Şamaxıda qətl hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxıda oğul ögey anasını qətlə yetirib.
Hadisə fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb. Belə ki, Şərifzadə küçəsi, 37 nömrəli evdə yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.










