"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                 

Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Tarix: Bu gün, 06:01 | Çap et

"Mətbuatda Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözü ilə bağlı təşviş dolu açıqlamasını oxuyanda xeyli təəccübləndim. Gərək hörmətli deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”, onda bu qədər qınağa tuş gəlməzdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirdi. O, deputatın qaldırdığı məsələyə belə cavab verdi:

"Bildirmək istəyirəm ki, “qadın” ilə “arvad” sözləri sinonim-dublet deyil, yəni heç də hər zaman bir-birini əvəz etmir. Qadın ailədə həyat yoldaşının arvadıdır. Qalan vaxtlarda o, qadındır. Kişi də ailədə həyat yoldaşının əridir, qalan vaxtlarda kişidir. Bu, normal bir şeydir. Biz insanıq, vətəndaşıq, amma dükanlıq edəndə alıcı (müştəri), nəqliyyata minəndə sərnişin, müalicə üçün həkimə müraciət edəndə pasiyent oluruq. “Ər” və “arvad” sözləri də nikaha daxil olmuş şəxslərin ailə daxilindəki statuslarını bildirir. Amma “qadın” sözü daha çox gender identikliyini ifadə edir. Bəhruz Məhərrəmov iddia edir ki, “qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq”. Lakin əsas Qanunda – Konstitusiyada “qadın” və “arvad” sözlərinin mənası çox aydın şəkildə fərqləndirilib:

“ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır”.

Yenə orada, 34-cü maddədə isə oxuyuruq:

“Nikah hüququ. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Eləcə də digər qanunlarda və qanunvericilik aktlarında bu sözlərin sərhədi dəqiq müəyyən edilib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasinin Qanunu”nda “qadın” sözü 22, “kişi” sözü isə 21 dəfə işlədilib. Amma “ər” və “arvad” sözləri yoxdur. Yəni qanunvericilikdə bu anlayışlar fərqləndirilib və müvafiq terminlərlə ifadə edilib".

Dilçi qeyd edir ki, deputatın təşvişi əbəsdir.

"Deputatın təklifini Ailə Məcəlləsinə tətbiq etsək, belə bir mənzərə ilə üzləşərik: Ər-qadının və keçmiş ər-qadının aliment öhdəlikləri və ya ər-qadının bir-birini saxlamaq vəzifəsi və s. Göründüyü kimi, çox absurd vəziyyət yaranır. Deputatın “arvad” sözünün mənbə dildə verdiyi məna ilə bağlı arqumentinə gəlincə, bu mövzuda irad və təklifləri çox uğursuz, hətta zərərli hesab edirəm. “Bu söz filan dildə filan mənadadır, ona görə dəyişdirilməlidir” prinsipi ilə yanaşma ədəbi dilimizə böyük qəsd olardı. Söz səslərdən ibarət qəlibdir, əgər onun dilimizdə oturduğu mənada alçaldıcı bir şey yoxdursa, mənbə dildə etimologiyasını qurdalamaq qeyri-peşəkar yanaşma sayıla bilər. Bir zamanlar bizim bədii və publisistik üslublarda da işlənmiş, Türkiyədə isə indinin özündə ədəbi dildə geniş istifadə edilən bir söz var – “çocuq”. Bu sözün ilkin mənasının “donuz balası” olduğunu heç kəs inkar etmir. “Çocuq” “coşqa” və buna oxşar səs tərkibində bir çox türkdilli xalqların lüğətində indi də qalır, yalnız Türkiyədə uşaq mənasındadır. İndi həmin sözü ilkin mənasına görə derivativləri ilə birlikdə linç edək? Və ya "pedaqoq" sözünü götürək. Bu söz qədim yunanca "paidagogos" kökündən gəlir və hərfi mənada "uşaq bələdçisi", "uşaqötürən"dir. Qədim Yunanıstanda ağaların öz övladlarına nəzarət etməyi tapşırdığı köləyə paydaqoqos – pedaqoq deyilirdi. Həmin kölənin vəzifələri uşağı məktəbə (və ya idman sahəsinə) müşayiət etmək, yol boyu onu qorumaq və davranışını izləmək idi. Artıq bu söz ilkin mənadan uzaqlaşıb, pedaqoq köləyə yox, müəllimə deyilir. Pedaqogika isə kölələrin vəzifələri barədə təlimat yox, tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. İlkin mənasını əsas götürüb bu sözlərə qadağa qoymaq nə dərəcədə doğru olar? Bu sözlərin ilkin mənalarından cəmiyyətin böyük əksəriyyətinin xəbəri yoxdur, vaxtaşırı bu sözlərin ilkin mənasını xatırladıb, dilin təbii qatlarını utanılacaq şey kimi təqdim etmək yanlışdır, hətta təhlükəlidir", - deyə Vasif Sadıqlı yekunlaşdırdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru