Bakıda fəaliyyət göstərən növbəti şirkətin dövlət büdcəsinə olan astronomik borcu və qaranlıq fəaliyyəti üzə çıxıb.
32gun.az xəbər verir ki, "ZALENDES20" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında rəsmən 876 740.37 AZN məbləğində nəhəng vergi borcu öhdəliyi ifşa edilib.
Nizamnamə kapitalı cəmi 10 manat olan bu şirkət barəsində vergi orqanları tərəfindən rəsmi olaraq "Riskli vergi ödəyicisi" qərarı çıxarılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 52, mənzil 11 olan şirkətin qanuni təmsilçisi və rəhbəri Zaur Hamil oğlu Cəfərovdur. Bir qutu siqaret qiymətinə təsis edilən şirkətin rəsmi olaraq riskli statusu alması və qısa müddətdə milyona yaxın borca batması diqqətləri qurumun şübhəli maliyyə dövriyyəsinə yönəldib.








