Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı, azərbaycanlı iş adamı, hüquq elmləri doktoru, professor İlham Rəhimovun pay sahibi olduğu şirkətlərin əldə etdikləri gəlirlər açıqlanıb.
Yeniavaz.com-un Rusiyanın rəsmi qurumlarına istinadən əldə etdiyi məlumata görə, hazırda Rusiyada İlham Rəhimovun təsisçi kimi pay sahibi olduğu 11 şirkət fəaliyyət göstərir.
Bu şirkətlər arasında İlham Rəhimovun ən böyük paya sahib olduğu şirkət “İnvestisionnıye Reşeniya”dır. “İnvestisionnıye Reşeniya” şirkətinin nizamnamə kapitalının 33,33 faizi İlham Rəhimova məxsusdur.
İlham Rəhimovun təsisçi olduğu şirkətlər arasında ötən il ən çox mənfəət əldə edən isə “Vısotka” olub. Bu şirkət ötən il 485,1 milyon rubl (11,6 milyon manat) xalis mənfəət əldə edib.
Ən çox zərər edən şirkət isə “Evropeyskiy” olub. “Evropeyskiy” şirkəti ötən il 1 milyard rubl (23 milyon manat) zərər edib. “Evropeyskiy” şirkətində əsas pay sahibləri Roman İliyev (36,5 faiz) və David Nisanovdur (36,5 faiz).
Qeyd edək ki, İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl (21,3 milyon manat) olub:









