"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 9900069391) açıq tender elan edir.
"DİA-AZ" xəbər verir ki, tenderin predmeti Ağdərə rayonunun Zəylik, Ballıqaya, Çardaqlı və Maqrelelay yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təminatı işləridir. Ehtimal olunan qiymət 3 095 425 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 8 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Namik Heybətov - şöbə müdiri
[email protected]
+994 12 440 39 93 (9219)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 8 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065 ünvanına təqdim edə bilərlər.









