İran mütəmadi olaraq Azərbaycanı təhid edərək, bohtan və yalan məlumatlar yaymaqda davam edir.
Tribuna.az xəbər verir ki, bir tərəfdən Bakıya nümayəndə göndərərək, əlaqələri dərinləşdirmək istəyən Tehran, digər tərəfdən də təhdidlərindən qalmır.
Belə ki, SEPAH-a bağlı “Sepah Pasdaran” Teleqram kanalı Azərbaycanla bağlı daha bir əsassız məlumat paylaşıb. Kanal iddia edib ki, guya, Azərbaycan NATO-ya yaxınlaşaraq, ora üzv olmağı hədəfləyir. “Bakıda NATO nümayəndə heyəti ilə məsləhətləşmə görüşü keçirilir. Azərbaycan NATO istiqamətində aktiv hərəkətlər edir”.
Qeyd edək ki, Azərbaycanın hansısa hərbi, siyasi bloka qoşulması müstəsna hüququdur. Buna görə, kimsəylə məsləhətləşmək kimi bir öhdəliyi yoxdur. İranın bundan təlaşa düşməsi, belə dezinformasiyalar yaymasına da gərək yoxdur. Çünki rəsmi Bakı hər hansı ittifaq və birlikdə təmsil olunmaqla, İrana qarşı cəbhədə yer almır. Öz maraqlarını qoruyur.









