“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 08 sentyabr 2026-cı il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Xatırladaq ki, hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var və ən böyük (94,0763%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.














