ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib .....                     Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: .....                     İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... .....                     Ermənistanda hərbçinin cəsədi tapıldı .....                     Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. .....                     Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ .....                     Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi .....                     Azərbaycanda kişilər üçün də sığınacaq var? .....                     AYNA-dan növbəti "cızma-qara" .....                     Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir .....                     Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir .....                     Şamaxıda oğul ögey anasını qətlə yetirib .....                     Əliyevin itirmədiyi inamı... .....                     "Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" .....                     "Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." .....                     Uzaqda dayanan və görünən adam .....                     Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? .....                     AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI .....                     Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR .....                     Almaniya iqtisadiyyatı BATIR! .....                     Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ .....                     Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ .....                     Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... .....                     Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! .....                     Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... .....                     Tehran artıq mümkün müharibəyə hazırlaşır .....                     “Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” .....                     75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı .....                     Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: .....                     Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər .....                     Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək .....                     “Mənə “boz kardinal” desəydilər, özümü öldürərdim” .....                     Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı .....                     Yeni Zəngəzur hesabatı: Bakı-Qars tarix olur? .....                     Xəzər rayonu başçının DƏDƏ MALIDIR? .....                     Neftçala RİH-in kotirovka sorğusu ləğv olundu .....                     Tehranın ittihamları səngimir: .....                     İran Cənubi Qafqazda dəyişikliyə qarşıdır .....                     Rusiya Ermənistandakı seçkilərə "əl qatır" .....                 

Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: - İrəvan Zəngəzur dəhlizini Kremlə qarşı “geopolitik silaha” çevirir
Tarix: Dünən, 18:26 | Çap et

Cənubi Qafqazda baş verən son proseslər yalnız regional siyasi-diplomatik fəallıq deyil, daha geniş geopolitik yenidənqurmanın tərkib hissəsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə, Rusiya və Avropa Birliyi ilə bağlı son açıqlamaları onu göstərir ki, rəsmi İrəvan artıq post-müharibə mərhələsinin yeni strateji modelinə hazırlaşır. Ermənistan üçün bu model müəyyən mənada, üç əsas qlobal güc mərkəzi – Rusiya, Avropa Birliyi və Türkiyə arasında balans qurmağa əsaslanır. Ancaq bu balans artıq tədricən klassik çoxvektorlu siyasət çərçivəsindən çıxaraq, geopolitik struktur dəyişikliyi mərhələsinə daxil olub.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə münasibətləri hələlik formal olaraq, strateji müttəfiqlik çərçivəsində qalır. Üstəlik, bu ölkənin Gümrü bölgəsində yerləşən Rusiyanın 102-ci hərbi bazası hələ də fəaliyyət göstərir. Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə Kremlin müdaxilə ehtimalını nəzərə alan baş nazir Nikol Paşinyan məcburiyyət qarşısında bildirib ki, rəsmi İrəvanınm bu hərbi baza ilə bağlı “narahatlığı yoxdur”.

Ancaq bütün müşahidələr onu göstərir ki, real situasiya Ermənistan üçün daha qəliz xarakter daşıyır. Belə ki, Ermənistanın 2020-ci ildə hərbi məğlubiyyətindən sonra erməni toplumunda Rusiyanın bu ölkəyə verdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı kifayət qədər ciddi suallar yaranıb. Kremlin Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə tutduğu mövqe Ermənistanda Rusiyaya qarşı “etimad böhranı” yaradıb.

Halbuki, Ermənistan iqtisadi baxımdan, hələ də Rusiya bazarına bağlıdır. Bu ölkənin enerji sektoru əhəmiyyətli dərəcədə Rusiyanın nəzarətindədir. Üstəlik, Ermənistan ərazisində Rusiyanın hərbi infrastrukturları hələ də qalmaqdadır. Bu səbəbdən də Paşinyan hakimiyyəti açıq qarşudurmadan yayınır, radikal uzaqlaşma addımlarını təxirə salmağa məcbur qalır. Ona görə də, rəsmi İrəvan əksinə, indiki mərhələdə Rusiya ilə münasibətləri yenidən “formatlamaq” strategiyası üzrə hərəkət etməyə üstünlük verir. Yəni, rəsmi İrəvan Ermənistanın Rusiyadan təhlükəsizlik asılılığını nisbətə azaltmağa yönəlik addımlar atmağa çalışsa da, Kremlin “nəzarət zonası”nı tamamilə tərk etməkdən də çəkinir.

Maraqlıdır ki, rəsmi İrəvan son vaxtlar Rusiyanın sərt reaksiyasına yol açan Qərblə yaxınlaşma prosesində Avropa Birliyinin yumşaq güc faktorunu daha ciddi təhlükəsizlik arxitekturası ilə əvəzləməyin mümkün yollarını da axtarmağa başlayıb. Belə ki, Ermənistanın Avropa Birliyindən “sürətli hibrid reaksiya qrupu” istəməsi qətiyyən simvolik siyasi manevr deyil, əksinə, bu, kifayət qədər ciddi geostrateji addımdır. Üstəlik, oxşar mexanizm daha əvvəl Moldovada da tətbiq olunmuşdu və indi növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti həmin örnəkdən Ermənistanda istifadə etmək niyyətinə düşüb.

Rəsmi İrəvanın Avropa Birliyinə bu müraciəti onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanın informasiya və seçki təhlükəsizliyini artıq məhz Qərb mexanizmləri ilə qorumağa çalışır. Yəni, Rusiyanın “təsir zonası” Ermənistan üçün rəsmi şəkildə ciddi təhlükə qaynağı kimi qiymətləndirilir və ona görə də, rəsmi İrəvan Avropa Birliyinin regionda təhlükəsizlik aktoruna çevrilməsinə cəhd göstərir. Halbuki, bu, hələlik Ermənistanın Qərbə tam inteqrasiyası anlamı daşımır və təhlükəsizlik arxitekturasının şaxələndirilməsinə yönəlik cəhd kimi görünür. Avropa Birliyi üçün isə bu, Cənubi Qafqazda geopolitik yerləşmə imkanlarının genişlənməsi deməkdir.

Digər tərəfdən isə Paşinyan hakimiyyəti Rusiya və Avropa Birliyi ilə münasibətlərin yenilənməsinə paralel olaraq, Türkiyə istiqamətinə də xüsusi önəm verir. Belə ki, son vaxtlar baş nazir Nikol Paşinyanın prezident Rəcəb Tayyib Ərdoğanla siyasi dialoqu və iki ölkə arasında hava sərhədinin açıq qalması onu göstərir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılma prosesi artıq tədricən real addımların atıldığı mərhələyə keçib. Bu, Ermənistana regional iqtisadi blokadadan çıxmaq şansı, Türkiyəyə isə Cənubi Qafqazda daha dərin geoiqtisadi yerləşmə imkanları qazandırır. Və üstəlik, buna paralel olaraq, Azərbaycan-Ermənistan normallaşma prosesini də sürətləndirir.

Eyni zamanda, Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuad Oktayın “Zəngəzur dəhlizi və TRIPP layihəsi razılaşdırılıb” açıqlaması isə artıq geoiqtisadi mərhələnin başlandığını göstərir. Belə ki, əgər, Zəngəzur marşrutu reallaşarsa, Türkiyə-Azərbaycan quru bağlantısı formalaşacaq. Ermənistan isə Azərbaycan və Gürcüstan kimi tranzit ölkəyə çevrilə bilər. Eyni zamanda, Rusiyanın yalnız Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza ənənəvi nəzarət mexanizmləri öz əhəmiyyətini itirə bilər. Və bu, yalnız regional deyil, həm də Avrasiya logistikasında olduqca ciddi ihfrastruktur dəyişikliyi deməkdir.

Göründüyü kimi, Ermənistan hazırda olduqca ciddi strateji dilemmanın təsiri altındadır. Yəni, rəsmi İrəvan eyni vaxtda üç istiqamət üzrə hərəkət edir. Belə ki, Ermənistan Rusiya ilə formal müttəfiqliyi hələlik qorumağa çalışır, Avropa Birliyini öz təhlükəsizlik mexanizminə daxil etməyə cəhd göstərir və bütün bunlara paralel olaraq, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır. Və Paşinyan hakimiyyətinin bu siyasi kursunun əsas məqsədi Ermənistanın Rusiyadan təhlükəsizlik asılılığını minimuma endirmək və geopolitik manevr imkanlarını artırmaqdır.

Belə anlaşılır ki, postmüharibə mərhələsi üçün Cənubi Qafqazda yeni regional təhlükəsizlik və əməkdaşlıq modeli formalaşır. Bu önəmli modelin əsas xüsusiyyətləri isə regional hərbi qarşıdurmadan geoiqtisadi inteqrasiyaya keçid, enerji və logistika marşrutlarının yenidən dizayn olunması, eləcə də qlobal güclərin regionda açıq rəqabətinin daha da dərinləşməsi ilə bağlıdır. Və Türkiyənin də regional təsir imkanlarının genişləndiyi bu modeldə Ermənistan passiv obyekt olmaq istəmir.

Əslində, Paşinyan hakimiyyətinin bu siyasəti kəskin geopolitik dönüşdən daha çox Ermənistanın Rusiya orbitindən mərhələli şəkildə uzaqlaşma ssenarisidir. Hazırda bu proses artıq geriyə dönüşü çətin olan mərhələyə daxil olub. Ancaq onun uğuru daha çox regional güclərin verəcəyi reaksiyadan və Ermənistanın ölkədaxili siyasi sabitliyindən asılı olacaq. Və əgər, Ermənistan bu prosesin vəd etdiyi böyük risklərə tab gətirərsə, onda Cənubi Qafqaz artıq yeni geopolitik konfiqurasiyaya yönəlmiş olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib - "Axios"
Bu gün, 07:44
Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: - ölkə parçalana bilər
Bu gün, 07:42
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... – Qrant sistemində nə baş verir?!
Bu gün, 07:37
Ermənistanda hərbçinin cəsədi tapıldı − Saxlanılan var
Bu gün, 07:33
Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. - ARAŞDIRMA
Bu gün, 07:30
Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ - BU NƏDİ BELƏ?
Bu gün, 07:28
Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi – Bütün kartlar bir-birinə qarışıb
Bu gün, 06:58
Azərbaycanda kişilər üçün də sığınacaq var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
AYNA-dan növbəti "cızma-qara" - Piyada ilə velosipedçini eyni zolağa "sıxdılar"
Bu gün, 06:50
Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb - KİV
Bu gün, 06:46
Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir - FOTO
Bu gün, 06:44
Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir - ŞƏRH
Bu gün, 06:41
Şamaxıda oğul ögey anasını qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 06:25
Əliyevin itirmədiyi inamı... - və yaxud YUBADILAN SƏRƏNCAM
Bu gün, 06:13
"Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" - partiya sədri
Bu gün, 06:04
"Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." - Xeyrəddin Qoca
Bu gün, 06:00
Uzaqda dayanan və görünən adam - Qəşəm Nəcəfzadə yazır...
Bu gün, 05:52
Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? - REAKSİYA
Bu gün, 05:44
AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI - GİLEY
Bu gün, 05:13
Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR - "Bizə elminiz zərrə qədər də lazım deyil"
Bu gün, 05:01
Almaniya iqtisadiyyatı BATIR! - Bu dəfə gerçəkdən...
Bu gün, 04:49
Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...
Bu gün, 04:45
Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ - "Müdrik ola bilməyəcəksən..."
Bu gün, 04:37
Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:23
Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! - BU DA FAKT...
Bu gün, 04:15
Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 04:05
Tehran artıq mümkün müharibəyə hazırlaşır - AKTUAL
Dünən, 19:00
“Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” - ETİRAZ
Dünən, 18:51
75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı - Xahiş edib ki...
Dünən, 18:30
Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: - İrəvan Zəngəzur dəhlizini Kremlə qarşı “geopolitik silaha” çevirir
Dünən, 18:26
Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
Dünən, 18:06
Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək - 3 MİLYONLUQ LAYİHƏ
Dünən, 18:05
“Mənə “boz kardinal” desəydilər, özümü öldürərdim”
Dünən, 18:01
Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı - KİV
Dünən, 17:59
Yeni Zəngəzur hesabatı: Bakı-Qars tarix olur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
Dünən, 17:23
Neftçala RİH-in kotirovka sorğusu ləğv olundu
Dünən, 17:01
Tehranın ittihamları səngimir: - “Azərbaycan NATO ilə yaxınlaşır”
Dünən, 16:58
İran Cənubi Qafqazda dəyişikliyə qarşıdır - Nəsirzadə
Dünən, 16:40
Rusiya Ermənistandakı seçkilərə "əl qatır" - GƏLİŞMƏ
Dünən, 16:35
Bu cəzaları bilsəniz, internetdə kimisə təhqir etməzsiniz - Vəkildən ŞƏRH
Dünən, 16:22
Avropa ölkələrinə girişi qadağan edilən general Bakıya niyə gəlibmiş? - İLGİNC
Dünən, 16:17
İran müharibə istəmir, amma həm də hazırdır - ŞƏRH
Dünən, 16:14
İcra hakimiyyətləri işlək vəziyyətdə deyil: Ləğv olunmalıdırmı? - AKTUAL
Dünən, 16:11
Ramiz Əzizbəylinin xanımı vəfat etdi
Dünən, 16:09
3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ - "İndiyədək 6 dəfə məhkəmə olub"
Dünən, 16:02
“Kembric”in məzunu olan şirkət rəhbəri yenidən məhkəmə qarşısında çıxarıldı
Dünən, 16:00
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, rubl qarşısında kəskin zəifləyib - TƏFƏRRÜAT
Dünən, 15:53
Vens Bakıya buna görə gəlmişdi - Boçorişvili
Dünən, 15:50
Juninyo "Qarabağ"a daha 1 milyon qazandırdı
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru