Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                     Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib .....                     Regionda sülh havası güclənir .....                     “Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq” .....                     Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib .....                     AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? .....                     Milli Qəhrəmanların sayı 224-ə çatdı .....                     Azərbaycanlı iş adamına futbolla bağlı .....                     Laçında restoranda İNSİDENT: həbs olunanlar var .....                     Bakıda bu məktəbə yeni direktor təyin olundu .....                     Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili .....                     Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb .....                     9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq .....                     "Mən təkəm, onlar atamın sağlığında olmalı idi" .....                     Həkimsiz və məntəqəsiz kəndlər .....                     “Xəbəri yolda gələndə eşitdim” .....                     “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb .....                     Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir .....                     “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib .....                     Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır .....                     Fond 200 milyon manata mənzillər almaq istəyir .....                     "Ramiz Mehdiyev üçün ən ağır cəza budur" .....                     Əri həbs olunan qadın .....                     Prezidentin Milli Qəhrəman adı verdiyi .....                     Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya .....                     Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb .....                     UNUDULMADI: Milli Qəhrəman adı aldı... .....                     Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib .....                     Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub .....                     Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib .....                     Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib .....                     Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib .....                     "Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi! .....                     Pəncəli Teymurova Milli Qəhrəman adı verilib .....                     Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib .....                     "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi .....                     Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... .....                     “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                 

Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Tarix: Bu gün, 21:04 | Çap et

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Dövlətin gücü, Xalqın birliyi, Lider əzminin vəhdəti - möhtəşəm Zəfərimiz” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, veteranlar, idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər tariximizə həsr olunmuş film və kitab sərgisi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpası oldu. Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək xalqımızın birliyi, dövlətimizin gücü, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı xalqın milli iradəsini ifadə etdi və qələbə ruhunun simvoluna çevrildi. Müharibə günlərində onun qətiyyətli mövqeyi, hər gün xalqa ünvanladığı mesajlar, beynəlxalq müstəvidə apardığı mübarizə ordumuzun uğuruna böyük dəstək verdi. Azərbaycan lideri sözlə əməli birləşdirərək xalqı Zəfərə apardı. Dövlət başçımızın düşünülmüş, uzaqgörən, sarsılmaz milli birlik və həmrəylik siyasətinin əhalimizin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi sayəsində Azərbaycan xalqı və dövləti bütün risklərdən, təhlükələrdən qoruna bilmiş, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamaqdadır.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. M.Alıyev vurğulayıb ki, 2025-ci ildir və xalqımız tarixi, qürurverici bir hadisənin, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin 5 illiyini qeyd edir. 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən mübarizə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xalqın və dövlətin birliyi, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi və ordumuzun şücaəti nəticəsində 44 günlük haqq savaşımız böyük Zəfərlə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müharibədən əvvəlki illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə sistemli və məqsədyönlü siyasət yürüdərək, gələcək Zəfərin təməlini yaratdı. 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin başçısı həm cəbhədə qazanılan hərbi uğurların siyasi müstəvidə təsdiqlənməsini təmin etdi, həm də diplomatik meydanda Azərbaycanın mövqelərini möhkəmləndirdi. Dövlət başçısının hər bir çıxışı, beynəlxalq mediaya verdiyi müsahibələr və xalqa müraciətləri müharibənin informasiya cəbhəsində parlaq bir qələbəsi oldu. Ermənistanın Kapitulyasiyası tarixi ədalətin bərpası oldu. 2020-ci il 10 noyabr tarixində Ermənistanın kapitulyasiya sənədinə imza atması, cənab Prezident İlham Əliyevin siyasi və strateji zəfərinin məntiqi nəticəsi oldu. Bu sənəd 30 ilə yaxın davam edən işğalın sonunu, BMT qətnamələrinin icrasını və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi. Bu tarixi hadisə, təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Zəfər tariximizin ən müqəddəs səhifəsi şəhidlərimizin qanı ilə yazıldı. Azərbaycan Ordusunun minlərlə qəhrəman oğlu Vətən torpaqları uğrunda canından keçdi, yüzlərlə qazimiz canından keçərək bu qələbənin memarına çevrildi. Bu gün onların hər biri xalqın yaddaşında əbədi qəhrəmanlıq simvolu kimi yaşayır. Xalq öz liderinin ətrafında sıx birləşdi, hər bir azərbaycanlı ön cəbhədə döyüşən əsgərlə eyni səngərdə dayandı, hamı bir amal uğrunda, Vətən uğrunda birləşdi. Bu birliyin gücü, cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın ən böyük sərvətidir. Məhz bu həmrəylik ölkəmizi Qələbəyə, sonra isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı. Bu gün Zəfər tarixinin beşinci ilində Azərbaycan gələcəyin parlaq səhifəsini yazır. Zəfərin 5 illiyi təkcə hərbi qələbənin ildönümü deyil, həm də müstəqil dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və liderimizin qətiyyətli iradəsinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan bu gün regionda sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Bu Qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı üçün azadlıq, müstəqillik və torpaq sevgisi əbədidir.

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı hərb tarixinin əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Dövlət başçısının yorulmaz fəaliyyəti ilə erməni yalanları bütün dünyada ifşa edildi, Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə qəbul edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, taleyüklü arzusunun gerçəkləşməsidir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib Azərbaycan xalqının vətəndaşı, Azərbaycan Ordusunun sıralarında xidmət edərək şanlı zəfərin qazanılmasında payı olan bir qazi kimi qürur dolu anlardan söhbət açıb, xatirələrini bölüşüb. S.Çobanov bildirib ki, qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaq, unudulmaz dastan yazanlar, Vətən uğrunda şəhid olanlar unudulmayacaq.

Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın Vətən müharibəsi zamanı qələbə qazanması, işğal altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşlər apardı və böyük Zəfəri Azərbaycan xalqına yaşatdı. Xalqımızın əzmi və iradəsi, gücü, xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

Vətən müharibəsi şəhidi, ölümündən sora ölkə başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək bildirib ki, bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiram, diqqət və qayğı göstərir, ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Məhz bu gün də bu sahədə dövlət başçısının müvafiq göstərişlərinə əsasən ardıcıl olaraq yüksək səviyyədə işlərin aparılması şəhid və əlil ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfələr verir.

Bakı Dövlət Universitetinin Qazax flialının mətbuat xidmətinin rəhbəri Elçin Məmmədov (İsmayıl) çıxış edərək bildirib ki, 44 gündə qazandığımız Zəfər Azərbaycanın müasir tarixində dövlətin gücü, xalqın birliyi və lider əzminin vəhdətini nümayiş etdirdi. Bu gün Azərbaycan artıq öz suverenliyini yalnız kağız üzərində deyil, real ərazilərində tam şəkildə bərpa etmiş bir dövlətdir. Qarabağda, Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üçrəngli bayraq bu həqiqətin canlı simvoludur. O çətin illərdə Ulu Öndər Heydər Əliyevin “Biz qayıdacağıq, mütləq qayıdacağıq!” sözləri xalqın qəlbində bir inam çırağı kimi yandı. Bu sözlər təkcə siyasi bəyanat deyildi, bu, xalqın mənəvi dayaq nöqtəsinə, Zəfərə aparan yolun başlanğıcına çevrildi. Və zaman göstərdi ki, bu əzəmətli vəd gerçəkliyə çevrildi. Azərbaycan xalqı doğma Qarabağa müzəffər ordu ilə qürur və ləyaqətlə qayıtdı.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Lalə Quluyeva çıxış edərək bildirib ki, milli qüdrətin və tarixi ədalətin təntənəsi, suverenliyin bərpası, qürur dolu beş il. Tarix baxımından qısa, amma bir xalqın yaddaşında bütöv bir əsr qədər dərin iz buraxan bir zaman kəsimi. 2020-ci ilin payızında Azərbaycanın müasir tarixi yeni bir səhifə açdı - Zəfər salnaməsi. Bu, yalnız hərbi qələbə deyildi - bu, milli qürurun, dövlətçilik ideyalarının, Azərbaycan xalqının haqq səsinin dünyaya bəyanı idi.
Beş il keçir. O illərin acısı, həyəcanı və sevinci yaddaşımızdan silinməyib. Biz həmin günləri unutmuruq və unutmayacağıq. Çünki bu zəfərin təməlində canını fəda edən şəhidlərimizin müqəddəs qanı dayanır. Onların fədakarlığı, qazilərimizin igidliyi və xalqımızın dəmir iradəsi tariximizin ən şanlı səhifəsini yazdı.

Bakı Dövlət Universitetinin Qazax flialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı ölkə başçısının müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tarixi qələbəmizdir. Xalqımız öz Vətəninə bağlılığını, Vətəni, torpağı üçün canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Topraqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Böyük Qələbəmizlə başa çatan Vətən müharibəsində mərd oğullarımız Zəfər tariximizi öz qanları ilə yazdılar, canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlığı Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Bu gün, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Bu gün, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Bu gün, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Bu gün, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Bu gün, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Bu gün, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Bu gün, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Bu gün, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Bu gün, 17:16
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Bu gün, 17:09
9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq - ŞOK VİDEO
Bu gün, 17:07
"Mən təkəm, onlar atamın sağlığında olmalı idi"
Bu gün, 17:01
Həkimsiz və məntəqəsiz kəndlər - Kimin ümidinə qalıb?
Bu gün, 16:54
“Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası
Bu gün, 16:52
“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:49
Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir - GƏLİŞMƏ
Bu gün, 16:47
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTO
Bu gün, 16:43
Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır
Bu gün, 16:41
Fond 200 milyon manata mənzillər almaq istəyir - DETALLAR
Bu gün, 16:40
"Ramiz Mehdiyev üçün ən ağır cəza budur" - ŞOK AÇIQLAMA
Bu gün, 16:39
Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
Bu gün, 16:37
Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ
Bu gün, 16:31
Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya
Bu gün, 16:29
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb - FOTO
Bu gün, 16:25
UNUDULMADI: Milli Qəhrəman adı aldı... - İlk hərbi təyyarəçimiz...
Bu gün, 16:20
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib - ADLAR
Bu gün, 16:19
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:17
Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bu gün, 16:16
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 16:15
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib - SİYAHI
Bu gün, 16:12
"Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi!
Bu gün, 16:10
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
Bu gün, 16:08
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 16:00
"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45
Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru