Dolqovun təslimiyyət çağırışının səbəbi .....                     Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb .....                     FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... .....                     “Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir .....                     Paşinyan kilsənin “qalasına” hücum etdi .....                     Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq .....                     Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb, qanun pozuntuları aşkarlanıb .....                     İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi .....                     Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir .....                     BRİCS Rusiyaya dəstəkdən çəkinir .....                     1400-dən çox xəstə GÖZLƏYİR .....                     Ağamirzə efirlərdə niyə yoxdur? .....                     FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi .....                     Putin Paşinyanı Baş nazir kimi qəbul etmir .....                     Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir .....                     "Yelo Bank" ÇÖKÜŞ ZOLAĞINDA... .....                     Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib .....                     “Qurbağa yeməyi çox sevirəm” .....                     “Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram” .....                     Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı .....                     Prezidentin səfər etdiyi qəribə adlı şəhər .....                     Köçəryan Paşinyanı məhkəməyə verdi, .....                     Trampın görüşləri və: .....                     Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb .....                     "Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?" .....                     Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU .....                     "Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də..." .....                     Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... .....                     AZAL Tiflis və İstanbula reyslərin sayını artırıb .....                     Məktəbə müəllim düzəltmək adı ilə 8 mindən çox dələduzluq edildi .....                     Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb... .....                     Böyük sarsıntılarla üz-üzəyik, yaxın aylarda başlayacaq .....                     Göydərə kəndində əkin sahələri yandırılıb .....                     Namidə İsayeva işdən çıxdı .....                     Azərbaycandan qaçan təhlükəli qruplaşma bu ölkəyə girdi: onlar kimdir? .....                     Rusiyadan açıqlama: Onlar Azərbaycanla əvəzlənəcək .....                     Xamenei MOSSAD-dan belə gizlənir: İnanılmaz üsul .....                     “ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olub .....                     "Ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmətlə ünsiyyət qururlar" .....                     Şəhidin övladı dünyasını dəyişdi .....                 

Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 14:52 | Çap et

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. 
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcu dolub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edib.
2024-cü il aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərdi. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Daha sonra Füzuli və Ağdam rayonlarına gəlib, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir. Onu da qeyd edək ki, Qırğızıstan tərəfi azad olunmuş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə edib.
Azərbaycan və Qırğızıstan arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. Bu il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Biznes təşəbbüslərinin dəstəklənməsi və birgə investisiya layihələrinin həyata keçirilməsində əsas mexanizm kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Sahibkarların artan tələbatını qarşılamaq üçün bu il nizamnamə kapitalı 200 milyon dollara çatdırılan Fond tərəfindən artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələr maliyyələşdirilib və hazırda daha 10-a yaxın müraciətə baxılır.
Ölkələrin nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Avropa” multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə həyata keçirirlər.
Nəqliyyat əlaqələri genişlənir, AZAL tərəfindən Bakı-Bişkek marşrutu üzrə həftədə 4 müntəzəm, Bakı-İssık-Kul xətti üzrə isə mövsümi reyslərin yerinə yetirilməsi işgüzar və turizm əlaqələrinin daha da canlanmasına xidmət edir.
Azərbaycan və Qırğızıstan münasibətlərində yeni tarixi mərhələ iyul ayının 30-da Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ilə başlayır. Avqustun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü keçirilib, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Öz çıxışında dövlətimizin başçısı vurğulayıb: “Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.
Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Dövlətimizin başçısı Fondun inkişafının layihələrin sayının artacağına, ortaq məqsədlərimizə xidmət edəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev iclas Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib ki, Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.
"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub: "Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin çıxışlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
İkitərəfli Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dolqovun təslimiyyət çağırışının səbəbi – Ukrayna savaşında nələr yaşanır?
Bu gün, 15:33
Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb - AÇIQLAMA
Bu gün, 15:29
FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... - DETALLAR
Bu gün, 15:16
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO
Bu gün, 15:08
Paşinyan kilsənin “qalasına” hücum etdi - Avqustun 7-si həlledici gün olacaq
Bu gün, 15:02
Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA
Bu gün, 15:00
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb, qanun pozuntuları aşkarlanıb - TƏFƏRRÜAT
Bu gün, 14:57
İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi - MƏQALƏ
Bu gün, 14:53
Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:52
BRİCS Rusiyaya dəstəkdən çəkinir - İNCƏLƏMƏ
Bu gün, 14:51
1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?
Bu gün, 13:20
Ağamirzə efirlərdə niyə yoxdur? – SƏBƏB
Bu gün, 13:06
FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 13:04
Putin Paşinyanı Baş nazir kimi qəbul etmir - ŞƏRH
Bu gün, 13:02
Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir - KİV
Bu gün, 13:00
"Yelo Bank" ÇÖKÜŞ ZOLAĞINDA... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:49
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib - ƏMR
Bu gün, 12:33
“Qurbağa yeməyi çox sevirəm” - Fatimə Fətəliyeva
Bu gün, 12:31
“Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram” - Afət Fərmanqızına efir qadağası qoyulub?
Bu gün, 12:27
Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı – QƏRAR
Bu gün, 12:23
Prezidentin səfər etdiyi qəribə adlı şəhər – İlginc FAKTLAR
Bu gün, 12:10
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
Bu gün, 12:04
Trampın görüşləri və: - yeni qlobal təhlükəsizlik arxitekturasının başlanğıc nöqtəsi
Bu gün, 11:58
Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb - SİYAHI
Bu gün, 11:56
"Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?" - BU NƏDİ BELƏ?
Bu gün, 11:40
Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:34
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də..." - NARAZILIQ VAR...
Bu gün, 11:32
Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb
Bu gün, 11:16
AZAL Tiflis və İstanbula reyslərin sayını artırıb - DİQQƏT
Bu gün, 11:13
Məktəbə müəllim düzəltmək adı ilə 8 mindən çox dələduzluq edildi – QƏRAR
Bu gün, 11:08
Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb... - ARAŞDIRMA
Bu gün, 11:04
Böyük sarsıntılarla üz-üzəyik, yaxın aylarda başlayacaq - Sarukyan
Bu gün, 11:01
Göydərə kəndində əkin sahələri yandırılıb – Sakinlər məsul şəxsin cəzalandırılmasını istəyirlər
Bu gün, 10:59
Namidə İsayeva işdən çıxdı - özü məlumat yayıb...
Bu gün, 10:57
Azərbaycandan qaçan təhlükəli qruplaşma bu ölkəyə girdi: onlar kimdir? – FOTO
Bu gün, 10:54
Rusiyadan açıqlama: Onlar Azərbaycanla əvəzlənəcək - “Kommersant”
Bu gün, 10:53
Xamenei MOSSAD-dan belə gizlənir: İnanılmaz üsul - “Tayms”
Bu gün, 10:51
“ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olub - DOSYE
Bu gün, 10:48
"Ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmətlə ünsiyyət qururlar" - BU BELƏDİR...
Bu gün, 10:47
Şəhidin övladı dünyasını dəyişdi
Bu gün, 10:45
“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə
Bu gün, 10:42
Bakı metrosunda yeni təyinatlar - BUNDAN SONRA...
Bu gün, 10:41
“İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır? - AKTUAL
Bu gün, 10:38
Kompleks Qazma İşləri Trestində AĞALARIN QƏNAƏT REJİMİ... - Yalnız nökər kimi gördükləri işçilərə aiddir... Özləri İKİ VƏZİFƏ TUTUR!
Bu gün, 10:29
Bu qaraçı xalqın sözlərinə inanmaq olmaz... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:12
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Bu gün, 10:02
Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Rusiyadan SSRİ bayrağına görə tutulanlara etiraz - Azərbaycan hədəf alındı
Bu gün, 09:56
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:53
Mətbəx etirazı - REPLİKA
Bu gün, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru