ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib .....                     Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: .....                     İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... .....                     Ermənistanda hərbçinin cəsədi tapıldı .....                     Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. .....                     Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ .....                     Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi .....                     Azərbaycanda kişilər üçün də sığınacaq var? .....                     AYNA-dan növbəti "cızma-qara" .....                     Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir .....                     Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir .....                     Şamaxıda oğul ögey anasını qətlə yetirib .....                     Əliyevin itirmədiyi inamı... .....                     "Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" .....                     "Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." .....                     Uzaqda dayanan və görünən adam .....                     Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? .....                     AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI .....                     Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR .....                     Almaniya iqtisadiyyatı BATIR! .....                     Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ .....                     Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ .....                     Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... .....                     Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! .....                     Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... .....                     Tehran artıq mümkün müharibəyə hazırlaşır .....                     “Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” .....                     75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı .....                     Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: .....                     Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər .....                     Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək .....                     “Mənə “boz kardinal” desəydilər, özümü öldürərdim” .....                     Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı .....                     Yeni Zəngəzur hesabatı: Bakı-Qars tarix olur? .....                     Xəzər rayonu başçının DƏDƏ MALIDIR? .....                     Neftçala RİH-in kotirovka sorğusu ləğv olundu .....                     Tehranın ittihamları səngimir: .....                     İran Cənubi Qafqazda dəyişikliyə qarşıdır .....                     Rusiya Ermənistandakı seçkilərə "əl qatır" .....                 

Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? - REAKSİYA
Tarix: Bu gün, 05:44 | Çap et

Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var, o insandır…
S.Ə.Şirvani
Polyak əsilli görkəmli dilçi, ABŞ-nin Massaçusets Texnologiya Universitetinin professoru 98 yaşlı Noam Xomski 1955-ci ildə çap etdirdiyi Linqvistik nəzəriyyənin məntiqi strukturu” əsərində qrammatik qaydalar və anlayışların köməyilə insanların heç vaxt heç kimin demədiyi sonsuz sayda cümlələr qura bilməsini dildə danışmağın anadangəlmə qabiliyyət olması ilə izah etmişdir. Onun fikrincə, dilin mənimsənməsi mexanizmi mümkün qrammatik konstruksiyaların həcmini müəyyənləşdirir və uşağa eşitdiyi nitqdən yeni qrammatik konstruksiyaları mənimsəməyə kömək edir. 1957-ci ildə çap etdirdiyi “Sintaktik strukturlar” əsərində N. Xomski bu nəzəriyyəni bir qədər genişləndirsə də, yenə də uşağın yalnız öz ana dilini deyil, düşdüyü mühitdən asılı olaraq istənilən dili necə mənimsəyə bilməsini tam şəkildə izah etmir. O, belə bir fikri deməklə kifayətlənir ki, dillərin əsasını təşkil edən qrammatik prinsiplər anadangəlmə və dəyişməzdir və dünya dilləri arasındakı fərqlər beyində keçidlərlə müqayisə oluna bilən parametrik mexanizmlər baxımından izah edilə bilər. Əslində, bu hələ XVII əsrin ikinci yarısında “Por-Royal qarammatikası” və ya “Ümumi rasional qrammatika”nın müəllifləri A.Arno və K.Lanslonun universal qrammatika haqqında fikirlərinin dolayı şəkildə təsdiqidir.
N.Xomskinin dilin mənimsənməsinin anadangəlmə qabiliyyət olması fikrini qəbul edərək, uşağın istənilən dili necə mənimsəyə bilməsini, fikrimcə, belə şərh etmək olar: Uşaq doğulduqda onun genetik proqramında dünyanın bütün dillərinin strukturları artıq kodlaşdırılmış olur. Sonra uşaq hansı dil mühitinə düşürsə, onun beynində həmin dilin strukturları aktivləşir. Eyni zamanda bir neçə dil mühitinə düşmüş uşağın həmin dillərin hər birini təbii şəkildə mənimsəyə bilməsini də məhz bununla izah etmək olar. Başqa dil mühitinə düşmüş yetkin insan belə, həmin dili elə bu səbəbdən, asanlıqla mənimsəyə bilir.
Etiraf edək ki, bizim genetik proqramımızda dil ilə yanaşı, kodlaşdırılmış xeyli başqa anadangəlmə “qabiliyyət”lərimiz də vardır. Münbit mühitə düşdükdə həmin “qabilyyət”lərimiz dərhal özünü büruzə verir. Məsələn, yaltaqlıq, badalaq vurma, paxıllıq, məsxərəyə qoyma, fürsətcillik belə “qabiliyyət”lərimizdəndir.
Ayrı-ayrı fərdlərə və qruplara xas olan qabiliyyətlərimiz, xüsusiyyətlərimiz də vardır. Məsələn, mən universitetdə təhsil alarkən hər gün müxtəlif dillər üzrə mətnlərdən seçdiyim iki yüzdən çox sözü yadda saxlaya bilirdim. Qalın dəftərlərdə yazılmış və hər ilin sonunda bir neçə belə dəftərdə toplanmış minlərlə sözün hansının hansı dəftərdə və hansı səhifədə olduğu göz yaddaşımda həkk olunduğundan onları dərhal tapa bilirdim.
Qulaq yaddaşım isə zəifdir. Lakin başqasının nitqini gözlərimi yumaraq dinlədikdə bu yaddaşım ciddi şəkildə güclənir. Tərcüməçi kimi fəaliyyət göstərdiyim rəsmi danışıqlarda çəkilmiş foto-şəkillərimin çoxunda gözlərimin yumulu olması da bu səbəbdəndir.
Bütün bunları AMEA-da keçirilmiş tədbirdən alimlərin çəkilib montaj edilmiş və sosial şəbəkələrdə paylaşılmış foto-şəkillərini gördükdən sonra xatırladım. Tədbirdə kimlərsə doğrudan da yatmış ola bilər. Lakin bunu bütün alimlərin adına yazaraq onları məsxərəyə qoymuş paparassilər həmin alimləri lazımınca tanıyırmı, onların iclasda gözlərini nə üçün yumduqlarını bilirmi?! Paparassilərin, məsələn, foto-şəkilləri paylaşılmış Əkrəm Bağırovun, Qəzənfər Paşayevin Azərbaycan ədəbiyyatı üçün etdiklərindən xəbəri vardırmı, yoxsa onlar üçün bu alimlərin gözlərinin yumulu olması daha maraqlıdır?!
Hansı müxbir ictimaiyyət üçün AMEA-nın institutlarında, məsələn, şöbə müdirinin 700-800 manat arasında məvacib aldığı, nə qədər alimin təqaüd yaşına çatsa da, hələ kirayədə yaşadığı, kitabxanalarda araşdırmalar aparmaq əvəzinə, əməkdaşların stolların sayı onların sayından az olan otaqda 8 saat oturmağa məcbur qaldığı, ölkədə elmin inkişafı üçün nə qədər vəsait ayrıldığı barədə yazılar paylaşır?!
Elm çətin sahədir. Bu sahədə əzmlə çalışanlar, elm fədailəri ilə yanaşı, əlbəttə, buraya ad naminə soxulmuş, təsadüfi insanlar da vardır. İsmin hallarını bilməyən test akademikləri, müxtəlif ölkələrin ictimai akdemiyalarından 100 dollara alınmış diplomla özünü akademik elan etmiş “alimlər”, xarici universitetlərdən əldə edilmiş saxta diplomlu elmlər doktorları, professorlar da yox deyildir. Bu, cəmiyyətimizin acı reallığıdır, lakin heç də bütün alimləri məsxərəyə qoymağa əsas vermir.
Aliminə qiymət verməyən, onu hörmətsiz edən cəmiyyətin gələcəyi yaxşı heç nə vəd etmir. Elm alim üçün deyil, məhz elə cəmiyyət üçündür. Cəmiyyət alimindən faydalanmalı, onun öyrəndiklərindən öyrənməlidir. Bizim cəmiyyətimiz isə alimini sanki özündən hesab etmir. Halbuki Məhəmməd peyğəmbərin (صلی الله علیه و آله و سلم) dediyi اطلب العلم من المهد الى اللحد /Utlub-al’ilma min- al-mahdi ila-l-lahdi/ ‘Beşikdən məzara qədər elm öyrən’ kəlamı cəmiyyətin şüarı olmalıdır.
Həbib Zərbəliyev - dilçi-alim 
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Kubadan atışmada yaralananlara konsulluq çıxışı istəyib - "Axios"
Bu gün, 07:44
Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: - ölkə parçalana bilər
Bu gün, 07:42
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr... – Qrant sistemində nə baş verir?!
Bu gün, 07:37
Ermənistanda hərbçinin cəsədi tapıldı − Saxlanılan var
Bu gün, 07:33
Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?.. - ARAŞDIRMA
Bu gün, 07:30
Gömrük Komitəsində GİZLİ SÖVDƏLƏŞMƏ - BU NƏDİ BELƏ?
Bu gün, 07:28
Paşinyan, saxtalaşdırma və Aİ-nin dəstəyi – Bütün kartlar bir-birinə qarışıb
Bu gün, 06:58
Azərbaycanda kişilər üçün də sığınacaq var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
AYNA-dan növbəti "cızma-qara" - Piyada ilə velosipedçini eyni zolağa "sıxdılar"
Bu gün, 06:50
Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb - KİV
Bu gün, 06:46
Efirlərə dava açan Səidə Sultan qələbəsini qeyd edir - FOTO
Bu gün, 06:44
Ermənistan Rusiyaya qapıları tamamilə qapatmadığını göstərir - ŞƏRH
Bu gün, 06:41
Şamaxıda oğul ögey anasını qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 06:25
Əliyevin itirmədiyi inamı... - və yaxud YUBADILAN SƏRƏNCAM
Bu gün, 06:13
"Azərbaycan ordusu Ermənistanın da suverenliyini bərpa etdi" - partiya sədri
Bu gün, 06:04
"Yatsalar, yaxşıdır: yoxsa yemək istəyirlər, pul istəyirlər..." - Xeyrəddin Qoca
Bu gün, 06:00
Uzaqda dayanan və görünən adam - Qəşəm Nəcəfzadə yazır...
Bu gün, 05:52
Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim? - REAKSİYA
Bu gün, 05:44
AZƏRİQAZ-ın sayğac dəyişmə HOQQASI - GİLEY
Bu gün, 05:13
Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR - "Bizə elminiz zərrə qədər də lazım deyil"
Bu gün, 05:01
Almaniya iqtisadiyyatı BATIR! - Bu dəfə gerçəkdən...
Bu gün, 04:49
Tanınmış yazıçı nazirə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...
Bu gün, 04:45
Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ - "Müdrik ola bilməyəcəksən..."
Bu gün, 04:37
Zaxarova həmişəki kimi... yenə də nə çərənləyir belə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:23
Ramiz Mehdiyevin biznesi əlindən alınmayıb! - BU DA FAKT...
Bu gün, 04:15
Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 04:05
Tehran artıq mümkün müharibəyə hazırlaşır - AKTUAL
Dünən, 19:00
“Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın” - ETİRAZ
Dünən, 18:51
75 yaşını tamamladı, işdən getmək üçün raport yazdı - Xahiş edib ki...
Dünən, 18:30
Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: - İrəvan Zəngəzur dəhlizini Kremlə qarşı “geopolitik silaha” çevirir
Dünən, 18:26
Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
Dünən, 18:06
Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək - 3 MİLYONLUQ LAYİHƏ
Dünən, 18:05
“Mənə “boz kardinal” desəydilər, özümü öldürərdim”
Dünən, 18:01
Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı - KİV
Dünən, 17:59
Yeni Zəngəzur hesabatı: Bakı-Qars tarix olur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
Dünən, 17:23
Neftçala RİH-in kotirovka sorğusu ləğv olundu
Dünən, 17:01
Tehranın ittihamları səngimir: - “Azərbaycan NATO ilə yaxınlaşır”
Dünən, 16:58
İran Cənubi Qafqazda dəyişikliyə qarşıdır - Nəsirzadə
Dünən, 16:40
Rusiya Ermənistandakı seçkilərə "əl qatır" - GƏLİŞMƏ
Dünən, 16:35
Bu cəzaları bilsəniz, internetdə kimisə təhqir etməzsiniz - Vəkildən ŞƏRH
Dünən, 16:22
Avropa ölkələrinə girişi qadağan edilən general Bakıya niyə gəlibmiş? - İLGİNC
Dünən, 16:17
İran müharibə istəmir, amma həm də hazırdır - ŞƏRH
Dünən, 16:14
İcra hakimiyyətləri işlək vəziyyətdə deyil: Ləğv olunmalıdırmı? - AKTUAL
Dünən, 16:11
Ramiz Əzizbəylinin xanımı vəfat etdi
Dünən, 16:09
3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ - "İndiyədək 6 dəfə məhkəmə olub"
Dünən, 16:02
“Kembric”in məzunu olan şirkət rəhbəri yenidən məhkəmə qarşısında çıxarıldı
Dünən, 16:00
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, rubl qarşısında kəskin zəifləyib - TƏFƏRRÜAT
Dünən, 15:53
Vens Bakıya buna görə gəlmişdi - Boçorişvili
Dünən, 15:50
Juninyo "Qarabağ"a daha 1 milyon qazandırdı
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru