"Hörməti Vüqar müəllim. Məlumat üçün bildirirəm ki, Siyəzən Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqların baş alıb getməsi səbəbindən rayonda vətəndaşların hüquqları kobud şəkildə pozulur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Siyəzən rayon sakini Mabəddin Zeynalov yazaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovdan kömək istəyir.
Müraciətdə deyilir: "Əfsuslar olsun ki, hüquqları pozulan vətəndaşların arasında Qarabağ qaziləri də var. Ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında məmurun ilk vəzifə borcunun xalqa xidmət etmək olduğunu vurğulasada, Siyəzən Müalicə Diaqnostika Mərkəzində nəyin ki, məmurların xalqa xidmət etməsini zaman‐zaman dövlətə və dövlətçiliyə xidmət göstərən şəxslərin hüquqlarının kobud surətdə pozmasının şahidi oluruq. Odur ki, qanuna müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm.
Əgər "TƏBİB" tədbir görməzsə müəssisədə baş verən qanunsuzluqlarla bağlı, məndə olan sənəd və sübutları öz sosial şəbəkə hesablarım vasitəsilə işıqlandıracağam".








