Son günlərin əsas mövzularından biri də AMEA-da alimlərimizin toplantı zamanı mürgü vurmasıdır, desək, yanılmarıq. "DİA-AZ" qeyd edir ki, hər kəs bu barədə danışıb... danışır... Elə ADNSU rektoru
Rektorun reaksiyası isə birmənalı qarşılanmayıb. Keçmiş deputat, təhsil eksperti Etibar Əliyev həmin açıqlamaya ilginc reaksiyası ilə diqqətə gəlib. Keçmiş deputat özünün sosial şəbəkə hesabında "Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun “müdrikliyi!” başlığı altında belə yazır: "R. Əzizov yazır: "Dünən sosial mediada AMEA-nın illik hesabat tədbirindən yayılan bəzi görüntülər geniş müzakirə olundu. Eyni gün 95 illik yubileyi münasibətilə ADNSU-nun görkəmli alimi, professor Çingiz Müzəffər oğlu Xəlifəzadəni təbrik etmək şərəfinə nail oldum.
Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar geoloqu, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Vyetnam Respublikasının fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadə Azərbaycan geologiya elminin simalarından biridir. Çingiz müəlllimin rəhbərliyi altında son 40 ildə 23 elmlər namizədi və üç elmlər doktoru hazırlamışdır".
Bağır Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. O, 25 fəlsəfə və 6 elmlər doktoru hazırlayıb.









