Maliyyə Nazirliyinin dövlət büdcəsinə gələn il üçün etdiyi dəyişiklərin yaratdığı mənfi təəssürat bitər-bitməz daha bir qurumdan anoloji xəbər gəldi. "DİA-AZ" bildirir ki, burada söhbət SOCAR "Azəriqaz" İstehsalat Birliyindən gedir.
Sahil Babayevin büdcə qısıtlaması "Azəriqaz"da da öz əksini tapmış olacaq. Bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşıb. Dərd orasıdır ki, yenə də bütün "İSLAHATLAR" məhz sıravi işçinin başında çatlayır...
M.Qəhrəmanlı yazır:
"Aldığım məlumatda deyilir ki, “Azəriqaz” İB-nin rayon qaz istismar sahələrində ləğv edilmiş telefon rabitəsi (rabitəçi) ştatı hesabına, 30 000 abonenti olan rayonlara 4 növbətçi usta, 30 000-dən yuxarı abonenti olan rayonlara isə 8 usta ştatı ayrılmışdır. 2026-cı ilin yanvar ayından etibarən həmin ştatların IV dərəcəli əməliyyatçı-dispetçer ştatları ilə əvəz edilməsi planlaşdırılır .













