"Alimlərin yatmasını mövzu eləmisiniz! Şəxsən məni (alim deyiləm...) bütün iclaslarda yuxu tutur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat, tanınmış yazar Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Çünki elə məruzəçilər seçirlər ki, mənasız, məntiqsiz, yeknəsək nitq irad eləyirlər! Əndrabadi mövzuların isə heç kimə dəxli olmur! Gözlər qeyri-ixtiyari yumulur!
Həm də uzun danışırlar ey... Bu "məruzəçilərə" elə gəlir ki, onlar salonda əyləşənlərdən çox bilirlər!
Camaatı yormasanız olmaz?
***
Bir tərəfdən fikirləşirsən ki, insanlar yatsalar yaxşıdır! Ayıq olanda yemək istəyirlər, pul istəyirlər, vəzifə istəyirlər, orden-medal istəyirlər, axırda da Fəxri xiyaban istəyirlər...
Vallah, bu istəklər bitmir ki, bitmir!"









