Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                     “Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib .....                     Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? .....                     Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... .....                     Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR .....                     8 noyabra doğru "kiçik" addımlar... .....                     "220 manat pensiya ilə 5 nəfər dolanar?" .....                     Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir .....                     Əgər Qarabağ qaziləri də incidilirsə... .....                     “Monqol əti” genetikamıza necə təsir edəcək? .....                     Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... .....                     "Bu, ümumiyyətlə, anlaşılan deyil..." .....                     SEPAH və Fransa katolikləri nədən narahatdır? .....                     Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı .....                     "NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" .....                     "Bundan sonra yaxşı eşidəcəm..." .....                     “Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı .....                     ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər .....                     Azərbaycan Zəfər Gününü qeyd edir .....                     Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                 

Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 06:58 | Çap et

“Cənubi Qafqazda sülh gündəliyinin formalaşdığı, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişənin yekun həll mərhələsinə yaxınlaşıldığı bir vaxtda, İrəvandan gələn bəyanatlar yenidən suallar doğurur. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyanın son açıqlaması bu baxımdan xüsusi diqqət çəkir. Karen Andreasyan bildirib ki, Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırılan iddiaların heç biri geri götürülməyib və bu məsələ hazırda müzakirə predmetinə çevrilməyib”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan “Sülhün yaradılması və dövlətlərarası münasibətlər haqqında paraflanmış Saziş”in mətninə əsasən, saziş qüvvəyə mindikdən bir ay sonra tərəflər beynəlxalq məhkəmələrdəki qarşılıqlı iddialarını geri götürməyi, yeni iddialar qaldırmamağı və üçüncü ölkələrdə başlanan hüquqi proseslərə qoşulmamağı öhdələrinə götürürlər: “Bu sənəd sülh prosesinin mühüm hüquqi təminatı hesab olunurdu. Karen Andreasyanın açıqlaması Ermənistan hökumətinin daxili institutları arasında koordinasiya və qərarvermə mexanizmlərindəki uyğunsuzluqları bir daha üzə çıxarır. Nümayəndə açıq şəkildə bildirib ki, ofisinə iddiaların geri götürülməsi ilə bağlı heç bir təklif daxil olmayıb və bu istiqamətdə hökumətdən və ya Milli Məclisdən heç bir təlimat almayıblar. Bu isə onu göstərir ki, Ermənistan hələ də beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı yönəlmiş iddialarını siyasi alət kimi saxlamaqda maraqlıdır”.

“Əslində, bu, Paşinyan hökumətinin ikiüzlü siyasətinin göstəricisidir: bir tərəfdən Vaşinqton və Brüssel kimi vasitəçilərin iştirakı ilə sülh müqaviləsinin paraflanmasına razılıq verir, digər tərəfdən isə daxildə revanşist qüvvələrin təzyiqi altında geri addımlar atmamaq görüntüsü yaradır. Andreasyanın bəyanatı da məhz bu siyasi balansın qorunmasına hesablanmış addım kimi görünür.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında sülhün möhkəmləndirilməsinə dair mühüm bəyannamə imzalanmışdı. ABŞ Prezidenti çıxışında Ermənistanın 741 nömrəli marşrut üzrə ABŞ-a 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verdiyini, bunun da Naxçıvanla Azərbaycanın quru əlaqəsini bərpa etmək üçün mühüm vasitə olacağını vurğulamışdı.

Bu bəyannamə regionda geosiyasi balansı dəyişən bir hadisə kimi qiymətləndirilir. Ermənistanın bu layihə çərçivəsində əməkdaşlığa razı olması, əslində, onun iqtisadi və infrastruktur asılılığını daha da dərinləşdirir. Belə bir şəraitdə İrəvanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaları saxlamaq istəyi sülh və əməkdaşlıq prinsiplərinə ziddir”-deyə politoloq qeyd edib.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son verilməsi barədə birgə müraciət imzalaması da regionda yeni siyasi reallığın qəbul edildiyini göstərir. Bu qərar uzun illər Cənubi Qafqazda status-kvonu qoruyan mexanizmlərin artıq aktuallığını itirdiyini sübut edir” deyən politoloq bildirib ki, Minsk Qrupunun bağlanması ilə beynəlxalq vasitəçilik mexanizmi tamamilə yeni mərhələyə daxil olub. Bundan sonra məsuliyyət bilavasitə region dövlətlərinin üzərinə düşür. Lakin Ermənistanın məhkəmə iddialarını saxlamaqda israr etməsi bu məsuliyyətdən yayınmaq cəhdidir və sülh prosesinin ruhuna zidd addımdır”-deyən Nicat İsmayılov vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh müqaviləsi yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və qeyri-müdaxilə prinsipləri əsasında mümkündür.

“Azərbaycan üçün əsas məqsəd 30 illik münaqişənin tam hüquqi yekunlaşması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasıdır. İrəvan isə bu prosesdə zaman-zaman qeyri-sabit mövqe nümayiş etdirərək, daxili siyasi təlatümləri və xarici təsirləri bəhanə gətirir. Andreasyanın açıqlaması da həmin qeyri-sabitlik xəttinin davamıdır. Ermənistan sülhün məsuliyyətini artıq dərk etməlidir. Regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan real siyasi iradə nümayiş etdirməli, sülh müqaviləsinin şərtlərinə tam əməl etməli və beynəlxalq məhkəmələrdəki iddiaları dayandırmalıdır. Bu, həm Ermənistanın öz maraqlarına, həm də Cənubi Qafqazda uzunmüddətli təhlükəsizliyə xidmət edəcək.

Əks təqdirdə, Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları və sülhə qarşı müqaviməti onu beynəlxalq arenada etibarsız tərəf kimi təqdim edəcək. Azərbaycan isə regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın bərqərar olması üçün prinsipial və ardıcıl siyasətini davam etdirəcək”-deyə politoloq vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Övladı əsgərliyə gedən DEPUTATLAR
Bu gün, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Bu gün, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Bu gün, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Bu gün, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Bu gün, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Bu gün, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Bu gün, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Bu gün, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Bu gün, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Bu gün, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Bu gün, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Bu gün, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Bu gün, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Bu gün, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Bu gün, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Bu gün, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Bu gün, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Bu gün, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Bu gün, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Bu gün, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Bu gün, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Bu gün, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Bu gün, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Bu gün, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Bu gün, 07:01
Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Bu gün, 06:58
"Bu, ümumiyyətlə, anlaşılan deyil..." - partiya sədri
Bu gün, 06:52
SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı - “Bəzi məqamları açmağın zamanıdır”
Bu gün, 06:44
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" - Generaldan açıqlama
Bu gün, 06:35
"Bundan sonra yaxşı eşidəcəm..."
Bu gün, 06:32
“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı – 44 günlük müharibənin kritik anı
Bu gün, 06:30
ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər - AKTUAL
Bu gün, 06:27
Azərbaycan Zəfər Gününü qeyd edir - MÜQƏDDƏS TARİX...
Bu gün, 06:23
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Dünən, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Dünən, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Dünən, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Dünən, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Dünən, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Dünən, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Dünən, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Dünən, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Dünən, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru