"Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" .....                     Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır .....                     Həsənovun 7 aylıq xərci: 22 milyon... .....                     “Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət .....                     Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR .....                     Pirallahıda məmurlar başçıdan gileylənir .....                     Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ .....                     Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib .....                     "Tamam başqa cür qız idi... .....                     Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər .....                     Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb .....                     ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək .....                     İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... .....                     Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı .....                     Qarabağa Bakıdan MÜHÜM TRANSFER .....                     Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək .....                     Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? .....                     Psixoloq Hacı Şahinə sataşdı .....                     FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi .....                     Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır .....                     Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb .....                     Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? .....                     Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib .....                     “AFB Bank”da yeni təyinat .....                     Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək .....                     İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı .....                     “Başına benzin tökdü, gördüm ki, yanır” .....                     27 senator Bakıya qarşı .....                     Qərbi Azərbaycana qayıdış konsepsiyası .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır .....                     “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var .....                     “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” .....                     Paşinyan Amerikanın agenti olub .....                     Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər .....                     Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... .....                     Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib .....                     “Üzünə tüpürməliydi?” .....                     Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ .....                     “Aztelekom”un 2 xidməti ləğv edilir .....                     “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” .....                 

Rusiyanın “Türk qövsü” qorxusu - Kremlin Qafqaz planı
Tarix: 25-01-2025, 09:06 | Çap et
Rusiyanın “Türk qövsü” qorxusu
“Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratması qəbuledilməzdir”. Bunu rusiyalı türkofob politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib (Axar.az).

“Rusiyada bir çox insan bütün bunları başa düşmür”, - o bildirib.

Aleksandrov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

O həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarının əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb.

Türk dövlətləri arasında siyasi-iqtisadi, son vaxtlar isə hərbi inteqrasiyanın güclənməsi Rusiyada niyə təlaş yaradıb? Doğrudanmı Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək? O halda Rusiyanın əsas diqqət mərkəzində hansı məsələ olacaq?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avrasiya məkanında Böyük Turanın yaradılması cəhdləri şimalda və qərbdə çoxlarının yuxusuna haram qatır: “Son illər bu birliyə daxil olacaq ölkələr arasında münasibətlərin dərinləşməsi və bu ölkələrin xalqları arasında baş verən qardaşlaşma prosesləri türkü özünə əzəli düşmən bilənləri ciddi narahat edir. Lakin bu gün dünyada elə proseslər gedir ki, onların qarşısını almaq və ya onları müxtəlif yollarla əngəlləmək mümkün deyil. Bu sıraya Turan Birliyinin yaradılması da daxildir.

ABŞ-ın yeni prezidenti Donald Tramp dünya düzənini yerindən oynadacaq layihələrə imza atmaq niyyətindədir. Kanadanı, Qrelandiyanı ABŞ-a birləşdirmək, Panama kanalını ABŞ-ın mülkiyyətinə qaytarmaq qədər öncə heç kimin ağlına gəlməyən gedişlər nə deməkdir? Əgər ABŞ Panama kanalını geri istəyirsə, bu Azərbaycan üçün yaxşı bir nümunədir. Yəni belə nümunəyə söykənib nədən biz Zəngəzuru və ya ən azından Mehri dəhlizini geri istəməyək? Axı həm Zəngəzur, həm də Mehri vaxtı ilə Sovetlər Birliyinin başında dayanan başsızların haqsız, ədalətsiz və əsassız qərarları ilə Ermənistana birləşdirilmişdi. Özü də bu addımlar Ermənistan adlı bir dövlət yaradıldıqdan bir xeyli sonra atılıb.

Bu gün Tramp Kanadanı ABŞ-a birləşdirməklə həm də Alyaska ştatı ilə ABŞ arasında quru yolu bərpa etmək istəyir. Bəs biz nədən Azərbaycanla onun ayrılmaz bir parçası olan Naxçıvan arasında quru yolun bərpa edilməsi məqsədilə ən azından Mehri dəhlizi üzərində öz haqqımızı bərpa etməyək?

Dünya dəyişir. Bu gün Turan birliyi coşub daşan dağ seli kimi kükrəməkdədir və bir gün bu sel öz işini məharətlə görəcəkdir - bütün yollar buna aparır... Bu birliyin yaranmasını Avropa, Rusiya, İran nə qədər istəmirsə, Amerika Birləşmiş Ştatları bir o qədər onun yaradılmasını istəyir. ABŞ-a Avrasiya məkanında anti-Çin güclər lazımdı. Turan bu sırada ən yaxşı müttəfiq ola bilər. Nəzərdən qaçırmayaq ki, Çinin ərazisində həm də 35-40 milyona qədər uyğur türkləri yaşayır".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Azərbaycanın jestini Rusiya nəinki qiymətləndirir, əksinə, xoşagəlməyən fikirlər səsləndirilir: “Azərbaycan həmişə bütün qonşularla, o cümlədən Rusiya ilə qarşılıqlı hörmət əsasında əlaqələrin qorunması və inkişafında maraqlı olub. Bakı, bu prinsipə əsaslanaraq regionda sabitliyin və əməkdaşlığın təmin olunmasını prioritet kimi görür. Xüsusilə, enerji dəhlizləri və nəqliyyat layihələrində iştirak edərək Azərbaycan, həm regional, həm də qlobal miqyasda faydalı əməkdaşlıqlar qurmağa çalışır. Lakin Rusiyada bəzi qüvvələr Azərbaycanın bu mövqeyinə qarşı çıxaraq, onu regionda bir təhdid kimi göstərməyə çalışır. Bu qüvvələr erməni təbliğatının təsiri altında Azərbaycanın müstəqil siyasət yürütməsini öz maraqlarına təhlükə kimi qəbul edirlər. Aleksandrovun bu fikirləri də sübut edir ki, Rusiyanın bəzi dairələrində erməni təbliğatının və türkofob ideologiyaların güclü təsiri müşahidə olunur. Bu ideologiyaların müntəsibləri Kremlin qərarlarının formalaşmasına təsir göstərərək Türkiyə və türk dövlətlərinə qarşı siyasətdə daha aqressiv mövqenin yaranmasını istəyirlər. Hər halda, Rusiyanın özündə məsələlərə soyuqqanlı yanaşan, Azərbaycanın bölgədəki və dünyadakı əhəmiyyətini anlayan kəsimlər çalışmalıdır ki, mərkəzi hakimiyyət bu fikirlərin təsirinə düşməsin. Ermənilər, Rusiyanın diqqətini Cənubi Qafqazda Türkiyənin ”təhlükəsi"nə yönəltməyə çalışırlar. Rusiyanın ermənilərə, onların təbliğatından doğan fikirlərə etibar etməməsi lazımdır. Ən azından ona görə ki, Ermənistan son illər yürütdüyü siyasət ilə Rusiyanın bölgədəki bütün maraqlarını vurmaqda davam edir. Azərbaycan isə bunun əksinə Rusiya bütün dünya tərəfindən təcrid olduğu bir vaxtda Rusiyaya qonşuluq əli uzatdı. Rusiya ilə münasibətlərə Qərbin gözü ilə deyil, öz milli maraqları və qarşılıqlı fayda nöqteyi nəzərindən baxdı. Belə bir məqamda, Azərbaycanın bu jesti qiymətləndirilməli idi. Lakin bu tipli çıxışlar məsələləri mürəkkəbləşdirə bilir. Məsələləri mürəkkəbləşdirmək istəyən bu qüvvələrə görə türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi birliyin güclənməsi, xüsusilə, bu prosesdə Türkiyənin aktiv rolu, Rusiyanın regiondakı strateji maraqlarına birbaşa təhdid kimi dəyərləndirilir. Bunun bir neçə əsas səbəbi var. Türkiyənin Xəzər dənizinə çıxış əldə etməsi və Türk dünyasını birləşdirən dəhlizlərin yaradılması, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda təsir imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycan və digər Mərkəzi Asiya dövlətləri ilə quru bağlantısının təmin edilməsi, Rusiyanın regiondakı təsir dairəsini daralda bilər. Daha sonra Türk dövlətləri arasında iqtisadi inteqrasiya, enerji dəhlizlərinin formalaşması və nəqliyyat əlaqələrinin güclənməsi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri və iqtisadi dominantlığını təhlükə altına sala bilər. Məsələn, Azərbaycan qazının Avropa bazarına Türkiyə üzərindən nəqli Rusiya üçün rəqabət yaradan mühüm bir faktor kimi çıxış edir. Həmçinin Türkiyənin NATO üzvü olması və Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməsi, Türk dövlətləri arasında hərbi ittifaqın güclənməsinə gətirib çıxarır. Bu proses Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada hərbi üstünlüyünü azalda bilər. Təəssüf ki, bir sıra dairələr hələ də bu militarist yanaşmadan xilas ola bilməyiblər".

Siyasi şərhçi fikirlərinə bu cür davam etdi: “Azərbaycan və Türkiyənin siyasi, hərbi əməkdaşlığı, silahlı qüvvələrinin inkişaf səviyyəsi onu göstərir ki, artıq bölgədə silah gücü ilə danışmaq olmaz. Tam əksinə, siyasi dialoq formatında danışmaq lazımdır. Azərbaycan səbirlə, təmkinlə 30 il ərzində texnoloji cəhətdən bölgənin ən mütəhərrik və güclü ordusunu qurmuş və onu döyüş meydanında göstərib. Artıq bölgədə hərbi üstünlük dəngələri dəyişib.

Ola bilər Rusiyada bəzi dairələr Bayden dövrünün arxada qaldığını düşünürlər. Yəni Bayden təhlükəsi daha getdi. Bayden administrasiyası dövründə də Türkiyə və Azərbaycan müstəqil xarici siyasət yürüdüb. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiya ilə enerji, hərbi və ticarət sahələrində əlaqələrini davam etdirib. Azərbaycan isə qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq, qonşuları ilə, o cümlədən Rusiya ilə əməkdaşlıq etməyə çalışıb. Bu yanaşma, Rusiya üçün strateji əhəmiyyətə malik olub, çünki Kreml iqtisadi sanksiyalar və Ukrayna müharibəsi kimi problemlər fonunda Türkiyə və Azərbaycanla əlaqələrə ehtiyac duyub. Hazırda bəzi dairələr düşünə bilər ki, Trampdan sonra Türkiyə və Azərbaycana ehtiyac azalacaq. Lakin bu yanaşma strateji baxımdan doğru deyil. Türkiyə NATO çərçivəsində ABŞ-ın əsas tərəfdaşlarından biridir və xüsusilə, Yaxın Şərqdə Vaşinqtonun siyasi tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa üçün əsas tərəfdaş olaraq qalır. Azərbaycanın Türkiyə ilə yaxın strateji ittifaqı isə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Donald Trampın birinci prezidentlik dövründə Azərbaycanın strateji əhəmiyyəti yüksək dəyərləndirilib. Cənub Qaz Dəhlizi layihəsinə dəstək və Azərbaycanın geosiyasi rolu ilə bağlı atılan addımlar bunu bir daha təsdiq edir. Tramp administrasiyası Azərbaycanın regiondakı rolunu və Türkiyə ilə tərəfdaşlığını diqqət mərkəzində saxlayaraq, bu əməkdaşlığı möhkəmləndirmək üçün addımlar atıb. Yeni dünya düzənində Türkiyə və Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionda geosiyasi balansın qorunması baxımından bu iki dövlət mühüm oyunçuya çevrilib. Ona görə də Rusiya öz strategiyasında praqmatik yanaşma tətbiq etməli, Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirməyi prioritet hesab etməlidir. Çünki bu iki dövlətlə əməkdaşlıq etmədən regionda sabitlik və maraqların təmin edilməsi qeyri-mümkün olacaqdır. O ki qaldı Ukraynadan sonra Rusiyanın Cənubi Qafqaza yönələcəyinə, Tramp dönəmində ABŞ Cənubi Qafqazda yeni münaqişə ocağında qətiyyən maraqlı olmayacaqdır. Çünki Tramp iş adamıdır, iqtisadi layihələrin əhəmiyyətini anlayır. Belə bir ortamda Rusiyanın Cənubi Qafqazda hərbi eskalasiyaya gedəcəyi də inandırıcı görünmür. Çünki Rusiyanın özü də Ukraynada xeyli resurs itirdi. Rusiya Ukraynada sabit status-kvodan maraqlarını təmin etməyə, yəni orada möhkəmlənməyə çalışacaqdır. Təbii ki, bunlar ehtimaldır".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" - Əməkdar artist
Bu gün, 07:15
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55
Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52
Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36
Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24
Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14
Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13
“AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49
Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45
İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39
“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36
27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33
Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15
“SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03
Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59
Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51
Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45
Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Dünən, 16:32
“Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Dünən, 16:31
Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Dünən, 16:26
“Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 16:14
“Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Dünən, 16:09
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:02
Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Dünən, 15:58
Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Dünən, 15:55
“Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Dünən, 15:52
Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Dünən, 15:22
Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Dünən, 15:18
Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Dünən, 15:16
“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Dünən, 15:14
Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Dünən, 15:12
“Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru