Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq .....                     Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır .....                     Dörd liderin başa düşdüyü tək məqam: .....                     İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır .....                     "KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub .....                     "İşimi itirərəmsə, evimi də itirəcəm..." .....                     Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir .....                     Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                     İlon Mask tarixdə ilk trilyonçu olub .....                     TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır .....                     "AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU .....                     Vakansiyalar qul əməyi istəyir: .....                     Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... .....                     Peşə Təhsili Agentliyində nə baş verir? .....                     "Təcili yardıma getdim, mənə kofein vurdular..." .....                     "Quranda belə bir qadağa yoxdur!" .....                     Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? .....                     "Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" .....                     Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? .....                     Güney Qafqazda sülh.. .....                     Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI .....                     Paşinyandan "Zəngəzur əməliyyatı" .....                     Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub .....                     Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib .....                     Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar .....                     Dərslik yerinə süni intellekt: .....                     Paşinyan konstitusion çoxluqdan məhrum oldu .....                     “Premium Bank”dan “GoldenPay”ə transfer .....                     Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir .....                     Azərbaycanda hansı rayonda nə qədər qazi var? .....                     Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib .....                     Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb .....                     Şou-biznesin ən çox izlənən məşhurları .....                     Paşinyan "Müharibə olmayacaq" deyir, amma… .....                 

Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Tarix: 3-06-2026, 11:36 | Çap et

Bakıda məşhur biznesmen Emil Ağacanovun tanışı və yaxın münasibətdə olduğu İradə Muradovanın ölümü ilə bağlı cinayət işi üzrə çıxarılan hökm cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusi amansızlıqla qətldə ittiham olunan biznesmen barəsində azadlıqdan məhrumetmə cəzası deyil, psixiatriya xəstəxanasında məcburi müalicə tədbiri tətbiq edilməsi bir çox suallar doğurub. İctimaiyyətin diqqətini çəkən əsas məqam ağır və rezonanslı qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxs necə oldu ki, həbs cəzası almadı?

Musavat.com xəbər verir ki, ittihama görə, hadisə 2025-ci il avqustun 23-də Yasamal rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında, vannanın içərisində paltarsız vəziyyətdə aşkarlanıb. İstintaq materiallarında göstərilib ki, qadın çoxsaylı bıçaq xəsarətləri alıb və ölüm xüsusi amansızlıqla törədilmiş zorakılıq nəticəsində baş verib. İttiham tərəfinin versiyasına görə, hadisədən əvvəl Emil Ağacanov və İradə Muradova birlikdə mənzildə olublar. İstintaq zamanı onların uzun müddət yaxın münasibətdə olduqları müəyyən edilib.

Materiallarda həmçinin biznesmenin hadisə vaxtı narkotik vasitə istifadəsi ehtimalı və mənzildə dini məzmunlu musiqilərin səsləndiyi barədə məlumatlar yer alıb. Toplanmış sübutlar əsasında Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi - xüsusi amansızlıqla adam öldürmə ittihamı verilib. Cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı əsas mübahisə hadisənin necə baş verməsindən çox, təqsirləndirilən şəxsin psixi vəziyyəti ətrafında cəmləşib. İş materiallarında əks olunan ekspertiza rəylərinə əsasən, Emil Ağacanovun hadisə zamanı psixi pozuntu vəziyyətində olduğu və öz hərəkətlərinin mahiyyətini dərk etmədiyi qənaətinə gəlinib. Məhkəmə iclaslarında müdafiə tərəfi də məhz bu mövqedən çıxış edib. Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxsin davranışları, hadisədən sonrakı vəziyyəti və ekspertiza nəticələri onun anlaqsız vəziyyətdə olduğunu göstərir. Lakin zərərçəkmiş tərəfin nümayəndələri və İradə Muradovanın yaxınları proses ərzində bu qənaətlə razılaşmadıqlarını bildiriblər. Onlar qətlin qəddarlıqla törədildiyini, hadisədən əvvəl və sonra baş verənlərin araşdırılmalı olduğunu vurğulayaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən kənarda qalmasının ədalətli olmadığını iddia ediblər. Məhz bu səbəbdən proses boyunca ekspertiza rəyləri iş üzrə ən çox müzakirə olunan sübutlardan biri olub.

Bəs məhkəmə niyə həbs yox, məcburi müalicə seçdi?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyəti yalnız şəxsin törətdiyi əməlin mahiyyətini dərk etdiyi və hərəkətlərinə nəzarət edə bildiyi halda yaranır: “Əgər məhkəmə müəyyən edərsə ki, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olub, o zaman həmin şəxsə adi qaydada həbs cəzası verilə bilməz. Məhkəmə hökmündə də məhz bu nəticəyə gəlinib. Hakim Emil Ağacanovun cinayət hadisəsi zamanı anlaqsız vəziyyətdə olduğunu qəbul edib. Nəticədə Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilib”.

