Sabirabad sakini məhkəmə qapılarına qalıb... .....                     “Agro Dairy”nin şirkətinə yeni rəhbər təyin edilib .....                     Hasil Abbasov yeni şöbə müdiri təyin etdi .....                     Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: .....                     Mehdiyevin hələ də bitirilməyən “akademik taleyi”... .....                     İcra hakimiyyətlərində SİLKƏLƏNMƏ: Kimlər gedəcək, kimlər qalacaq? .....                     Anna Akopyan Paşinyandan ayrıldığını açıqlayıb .....                     Ədalətin bərpası və gələcəyə mesaj .....                     Xocalı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhununun timsalıdır .....                     ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib .....                     Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: .....                     İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... .....                     Ermənistanda hərbçinin cəsədi tapıldı .....                     Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. .....                     Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ .....                     Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi .....                     Azərbaycanda kişilər üçün də sığınacaq var? .....                     AYNA-dan növbəti "cızma-qara" .....                     Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir .....                     Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir .....                     Şamaxıda oğul ögey anasını qətlə yetirib .....                     Əliyevin itirmədiyi inamı... .....                     "Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" .....                     "Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." .....                     Uzaqda dayanan və görünən adam .....                     Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? .....                     AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI .....                     Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR .....                     Almaniya iqtisadiyyatı BATIR! .....                     Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ .....                     Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ .....                     Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... .....                     Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! .....                     Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... .....                     Tehran artıq mümkün müharibəyə hazırlaşır .....                     “Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” .....                     75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı .....                     Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: .....                     Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər .....                 

Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi – Bütün kartlar bir-birinə qarışıb
Tarix: Bu gün, 06:58 | Çap et

Avropa İttifaqı Ermənistana iyun ayına planlaşdırılan parlament seçkiləri ərəfəsində Rusiyanın müdaxiləsindən yayınmağa kömək etməyə hazırlaşır. Bu məqsədlə əvvəlcə Kremlin dezinformasiyasına qarşı mübarizə aparmaq üçün “hibrid sürətli reaksiya qrupu”nun yerləşdirilməsi, daha sonra isə mümkün variant kimi daimi mülki missiyanın yaradılması nəzərdə tutulur. Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də Brüsselə məktubla müraciət edərək İrəvana sürətli reaksiya qrupunun göndərilməsini xahiş edir. Qeyd edək ki, Aİ ötən il parlament seçkiləri zamanı Moldovada analoji (təxminən 20 nəfərlik) qrup yerləşdirmişdi. Məqsəd sosial şəbəkələrdə Rusiya tərəfindən yayılan dezinformasiyanın erkən mərhələdə aşkarlanması və qarşısının alınmasında Moldova hakimiyyətinə yardım göstərmək idi.

Həm Brüssel, həm də Kişinyov layihəni uğurlu hesab edib və indi Aİ eyni addımı mühüm seçkilər ərəfəsində Ermənistanda da atmaq niyyətindədir. Gözləntilərə görə, Rusiya bu seçkilərə təsir göstərməyə cəhd edə bilər.

Brüsseldə müzakirə olunan diplomatik qeydlərə əsasən, Aİ “2026-cı ilin iyununda keçiriləcək seçkilər ərəfəsində və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi çərçivəsində Ermənistanın demokratik dayanıqlığını və informasiya bütövlüyünü dəstəkləməyi” planlaşdırır. Sənədlərdə qeyd olunur ki, “Ermənistana göstərilən dəstək aydın şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətinin azaldılması və yumşaldılmasına yönəlməlidir”.

Azadlıq Radiosunun məlumatına görə, yeni missiya təsdiqlənəcəyi halda daha çox hibrid təhdidlərə fokuslanacaq. Buraya “seçki prosesinin bütövlüyünün qorunması, eləcə də seçkilərdən dərhal sonra keçirilə biləcək mümkün konstitusiya referendumu” daxildir.

Azadlıq Radiosu tərəfindən aparılan sorğu zamanı Aİ-nin bir neçə diplomatı bildirib ki, tərəflər missiyanı İrəvanda mayın 4-də keçiriləcək Aİ–Ermənistan sammitinədək işə salmağı planlaşdırırlar. Bu isə o deməkdir ki, məsələ ilə bağlı qərar mart ayında qəbul edilməlidir.

Bu fonda Ermənistanda seçkiöncəsi siyasi ritorikanın nəzərəçarpacaq dərəcədə fəallaşdığı müşahidə olunur.

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından vitse-spikeri Ruben Rubinyan fevralın 24-də jurnalistlərlə söhbətində bildirib ki, “Robert Koçaryan və bütün oliqarxlar parlamentdən və siyasi meydandan sıxışdırılıb çıxarılmalıdır”. O, vətəndaşları iyunda keçiriləcək seçkilərdə həmin qüvvələrə səs verməməyə çağırıb. Rubinyanın sözlərinə görə, bu qüvvələr hakimiyyətə gələrsə, hüquq-mühafizə orqanlarına korrupsiyaya qarşı mübarizə aparmağı qadağan edəcəklər.

Mövcud hakimiyyətə simpatiyası ilə seçilməyən siyasi analitik Arqişti Kiviryan isə News.am-a açıqlamasında iddia edib ki, Nikol Pashinyan hakimiyyəti qorumaq üçün hər şeyə hazırdır və deməli, müxalifət də hakimiyyəti ələ keçirmək üçün eyni dərəcədə radikal olmalıdır – yalnız bu halda onun şansı yarana bilər.

O əlavə edib ki, hakimiyyət seçki, inqilab və ya çevriliş yolu ilə dəyişə bilər.

Ermənistanda müxalifət heç vaxt hakimiyyəti seçki yolu ilə ələ almayıb. Əgər ölkədə inqilab edə biləcək qüvvələr meydana çıxmasa, Paşinyan yenidən özünü təkrarlayacaq. Seçkiləri inqilaba transformasiya etmək də mümkündür, bu da variantdır. Amma yalnız seçkilərə ümid bəslənsə, Paşinyan yenidən hakimiyyətdə qalacaq”, – Kiviryan vurğulayıb.

Onun sözlərinə görə, əgər hakimiyyət seçkilər ərəfəsində müxalifətin mümkün konsolidasiyasından həqiqətən narahat olsaydı, bu barədə açıq danışmaz, kartlarını açmaz, Milli Təhlükəsizlik Xidməti və polis vasitəsilə işləyərdi: “Mövcud vəziyyət isə göstərir ki, bu məsələ onları ciddi şəkildə narahat etmir”.

Kiviryan qeyd edib ki, müstəqil Ermənistan tarixində hakimiyyətlər heç vaxt sorğulara əsasən formalaşmayıb, rəqəmlər “öz istəklərinə” uyğun yazılıb. “Keçmiş hakimiyyətlər rəqəmləri saxtalaşdırıbsa, niyə düşünürlər ki, Nikol Paşinyan daha yüksək mənəvi keyfiyyət nümayiş etdirəcək və bunu etməyəcək? Hakimiyyəti itirmək təhlükəsi yaranarsa, onun rəqəmləri “yazmayacağını” düşünmək sadəlövhlükdür. Elə bir hal olub ki, o nəsə desin və sonra əksini etməsin? Bu məsələdə də sözünü tutacağını düşünmək sadəlövhlükdür”, – o bildirib.

Ekspert hesab edir ki, hakimiyyət inzibati resursdan istifadə etməklə üstünlük əldə edə bilər – bu resurs isə həmişə iqtidara əlavə səslər qazandırır. “Əgər o, bu gün həmin resursdan dini ayın zamanı istifadə edirsə, niyə seçkilərdə istifadə etməsin? Satellitlərə isə yalnız son mərhələdə müraciət edəcək, çünki indiki mərhələdə onlarla mümkün əməkdaşlıq barədə danışmaq zəiflik əlaməti kimi görünər”, – ekspert əlavə edib.

Kiviryanın fikrincə, Paşinyan Qarabağ, Azərbaycan və Türkiyə məsələləri ilə bağlı kursunun Ermənistan cəmiyyətində total dəstəyə malik olduğunu elan edə bilmək üçün var qüvvəsi ilə 2021-ci ildəkindən daha çox səs toplamağa çalışacaq.

Ortaya suallar çıxır: indiki şəraitdə Ermənistana Aİ-nin “hibrid sürətli reaksiya qrupu” nə dərəcədə lazımdır? Qarşıdan gələn seçkilər zamanı Rusiyanın müdaxiləsi və Kremlin dezinformasiyası təhlükəsi nə qədər realdır?

İkinci sual isə belədir: müxalifətçi politoloq Kiviryanın Paşinyanın seçkilərdə qələbə naminə mümkün saxtalaşdırmalara hazır olması barədə iddialarını necə qiymətləndirmək olar?

Pressklub.az-ın suallarını tanınmış xarici şərhçilər cavablandırmağa razılaşıblar.

Ermənistanlı jurnalist, bloqer və “Obyektivin mərkəzində” informasiya platformasının müəllifi Roman Baqdasaryan bildirib ki, Azadlıq Radiosunun yaydığı məlumatın reallığa nə dərəcədə uyğun olduğunu dəqiq bilməsə də, Avropanın dəstəyinə ehtiyacın həqiqətən mövcud olduğunu düşünür.

Ermənistana göstərilən istənilən dəstək zəruridir. Çünki Rusiya tərəfindən gələn təhlükə və onun yaydığı dezinformasiya çox böyükdür. Ümid edək ki, Avropa həqiqətən də kömək edəcək.

Kiviryanın Paşinyanın istənilən saxtakarlığa hazır olması ilə bağlı iddialarına gəlincə, ölkəmizdə istənilən erməni sizə deyər ki, Paşinyan heç vaxt saxtakarlığa yol verməyib və korrupsioner deyil. Buna onun ehtiyacı yoxdur, çünki xalqın ona etimadı çox böyükdür. O, heç vaxt saxtakarlığa getməyib və getməyəcək.

Kiviryan isə adi demaqoq və ucuz populistdir. Ola bilsin, siz hansısa saytları oxuduğunuz üçün ondan sitat gətirirsiniz. Amma Ermənistanda əslində çox az adam onu tanıyır”, – Roman Baqdasaryan bildirib.

Tbilisidə fəaliyyət göstərən rusiyalı siyasi ekspert Yeqor Kuroptev də qeyd edib ki, Nikol Pashinyan və onun partiyasına heç bir saxtalaşdırma lazım deyil. Onun sözlərinə görə, onlar ədalətli seçkilərdə də kremlyönümlü müxalifət üzərində böyük fərqlə qələbə qazanacaqlar.

Məsələ bütün Ermənistan xalqının Paşinyanı daha çox sevməsində deyil. Məsələ ondadır ki, Ermənistanın əksər vətəndaşları Koçaryanı və onun Kremlin himayəsi altında asılılıq kursu ilə bağlı olan hər şeyi nifrətlə qarşılayırlar. Xüsusilə də, Vaşinqtonun regiona artan marağı və Rusiyanın iqtisadi tənəzzülə yuvarlanması fonunda Koçaryan, Karapetyan və digər “moskvalıların” dövründəki asılılıq mənasını itirir”, – analitik bildirib.

Kremlin Ermənistandakı seçkilərə müdaxiləsi və dezinformasiya məsələsinə gəlincə, onun sözlərinə görə, bu proses ən azı ötən payızdan etibarən fəal şəkildə davam edir. “Kreml Ermənistan və onun legitim hakimiyyətinə qarşı genişmiqyaslı əməliyyata başlayıb – Moldovada olduğu kimi, bütün mümkün alətlərdən istifadə olunur. Süni intellekt kontenti, TikTok, Telegram kanalları şəbəkəsi, Facebook hesabları, pulla işləyən jurnalistlər, siyasətçilər, fəallar… Etiraz aksiyalarına və sabitliyin pozulmasına hazırlıq gedir. Prezident Administrasiyası, Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi, “Avrasiya” QHT-si və Rusiyadakı digər hakimiyyət strukturları hazırda İrəvanda öz marionetlərini hakimiyyətə gətirmək üzərində işləyirlər. Əlbəttə, əgər Ermənistan hesab edirsə ki, bu qlobal təhlükəyə qarşı mübarizədə yardıma ehtiyacı var, bu yardım göstərilməlidir”, – Kuroptev vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabad sakini məhkəmə qapılarına qalıb... - Prezidentə MÜRACİƏT
Bu gün, 09:48
“Agro Dairy”nin şirkətinə yeni rəhbər təyin edilib - ƏMR
Bu gün, 09:33
Hasil Abbasov yeni şöbə müdiri təyin etdi - BUNDAN SONRA...
Bu gün, 09:28
Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: - Sertifikatlı rəy niyə tanınmır?
Bu gün, 09:26
Mehdiyevin hələ də bitirilməyən “akademik taleyi”... - Və İnsanovdan “fərqi”
Bu gün, 09:18
İcra hakimiyyətlərində SİLKƏLƏNMƏ: Kimlər gedəcək, kimlər qalacaq? - GƏLİŞMƏ
Bu gün, 09:16
Anna Akopyan Paşinyandan ayrıldığını açıqlayıb - “Sputnik Armenia”
Bu gün, 08:57
Ədalətin bərpası və gələcəyə mesaj - MƏQALƏ
Bu gün, 08:51
Xocalı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhununun timsalıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib - "Axios"
Bu gün, 07:44
Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: - ölkə parçalana bilər
Bu gün, 07:42
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... – Qrant sistemində nə baş verir?!
Bu gün, 07:37
Ermənistanda hərbçinin cəsədi tapıldı − Saxlanılan var
Bu gün, 07:33
Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. - ARAŞDIRMA
Bu gün, 07:30
Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ - BU NƏDİ BELƏ?
Bu gün, 07:28
Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi – Bütün kartlar bir-birinə qarışıb
Bu gün, 06:58
Azərbaycanda kişilər üçün də sığınacaq var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
AYNA-dan növbəti "cızma-qara" - Piyada ilə velosipedçini eyni zolağa "sıxdılar"
Bu gün, 06:50
Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb - KİV
Bu gün, 06:46
Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir - FOTO
Bu gün, 06:44
Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir - ŞƏRH
Bu gün, 06:41
Şamaxıda oğul ögey anasını qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 06:25
Əliyevin itirmədiyi inamı... - və yaxud YUBADILAN SƏRƏNCAM
Bu gün, 06:13
"Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" - partiya sədri
Bu gün, 06:04
"Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." - Xeyrəddin Qoca
Bu gün, 06:00
Uzaqda dayanan və görünən adam - Qəşəm Nəcəfzadə yazır...
Bu gün, 05:52
Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? - REAKSİYA
Bu gün, 05:44
AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI - GİLEY
Bu gün, 05:13
Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR - "Bizə elminiz zərrə qədər də lazım deyil"
Bu gün, 05:01
Almaniya iqtisadiyyatı BATIR! - Bu dəfə gerçəkdən...
Bu gün, 04:49
Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...
Bu gün, 04:45
Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ - "Müdrik ola bilməyəcəksən..."
Bu gün, 04:37
Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:23
Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! - BU DA FAKT...
Bu gün, 04:15
Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 04:05
Tehran artıq mümkün müharibəyə hazırlaşır - AKTUAL
Dünən, 19:00
“Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” - ETİRAZ
Dünən, 18:51
75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı - Xahiş edib ki...
Dünən, 18:30
Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: - İrəvan Zəngəzur dəhlizini Kremlə qarşı “geopolitik silaha” çevirir
Dünən, 18:26
Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
Dünən, 18:06
Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək - 3 MİLYONLUQ LAYİHƏ
Dünən, 18:05
“Mənə “boz kardinal” desəydilər, özümü öldürərdim”
Dünən, 18:01
Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı - KİV
Dünən, 17:59
Yeni Zəngəzur hesabatı: Bakı-Qars tarix olur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
Dünən, 17:23
Neftçala RİH-in kotirovka sorğusu ləğv olundu
Dünən, 17:01
Tehranın ittihamları səngimir: - “Azərbaycan NATO ilə yaxınlaşır”
Dünən, 16:58
İran Cənubi Qafqazda dəyişikliyə qarşıdır - Nəsirzadə
Dünən, 16:40
Rusiya Ermənistandakı seçkilərə "əl qatır" - GƏLİŞMƏ
Dünən, 16:35
Bu cəzaları bilsəniz, internetdə kimisə təhqir etməzsiniz - Vəkildən ŞƏRH
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru