Polşa Baş naziri Donald Tusk ölkəsində Ukrayna əleyhinə əhval-ruhiyyənin artdığını etiraf edib.
Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin iclasından əvvəl bildirib.
“Ukrayna ilə bağlı mövcud ictimai əhval-ruhiyyədən xəbərdaram. Əvvəldən bilirdik ki, bir milyondan çox ukraynalı qaçqını qəbul etmək gec-tez münaqişələrə və məyusluğa səbəb olacaq”, - o deyib.
Tusk vurğulayıb ki, bu cür addımlar potensial siyasi faydalarına baxmayaraq, bu münaqişənin alovlanmasına töhfə verməyəcək.
Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarından sonra Varşava və Kiyev arasında münasibətlər gərginləşib. Navrotskinin sözlərinə görə, bu qərar Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Qiyamçı Ordusunun Qəhrəmanları” adını verməsi səbəbindən qəbul edilib. Polşa Prezidenti Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsindən sonra Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Petro Poroşenko da müvafiq mükafatlardan imtina ediblər.
Polşa “Ukrayna Qiyamçı Ordusu”nu 1940-cı illərdə polyaklara qarşı qətliamda ittiham edir.









