Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                     “Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib .....                     Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? .....                     Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... .....                     Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR .....                     8 noyabra doğru "kiçik" addımlar... .....                     "220 manat pensiya ilə 5 nəfər dolanar?" .....                     Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir .....                     Əgər Qarabağ qaziləri də incidilirsə... .....                     “Monqol əti” genetikamıza necə təsir edəcək? .....                     Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... .....                     "Bu, ümumiyyətlə, anlaşılan deyil..." .....                     SEPAH və Fransa katolikləri nədən narahatdır? .....                     Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı .....                     "NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" .....                     "Bundan sonra yaxşı eşidəcəm..." .....                     “Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı .....                     ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər .....                     Azərbaycan Zəfər Gününü qeyd edir .....                     Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                 

Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Tarix: Bu gün, 10:46 | Çap et

Moldova hökuməti Kişinyovdakı Rus Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hakimiyyət orqanları mərkəzi “Kremlin hibrid aləti” kimi təqdim edir.

Moldova hökuməti Rusiya ilə 1998-ci ildə mədəniyyət mərkəzlərinin yaradılması məqsədilə bağlanmış müqaviləni ləğv edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin qüvvəyə minməsi üçün indi parlament tərəfindən təsdiqlənməlidir. Moldova Mədəniyyət Nazirliyi bu addım üçün mövcud geosiyasi vəziyyəti və dezinformasiya risklərini qeyd edib. Bəyanatda Rusiyada Moldova mədəniyyət mərkəzinin mövcud olmadığını, buna görə də mədəni təbliğat üçün ədalətli mexanizmin olmadığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov qərarı “təəssüflə qarşıladıqlarını” bildirib və əlavə edib ki, “Moldova rəhbərliyi Rusiya ilə bağlı hər şeyi rədd edərək düşmənçilik siyasəti yürüdür”.

Peskov bildirib ki, bu cür yanaşma Moldova əhalisinin əhəmiyyətli hissəsinin maraqlarına ziyan vurur: “Moldova rəhbərliyinin ölkəmizə qarşı düşmənçilik etməyə, ölkəmizlə əlaqəli hər şeyi inkar etməyə davam etməsi, əhalinin əhəmiyyətli bir hissəsinin, bəlkə də, əksər hissəsinin maraqlarına xələl gətirməsi çox təəssüf doğurur. Bu, çox pisdir. Yalnız təəssüf ifadə etmək olar”.

Rusiyanın beynəlxalq əməkdaşlıq agentliyi olan “Rossotrudniçestvo” hələlik Moldovadan heç bir rəsmi bildiriş almadığını və “Rus Evi”nin normal fəaliyyətini davam etdirdiyini bildirib.

Kişinyovda Rusiya Elm və Mədəniyyət Mərkəzi (Rus Evi) 2009-cu ildə açılıb. Onun fəaliyyətlərinə rus mədəniyyətinin, təhsilinin və elminin təşviqi, rus dilinin statusunun gücləndirilməsi və gənclərin mübadilə proqramlarının təşkili daxildir. Mərkəzin bağlanması tələbi 2025-ci ilin fevralında dronların Moldovanın hava məkanını pozmasından sonra artıb. Moldova hakimiyyəti dronların Rusiyaya məxsus olduğunu bildirsə də, Moskva bu ittihamı rədd edirdi.

Məlumdur ki, “Rus evi” Bakıda da bağlanıb. Ancaq “Rossotrudniçestvo” ilə Azərbaycan hökuməti onun fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparır. Bu barədə ötən ay agentliyin rəhbər müavini Pavel Şevtsov “RİA Novosti”yə açıqlama verib. Şevtsovun sözlərinə görə, tərəflər konsensus tapmaq üçün əlaqə saxlayır və Rusiya ümid edir ki, Prezident Vladimir Putin və Prezident İlham Əliyev arasında keçiriləcək görüşün nəticəsində məsələ müsbət həllini tapacaq.

Son illər postsovet məkanında Rusiya ilə bağlı mədəni-humanitar layihələrə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Kreml tərəfindən “yumşaq güc” aləti kimi formalaşdırılan “Rus evləri” artıq bir çox ölkədə siyasi mübahisələrin və ictimai narazılıqların mərkəzinə çevrilib. Ukraynada müharibənin başlanmasından sonra bəzi dövlətlər bu qurumların fəaliyyətini milli təhlükəsizlik üçün risk kimi qiymətləndirirlər. “Rus evi” adlanan mərkəzlərin rəsmi məqsədi mədəniyyət, təhsil və dil sahəsində əməkdaşlığı təşviq etmək olsa da, onların siyasi və ideoloji təsir vasitəsinə çevrildiyi barədə fikirlər güclənib. Bu tendensiya təkcə, Avropa İttifaqına üzv dövlətlərdə deyil, Cənubi Qafqaz və Şərqi Avropa regionunda da müşahidə olunur. Xüsusilə, Azərbaycanın, Gürcüstanın və Moldovanın son qərarları göstərir ki, region ölkələri öz informasiya və ictimai məkanlarını xarici təsirlərdən qorumağa çalışırlar.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov vurğuladı ki, “rus evi” nin müxtəlif dövlətlərdə fəaliyyəti artıq neqativ qarşılanır, qəzəbə səbəb olur. “Yeni Müsavat”a açıqlamasında ekspert diqqətə çatdırdı ki, dövlətlər “rus evi”ni bağlamaqla qalmır, hətta qanunvericilik müstəvisində fəaliyyəti qadağan edilir: “Maraqlıdır ki, Azərbaycanda ”rus evi"nin bağlanmasından sonra müxtəlif ölkələrdə proses genişləndirildi. Moldova hökuməti “rus evi”nin fəaliyyətini qəbul etmir. Hətta Kişinyovdakı Rus Mədəniyyət Mərkəzinin bağlanmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Moldovanın hazırkı siyasi esteblişmenti tamamilə Rusiya əleyhinə mövqedədir və Moldova prezidenti Maya Sandunun tərəfdarları dəfələrlə Rusiya əleyhinə bəyanatlarla çıxış ediblər. Son seçkilər kifayət qədər gərgin keçdi, hətta Rusiya seçkilərin nəticələrinə təsir gücünü özündə saxlamaq üçün əlindən gələni etdi. Lakin Sandunun daxildəki güclü tərəfdarları və elektoratı ona yenidən etimad göstərdilər".

Ekspertin sözlərinə görə, maraqlıdır ki, Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında görüşdən sonra münasibətlərin normallaşması barədə fikirlər söylənir: “Hazırkı reallıqda münasibətləri bərpa etmək üçün addımların atılması gözlənilir. Lakin əminliklə söyləmək olar ki, ”Rus evi", yaxud ona bənzər hər hansı institutlar, humanitar təşkilatlar yaradılsa da, əvvəlki dövrdə olan fəaliyyəti həyata keçirə bilməyəcəklər. Azərbaycan buna imkan verməyəcək. Müəyyən adlar altında hansısa təşkilatın yaradılması danışıqlar mövzusudur. Yaxın zamanda Azərbaycanın hər hansı təşkilatın yaradılmasına məqbul yanaşacağını düşünmürəm. Çünki hələ də bir sıra suallar var, ziddiyyətlər qalmaqdadır. Buna baxmayaraq, ikitərəfli münasibətləri yeniləmək önəmli məsələdir. Bütün bu yanaşmalar siyasi gedişatdan, Azərbaycanın prinsipial mövqeyindən, milli-siyasi iradəsindən asılıdır".

Onu da yada salaq ki, Qırğızıstanın Oş şəhərindəki “Rus evi”ndə işləyən Nataliya Sekerina respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Xarici medianın xəbərinə görə, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb. “Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilib”, - deyə məhkəmənin mətbuat xidməti bildirib. “Rus evi” (“Rossotrudniçestvo”) Rusiyanın xaricdəki mədəniyyət və informasiya mərkəzlərini təmsil edən qurumdur. Bu mərkəzlər Rusiya Federasiyasının yumşaq güc siyasətinin bir hissəsi kimi çıxış edir və müxtəlif ölkələrdə rus dilinin, mədəniyyətinin və təhsilinin təbliğinə yönəlib. Lakin son illərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra bu qurumun fəaliyyəti bir sıra ölkələrdə ciddi suallar doğurub və nəticədə bəzi ölkələrdə fəaliyyətinə son qoyulub. Əvvəlki dövrlərdə “Rus evi” bir sıra Avropa ölkələrində də fəaliyyətini dayandırmalı olub. Bu sırada, Sloveniya, Slovakiya, Xorvatiya, Şimali Makedoniya, Monteneqro, Rumıniyanın adını çəkmək olar.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Övladı əsgərliyə gedən DEPUTATLAR
Bu gün, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Bu gün, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Bu gün, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Bu gün, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Bu gün, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Bu gün, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Bu gün, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Bu gün, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Bu gün, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Bu gün, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Bu gün, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Bu gün, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Bu gün, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Bu gün, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Bu gün, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Bu gün, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Bu gün, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Bu gün, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Bu gün, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Bu gün, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Bu gün, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Bu gün, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Bu gün, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Bu gün, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Bu gün, 07:01
Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Bu gün, 06:58
"Bu, ümumiyyətlə, anlaşılan deyil..." - partiya sədri
Bu gün, 06:52
SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı - “Bəzi məqamları açmağın zamanıdır”
Bu gün, 06:44
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" - Generaldan açıqlama
Bu gün, 06:35
"Bundan sonra yaxşı eşidəcəm..."
Bu gün, 06:32
“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı – 44 günlük müharibənin kritik anı
Bu gün, 06:30
ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər - AKTUAL
Bu gün, 06:27
Azərbaycan Zəfər Gününü qeyd edir - MÜQƏDDƏS TARİX...
Bu gün, 06:23
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Dünən, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Dünən, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Dünən, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Dünən, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Dünən, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Dünən, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Dünən, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Dünən, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Dünən, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru