SOCAR "Azəriqaz" İstehsalat Birliyi yenə də diqqət mərkəzindədir. "DİA-AZ" xəbər verir ki, bu dəfə narazı vətəndaş sayğacın oxunmamasından gileylənir və bildirir ki, bu səbəbdən onlara aylıq sabit-standart borc yazılır.
Narazı vətəndaş bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında belə yazır:
" "Azəriqaz"dan necə soruşaq ki, bizə nə üçün çeki yazıb vermirlər? İnternetdə görüb ödəyirik. Amma çek yoxluğuna görə artıq ödənişlər gəlir. 2 dəfə sabit tarif yazılır..."
Yəni göründüyü kimi, artıq ödəniş tələbi olduğuna görə, vətəndaşa çek verilmir...
Məsələ diqqətimizdədir...








