“Aparıcı olmasaydım, mütləq uşaq bağçasında müəllimə olardım”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli öz verilişində deyib.
Sənətçi uşaqlıq arzularından və ən çox sevdiyi digər peşədən danışıb:
“Aparıcı olmasaydım, mütləq uşaq bağçasında müəllimə olardım. Bu, mənim ən böyük arzumdur. Özü də sakit uşaqların yox, dəcəl, dağıdıb-tökən uşaqların müəlliməsi. Sakit uşaqlardan xoşum gəlmir. Söz deyəndə sözə baxmayan, “qaçma” deyəndə qaçan, öz bildiyini edən, aləmi bir-birinə vuran uşaqların dilini tapıb, onlarla öz dilində danışa bilən müəllimə olmaq istərdim. İnanıram ki, o uşaqlarla asanlıqla dil taparam”.




