Bəs məcburi müalicə hansı qaydada gerçəkləşir?

Ceyhun Yusifov deyir ki, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, psixiatriya xəstəxanasına göndərilən şəxs faktiki olaraq azadlığa buraxılır:

“Əslində isə hüquqi baxımdan vəziyyət fərqlidir. Məcburi müalicə alan şəxs öz istəyi ilə xəstəxananı tərk edə bilmir. O, xüsusi nəzarət altında saxlanılır və mütəmadi tibbi müşahidədən keçirilir. Adi pasiyentdən fərqli olaraq onun müəssisədən çıxması yalnız həkim komissiyasının rəyi və məhkəmənin qərarı əsasında mümkündür. Bu səbəbdən məcburi müalicə həbs hesab edilməsə də, şəxsin azadlığını ciddi şəkildə məhdudlaşdıran hüquqi tədbirdir”.

Ceyhun Yusifov məcburi müalicə ilə bağlı ən çox verilən suallardan biri olan müddət məsələsinə də aydınlıq gətirib: “Qanunvericilikdə bunun üçün konkret vaxt həddi müəyyən edilməyib. Yəni məhkəmə 5 il məcburi müalicə və ya 10 il məcburi müalicə hökmü çıxarmır. Şəxsin psixi vəziyyəti dövri olaraq həkim komissiyaları tərəfindən qiymətləndirilir. Əgər onun artıq təhlükəli olmadığı və cəmiyyət üçün risk yaratmadığı müəyyən edilərsə, məsələ yenidən məhkəməyə təqdim olunur. Əks halda müalicə davam etdirilir.Bəzi hallarda belə müalicə tədbirləri uzun illər davam edə, hətta müəyyən hallarda nəzəri olaraq bəzi həbs cəzalarından daha uzun sürə bilər”.

Xatırladaq ki, İradə Muradovanın qətli ilə bağlı cinayət işi ictimai rezonans doğurduğundan məhkəmənin hökmü də müxtəlif reaksiyalarla qarşılanıb. Bir tərəf hesab edir ki, məhkəmə ekspertiza rəylərinə və qanunun tələblərinə uyğun hökm çıxarıb. Digər tərəf isə belə ağır cinayətə görə həbs cəzasının tətbiq edilməməsini qəbul etməkdə çətinlik çəkir.

Ceyhun Yusifov vurğulayıb ki, burada əsas məsələ cinayətin ağırlığından çox, təqsirləndirilən şəxsin həmin əməli törədərkən psixi vəziyyətidir:

“Əgər anlaqsızlıq hüquqi və tibbi cəhətdən sübuta yetirilibsə, məhkəmənin alternativ qərar vermək imkanları məhdud olur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq - TƏFƏRRÜAT
Bu gün, 09:45
Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır - Ataları da vəzifədə işləyib
Bu gün, 09:43
Dörd liderin başa düşdüyü tək məqam: - Moskva indi bu şərtlərlə razılaşmayacaq, amma...
Bu gün, 09:40
İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır – “Bloomberg”
Bu gün, 09:38
"KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" - İNCƏLƏMƏ
Bu gün, 09:32
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:30
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
Bu gün, 09:25
"İşimi itirərəmsə, evimi də itirəcəm..." - İxtisar xəbərdarlığı alan işçidən SOS!
Bu gün, 09:24
Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? - AKTUAL
Bu gün, 04:53
Güney Qafqazda sülh.. HƏLƏ REAL DEYİL...
Bu gün, 04:51
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...
Bu gün, 04:48
Paşinyandan "Zəngəzur əməliyyatı" – Gecəylə sildirdi
Bu gün, 04:42
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub - "Axios"
Bu gün, 04:40
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib - AÇIQLAMA
Bu gün, 04:35
Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
Dünən, 18:21
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Dünən, 17:31
Paşinyan konstitusion çoxluqdan məhrum oldu - ŞƏRH
Dünən, 17:29
“Premium Bank”dan “GoldenPay”ə transfer - BUNDAN SONRA...
Dünən, 17:24
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir - “Armenia Today”
Dünən, 17:21
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
Dünən, 17:20
Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib
Dünən, 17:16
Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb - SİYAHI
Dünən, 17:07
Şou-biznesin ən çox izlənən məşhurları - 3 milyon...
Dünən, 17:04
Paşinyan "Müharibə olmayacaq" deyir, amma… - Bakıdan REAKSİYA
Dünən, 16:58
Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik - Tramp BELƏ DEYİR...
Dünən, 16:55
TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib - ƏMR
Dünən, 15:15
Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək - Adam oğurluğunda ittiham olunur
Dünən, 15:10
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
"Təsəvvür edin ki, Azərbaycana gedirik" - Paşinyan
Dünən, 14:58
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Dünən, 14:54
Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:03
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA
Dünən, 13:02
Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq - Paşinyan
Dünən, 13:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru