“Müharibə günlərində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimatla Bakıdan gələn təlimat eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
“Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə XİN vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”, - nazir bildirib.
Daha ətraflı videomaterialda:








