!"









