VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                 

Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Tarix: Bu gün, 05:45 | Çap et

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirmişdi ki, genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə kütləvi köç təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”, - ölkə başçısı vurğulayıb.

Dövlət başçısı bununla kəndlərdən şəhərlərə, xüsusən də paytaxt Bakıya axının həm şəhər infrastrukturuna böyük yük yaratdığını, həm də bölgələrin demoqrafik balansını pozduğunu vurğuladı. Bu çıxış, əslində, get-gedə böyüyən sosial-iqtisadi bir yaranın - kəndlərin boşalması probleminin rəsmi səviyyədə gündəmə gətirilməsidir.

Qeyd edək ki, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) və büdcə gəlirlərinin təxminən 75-80%-i təkbaşına Bakının (Abşeron iqtisadi rayonu daxil olmaqla) payına düşür. Ölkə iqtisadiyyatının dörddə üçü bir şəhərdə cəmləşib. Geriyə qalan bütün regionların - 60-dan çox rayon və şəhərin ÜDM-dəki ümumi payı cəmi 20-25% civarındadır. Büdcə gəlirlərində isə regionların payı daha aşağıdır (əksər rayonlar hələ də dövlət büdcəsindən dotasiya alan yerli xərclərlə yaşayır).

Rəsmi statistikaya nəzər salsaq, Azərbaycanda şəhər və kənd əhalisinin nisbəti demək olar ki, yarıbayarıdır (təxminən 53% şəhər, 47% kənd). Lakin bu rəqəmlər real vəziyyəti əks etdirmir, çünki kənddə qeydiyyatda olan yüz minlərlə insan faktiki olaraq Bakıda və ya ölkə xaricində yaşayır.

Kəndli niyə torpaqdan qaçır? Dörd əsas səbəb

İnsanlar kəndi niyə tərk edir? Doğulduğu, böyüdüyü yurdu qoyub şəhərin səs-küyünə qaçmaq heç kim üçün xoş deyil. Bu, urbanizasiya yox, məcburi köçdür. Səbəblər isə dərindir:

Kəndli torpağa əkməyə keyfiyyətli, məhsuldar toxum tapa bilmir. Nəticədə min bir əziyyətlə əkilən sahədən alınan məhsul həm az olur, həm də xaricdən gələn, yaxud aqroparklarda yetişdirilən parıltılı məhsullarla rəqabətə dözmür;

Dövlətin aqrar sahəyə ayırdığı subsidiyalar və güzəştli kreditlər çox vaxt sıravi, kiçik kəndliyə gedib çatmır. Bürokratik əngəllər, "tanış-biliş" amili real istehsalçını dəstəkdən məhrum edir;

Kəndlinin ən böyük dərdi məhsulu satmaqdır. Böyük şəhərlərin bazarları və market şəbəkələri dəllalların (vasitəçilərin) əlindədir. Kənddən məhsulu 20 qəpiyə alan dəllal şəhərdə onu 2 manata satır. Qazanan tər tökməyən vasitəçi olur, müflis olan isə kəndli;

Xaricdən (məsələn, İran, Türkiyə və ya Rusiyadan) gələn ucuz və rəqabətədavamlı kənd təsərrüfatı məhsulları yerli istehsalı boğur. Dövlət daxili bazarı xarici dempinqdən (süni qiymət ucuzlaşmasından) qorumadıqca, yerli kəndli ziyana işləyir.

Bakıda 1 ay taksi sürüb kənddə 4 ayda qazandığını qazanır

Mənzərəni tam sadə bir dillə izah edək: Bu gün kənddən Bakıya gəlib, borc-xərclə bir maşın götürüb taksi sürən gənc, ayda təmiz 1000 manat qazana bilir. İndi isə kəndə qayıdaq. Bir kəndli ailəsinin həmin 1000 manatı torpaqdan, heyvandarlıqdan qazanması üçün ən azı 4 ay gecə-gündüz, qızmar günəşin, şaxtanın altında bel bükməsi lazımdır. Üstəlik, su qıtlığı, yem bahalığı və məhsulun sahədə qalıb çürüməsi riskini də bura əlavə etsək, kəndlinin niyə torpağı qoyub şəhərdə sükan arxasına keçdiyini anlamaq çətin deyil. İnsanlar sadəcə daha asan və zəmanətli çörək pulunun ardınca qaçırlar.

Nə etməli?

Kəndlərin tamamilə qocalıb sıradan çıxmaması və Bakının partlamaq nöqtəsinə gələn yükünü azaltmaq üçün təcili addımlar atılmalıdır:

İlk növbədə subsidiya sistemi şəffaflaşmalıdır. Subsidiya kənd təsərrüfatı nazirliyinin dəhlizlərində yox, birbaşa sahədə, torpağı qabaran kəndlinin kartında olmalıdır. Proses tam rəqəmsallaşmalı və ədalətli icra edilməlidir.

Həmçinin bölgələrdə dövlət tərəfindən laboratoriyalar və ucuz, keyfiyyətli toxum mərkəzləri yaradılmalıdır. Kəndli bilməlidir ki, əkdiyi toxum ona mütləq keyfiyyətli məhsul verəcək.

Daha sonra dövlət kəndlinin öz məhsulunu birbaşa şəhər bazarlarına çıxarması üçün "tarladan masaya" zəncirini qurmalıdır. Böyük şəhərlərdə kəndlilər üçün rüsumsuz, sərbəst satış sahələri yaradılmalıdır.

Daxili bazarı qorumaq üçün mövsüm vaxtı xaricdən gələn analoji kənd təsərrüfatı məhsullarına differensial qaydada yüksək gömrük rüsumları tətbiq edilməlidir ki, yerli məhsul dəyər qazansın.

Şəhərdən kəndə köçmək istəyən vətəndaşları stimullaşdırmaq üçün vacib addımlardan biri isə kəndlərdə elektrik, qaz, su paytaxta nisbətən daha aşağı tariflərlə əhaliyə verilməlidir. Məlumdur ki, az gəlirli vətəndaşlar üçün bu xərcləri ödəmək kifayət qədər ağır yükdür. İri kənd evlərinin aylıq kommunal xərcləri şəhərdəki mənzillərin sərfiyyatını bir neçə dəfə üstələyir.

Əlbəttə, bir yazıda mövzuya aid bütün problemləri sadalamaq mümkün deyil, urbanizasiyanı tətikləyən əsas çətinliklər bunlardan ibarətdir. Azərbaycan dövlətinin bu problemləri həll etmək üçün kifayət qədər pulu və kadr bankı var. Prezident İlham Əliyev məsələni gündəmə gətirib, qalır, iqtisadi komandanın işə keçməsi...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru