Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir .....                     Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                     İlon Mask tarixdə ilk trilyonçu olub .....                     TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır .....                     "AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU .....                     Vakansiyalar qul əməyi istəyir: .....                     Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... .....                     Peşə Təhsili Agentliyində nə baş verir? .....                     "Təcili yardıma getdim, mənə kofein vurdular..." .....                     "Quranda belə bir qadağa yoxdur!" .....                     Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? .....                     "Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" .....                     Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? .....                     Güney Qafqazda sülh.. .....                     Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI .....                     Paşinyandan "Zəngəzur əməliyyatı" .....                     Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub .....                     Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib .....                     Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar .....                     Dərslik yerinə süni intellekt: .....                     Paşinyan konstitusion çoxluqdan məhrum oldu .....                     “Premium Bank”dan “GoldenPay”ə transfer .....                     Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir .....                     Azərbaycanda hansı rayonda nə qədər qazi var? .....                     Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib .....                     Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb .....                     Şou-biznesin ən çox izlənən məşhurları .....                     Paşinyan "Müharibə olmayacaq" deyir, amma… .....                     Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik .....                     TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib .....                     Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək .....                     Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi .....                     "Təsəvvür edin ki, Azərbaycana gedirik" .....                     “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib .....                     Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? .....                     “Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” .....                 

44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Tarix: 3-06-2026, 13:30 | Çap et

Cənubi Qafqazda son illərdə baş verən proseslər bir həqiqəti bütün çılpaqlığı ilə üzə çıxarıb. Açıq şəkildə görünür ki, cənub qonşumuz İranın Azərbaycana münasibətdə nümayiş etdirdiyi "neytrallıq" ritorikası ilə real siyasəti arasında dərin uçurum var. Biz bunun hər addımbaşı şahidi olmaqdayıq. Uzun illər boyu "qonşuluq", "müsəlman həmrəyliyi", "regional sabitlik" kimi şüarları ön plana çıxaran İran rejiminin əməlləri isə tamam başqa mənzərə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyü pozularkən susan, işğal dövründə Ermənistanla əlaqələrini davam etdirən, müharibədən sonra isə Azərbaycanın güclənməsini açıq narahatlıqla izləyən molla rejimi bu gün də köhnə geosiyasi vərdişlərindən əl çəkmək istəmir.

44 günlük müharibədən sonra regionda yaranan yeni reallıq bir çox qüvvələri narahat etdiyi kimi, görünür, Tehrandakı hakim dairələri də ciddi şəkildə təşvişə salıb. Qarabağın azad olunması, Azərbaycanın hərbi-siyasi mövqelərinin güclənməsi, Türkiyənin bölgədə artan təsiri, Zəngəzur dəhlizi perspektivi və yeni nəqliyyat-kommunikasiya layihələri İranın onilliklər ərzində alışdığı regional balansı dəyişdirir. Məhz buna görə də rəsmi Tehranın Ermənistanla hərbi əməkdaşlığı, İrəvanın silahlandırılması və Azərbaycana qarşı yönəlmiş siyasi ritorikası təsadüfi addımlar deyil, müəyyən strategiyanın tərkib hissəsi kimi görünür.

Ən böyük paradoks isə budur ki, Azərbaycan çətin günlərdə İran xalqına humanitar yardım göndərdiyi, qonşuluq münasibətlərinə sadiq qaldığı halda, molla rejimi illərdir Ermənistan faktorundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməkdən çəkinmir. Bir tərəfdə humanitar yanaşma, digər tərəfdə isə geosiyasi qısqanclıq və köhnə imperiya refleksləri dayanır. Tehranın narahatlığı Azərbaycanın hansısa təhdid yaratması deyil. Onun əsas narahatlığı güclənən, müstəqil siyasət yürüdən, regionun əsas nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilən Azərbaycandır.

Rəsmi Tehran nə üçün Ermənistanın hərbi potensialının artırılmasına göz yumur və ya dəstək verir? İran Azərbaycanın ərazi bütövlüyü pozularkən sərgiləmədiyi prinsipiallığı bu gün sərhədlər və dəhlizlər məsələsində nümayiş etdirməyə çalışır? Molla rejimi Azərbaycanın uğurlarından, artan nüfuzundan və dəyişən regional reallıqlardan qorxur?

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirib ki, Cənubi Qafqazda baş verən proseslərə dövlət maraqları və geosiyasi reallıqlar prizmasından yanaşmaq daha doğru olar:

"Dövlətlər beynəlxalq münasibətlərdə ilk növbədə öz təhlükəsizliklərini, iqtisadi maraqlarını və regional təsir imkanlarını qorumağa çalışırlar. İranın regionda atdığı addımlar da məhz bu kontekstdə qiymətləndirilməlidir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə formalaşan yeni reallıq yalnız Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütün regional güc balansını dəyişib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Türkiyə ilə strateji tərəfdaşlığının daha da güclənməsi, yeni nəqliyyat və enerji marşrutlarının gündəmə gəlməsi, Zəngəzur istiqamətində kommunikasiyaların açılması perspektivi regionun bütün oyunçularını yeni hesablamalar aparmağa məcbur edib. İran da bu proseslərdən kənarda deyil. Rəsmi Tehranın bəzi məsələlərdə sərgilədiyi mövqe Azərbaycanda haqlı suallar doğurur. Çünki Azərbaycan hər zaman qonşuluq münasibətlərinə, qarşılıqlı hörmət prinsipinə və regional əməkdaşlığa üstünlük verib. Məhz buna görə də Azərbaycan cəmiyyətində belə bir gözlənti formalaşıb ki, qonşu dövlətlər də ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə eyni həssaslıqla yanaşmalıdırlar. Lakin burada bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz. İranın siyasətini yalnız Azərbaycan amili ilə izah etmək mümkün deyil. Tehran öz sərhədləri yaxınlığında baş verən hər bir geosiyasi dəyişikliyi milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Bu baxımdan onun bəzi narahatlıqları Azərbaycanla bağlı deyil, regionda dəyişən qüvvələr nisbəti ilə bağlıdır. Məhz buna görə də İranın davranışlarını bəzən emosional rəqabətdən daha çox, strateji ehtiyatlılıq və təsir imkanlarını qorumaq cəhdi kimi qiymətləndirmək mümkündür.

Bununla yanaşı, bir həqiqət də var ki, müasir dövrdə qarşıdurma siyasəti heç bir dövlətə uzunmüddətli üstünlük qazandırmır. Cənubi Qafqazın gələcəyi silahlanma yarışında deyil, kommunikasiyaların açılmasında, iqtisadi əməkdaşlıqda, enerji və nəqliyyat layihələrinin genişlənməsindədir. Azərbaycan dəfələrlə nümayiş etdirib ki, onun məqsədi yeni gərginlik ocaqları yaratmaq deyil, regionu əməkdaşlıq məkanına çevirməkdir. Əslində bu gün cavab axtarılan əsas sual İranın Azərbaycandan qorxub-qorxmaması deyil. Sual ondan ibarətdir ki, Tehran dəyişən regional reallıqları nə dərəcədə qəbul etməyə və həmin reallıqların yaratdığı imkanlardan yararlanmağa hazırdır. Çünki Azərbaycanın güclənməsi hər hansı dövlətə qarşı yönəlmiş layihə deyil. Bu, regionun iqtisadi potensialını artıran, yeni ticarət yolları açan və bütün qonşular üçün əlavə imkanlar yaradan bir prosesdir.

Tarix göstərir ki, qonşular arasında etimadın alternativi yoxdur. Azərbaycan və İran əsrlərlə eyni coğrafiyanı, ortaq mədəniyyət elementlərini və sıx insani əlaqələri bölüşüblər. Məhz buna görə də gələcəyin yolu qarşılıqlı ittihamlardan deyil, açıq dialoqdan, hörmətdən və ortaq maraqların düzgün müəyyənləşdirilməsindən keçir. Regionun sabitliyi də, rifahı da məhz bu yanaşmadan asılı olacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? - AKTUAL
Bu gün, 04:53
Güney Qafqazda sülh.. HƏLƏ REAL DEYİL...
Bu gün, 04:51
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...
Bu gün, 04:48
Paşinyandan "Zəngəzur əməliyyatı" – Gecəylə sildirdi
Bu gün, 04:42
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub - "Axios"
Bu gün, 04:40
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib - AÇIQLAMA
Bu gün, 04:35
Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
Dünən, 18:21
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Dünən, 17:31
Paşinyan konstitusion çoxluqdan məhrum oldu - ŞƏRH
Dünən, 17:29
“Premium Bank”dan “GoldenPay”ə transfer - BUNDAN SONRA...
Dünən, 17:24
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir - “Armenia Today”
Dünən, 17:21
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
Dünən, 17:20
Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib
Dünən, 17:16
Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb - SİYAHI
Dünən, 17:07
Şou-biznesin ən çox izlənən məşhurları - 3 milyon...
Dünən, 17:04
Paşinyan "Müharibə olmayacaq" deyir, amma… - Bakıdan REAKSİYA
Dünən, 16:58
Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik - Tramp BELƏ DEYİR...
Dünən, 16:55
TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib - ƏMR
Dünən, 15:15
Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək - Adam oğurluğunda ittiham olunur
Dünən, 15:10
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
"Təsəvvür edin ki, Azərbaycana gedirik" - Paşinyan
Dünən, 14:58
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Dünən, 14:54
Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:03
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA
Dünən, 13:02
Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq - Paşinyan
Dünən, 13:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
Dünən, 12:57
"İdrak"da şagirdin atəş açdığı silahın sahibi də cinayət təqibinə cəlb olunub - AÇIQLAMA
Dünən, 12:53
Ermənistan Rusiyanı əvəz edəcək yeni ölkələrin adlarını AÇIQLADI
Dünən, 12:49
Sahib Məmmədovun “PUTYOVKA” BAZARI... - Vətəndaş narazıdır...
Dünən, 12:41
Ermənistan-Türkiyə sərhədi AÇILDI - HƏLƏLİK...
Dünən, 12:17
Zalujnı Zelenskini ÜSTƏLƏDİ – “Dəmir general” gəlir?
Dünən, 12:11
Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
Dünən, 12:05
“MEQAPLUS MMC”-dən şikayət - “Mənə olan borc elə 130000 manatdır”
Dünən, 11:53
AzəriQaz vətəndaşı YÜKLƏYİR... MƏHKƏMƏ İSƏ... - TƏFƏRRÜAT
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru