Əsas Səhifə > Güney Press > Şamaxıda oğul ögey anasını qətlə yetirib
Şamaxıda oğul ögey anasını qətlə yetiribBu gün, 06:25 |
|
Şamaxıda qətl hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxıda oğul ögey anasını qətlə yetirib. Hadisə fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb. Belə ki, Şərifzadə küçəsi, 37 nömrəli evdə yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |