Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 8-11-2025, 06:49 | Çap et

Ana dili yaşayırsa, etnos da yaşayır. Əlifba isə bu dili inkişaf etdirir, ədəbiləşdirir, elmiləşdirir. Dil inkişaf etmədikcə, tədris olunmadıqca qocalır, assimilyasiya olunur. Nəticədə etnosun lazımsız bir ünsürünə çevrilir.

Panfarsçıların və İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) əlində oyuncağa çevrilən Tehran hakimiyyəti türk dili və mədəniyyətini özünün hədəfi edib. Dünyada, bölgədə, hətta ikitərəfli münasibətlərdə baş verən hadisələri “pantürkçülük”, “panturançılıq” kimi qələmə verməyə, bu yöndə özünə tərəfdarlar axtarmağa çalışır.

Məsələn, Zəngəzur dəhlizinə qarşı təbliğatda canfəşanlığına hələ də ara verməyib. Tehran bu yolu “panturançıların yolu”, “pantürkçülərin dəhlizi” kimi təbliğ edərək, bu dəhlizin əsil strateji mahiyyətini ört-basdır etməyə səy göstərir.

Türklərə qarşı fəaliyyətdə panfarsçılar, fars şovinistləri istənilən varlıqla müttəfiq ola bilir.

Bu, ermənilərin türklərə qarşı düşmənliyinin oxşar və daha hikkəli formasıdır.

SEPAH-ın teleqram kanalı Fransada çıxan “La Croix” qəzetində dərc olunan bir materialı əlində “Osman bayrağı” edərək, yayıb. Həmin məqalədə bildirilib ki, Ankara latın əlifbasından türk dünyasını birləşdirmək və Rusiya təsirinə qarşı alət olaraq yararlanır.

SEPAH-ın yaydığı qəzet materialına əsasən, Türkiyə Mərkəzi Asiyada (Türküstan) türk dilləri üçün ümumi əsas kimi latın əlifbasının yeni versiyasını təsdiqləyib: “Bu addım Rusiyanın təsirini azaltmağa və postsovet məkanında Ankaranın rolunu gücləndirməyə yönəlib”.

“La Croix” “qazlaşdırılmış su” anlamını da verən fransız katolik qəzeti sayılır. Katolik rahiblər tərəfindən 1880-ci ildə təsis etdiyi bu qəzet Fransada gündəlik çıxır. Əvvəlcə jurnal olub. 1883-cü ildən etibarən gündəlik nəşrə çevrilib.

Ancaq deyəsən, SEPAH və fransız katolikləri eyni dərəcədə savadsız, diqqətsizdir.

Ortaq türk əlifbası, yaxud birləşmiş türk əlifbası türk dillərindəki sadə səslər əsas alınaraq Türk Şurası tərəfindən qəbul edilən 34 hərflidir. İndiki Türkiyə türkcəsində 29 hərf var.

2024-cü il sentyabrın 9-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclasında türk dövlətlərinin vahid əlifbasının olması razılaşdırılıb.

Bu əlifba Türk dövlətləri üçün yeni deyil. Başqa sözlə, Türkiyədən köçürmə sayılmır. Çünki Türküstanda da latın qrafikalı əlifba olub.

SSRİ dağılandan sonra Türkiyənin təşəbbüsü əsasında türk dillərinin əsas olduğu yeni yaranmış respublikalarda latın əlifbasının bərpası hərəkatının nəticəsi olaraq, 1991-ci ilin noyabrında İstanbulda türk dilləri üçün vahid əlifbanın hazırlanmasına dair beynəlxalq elmi simpozium keçirilib. Simpoziumda yeni ortaq türk əlifbasının yaradılması müzakirə olunub. Müzakirə əsasında Türkiyə Respublikasında istifadə edilən əlifba əsas götürülüb. Bu əlifbaya digər türk xalqlarının dil xüsusiyyətləri nəzərə alınaraq hərflər əlavə edildi: ä, ñ, q, w, x. Nəticədə əlifba 29-u türk dilindən götürülmüş 34 hərfdən ibarət oldu.

Azərbaycanda bu əlifba yeni deyil. Latın qrafikalı Azərbaycan əlifbası Latın əlifbasının bir modifikasiyasıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı əlifbanın bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.

Bu əlifba ilə Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812–1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Onun əlifba düzəlişinə böyük təsiri olub. Axundov Tbilisidə tərcüməçi kimi fəaliyyət göstərərkən, 1850-ci ildən ona düzəliş etməyə başlamışdı. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdi. Bu düzəliş Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı.

Mütəxəssislərin təhlilinə əsasən, Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncüsü, yazı davamlı olaraq hərflər qırılmadan yazılsa, yazmaq daha da asanlaşar. Bu, oxuculara sözün başlaması və bitməsi məqamlarını tapmağı asanlaşdırar.

1863-cü ildə Axundov İstanbulda Osmanlı Elm Cəmiyyətində öz fikrini irəli sürmüşdü. Onun təklifi türk mətbuatında yeni mübahisələrə səbəb olmuşdu. Türk mətbuatı və alimləri bu islahatın əleyhinə çıxmışdı. Ancaq şair Namiq Kamal bu islahatı dəstəkləmişdi.

Türk dilini saflaşdırmaq və türk leksikonunu ərəb, fars sözlərindən təmizləmək istəməyənlər mübahisəni qızışdırırdılar. Köhnə əlifba tərəfdarları təkcə Azərbaycanda deyil, Osmanlıda da sonda qalib gəldilər. Ən böyük müqavimət isə “müqəddəs Quran ərəb dilində yazıldlğı üçün ərəb dili müqəddəsdir” deyənlər tərəfindən oldu. Sonda Axundov başa düşdü ki, ərəb əlifbasında hətta cüzi dəyişikliklər eləmək mümkünsüzdür. İnstitutdakı arxiv materialları göstərir ki, İran da bu layihənin qəti əleyhinə olmuşdur.

1878-ci ildən Axundov ərəb yazısını dəyişmək cəhdindən əl çəkərək, diqqətini bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirib. O, deyirdi: "Kim istəyirsə ənənəvi ərəb yazısından, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə kiril hərfləri daxil edilməsinə baxmayaraq, Rusiya hökuməti onun tətbiqinə icazə vermədi. Yenə də layihə rədd edildi.

Bununla belə, o, bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə, Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barədə məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firidun bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.

"Molla Nəsrəddin" (1906–1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".

XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid etdi. N. Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.

Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Əvvəllər hər iki əlifba istifadə olunurdu. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın qərarına əsasən RSFSR tərkibində olan bütün türkdilli respublikalar latın qrafikalı əlifbaya keçməli idilər. 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Kütləvi kitab yandırma kampaniyası da bu yazını yaddan çıxartmaq məqsədi güdürdü.

Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən beş il sonra Türkiyə də bu əlifbaya keçdi. Ancaq 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi.

1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanıldı. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub. 1990-cı il avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik, bacarığı nəzərə alınaraq, o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

Bu tarixi faktlar SEPAH və onun Fransadan olan katolik rahib həmkarlarının azı yüz il geridə qaldıqlarını isbatlayır.

Türk birliyi, ortaq türk əlifbası və dili yeni məsələ, yaxud sovetlərin dağılmasından sonrakı hadisə deyil. Heç bu, Rusiyaya, yaxud başqa bir dövlətə və ya mədəniyyətə qarşı da nəzərdə tutulmayıb. Bu, on illərdir bir-birindən ayrı düşmüş türklərin mədəni, elmi birliyinin yaranması üçün nəzərdə tutulan bir addımdır.

Bu, həm də türk millətinin assimilyasiyasının qarşısının alınması üçün görülən tədbirdir.

Azərbaycan Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında Azərbaycan dilinin, türkcəsinin qorunub, inkişaf etməsinin vacibliyini vurğulamaqla da bunu təsdiqləyib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır".

Prezident bildirib ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. O, 10 il əvvəl, AMEA-nın 70 illiyi tədbirində də bu məsələni qaldırdığını vurğulayaraq, vəziyyətdən narahat olduğunu dilə gətirib: "On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər".

Azərbaycan Prezidenti bu məsələ ilə daim məşğul olacağını, lazımı tədbirlər görəcəyini də bildirib.

Bu, dövlət başçısının Azərbaycan dilinin (türkcəsinin) qorunması, inkişafı ilə bağlı etdiyi növbəti çıxışdır, onun dövlət dilinin inkişafı və müdafiəsinə hər zaman diqqət verdiyinin göstəricisidir.

Bu, onun 2022-ci il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışını da yada salır: “Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur...”

Bunu başqasının daxili işinə qarışmaq kimi qiymətləndirənlərə cavab olaraq, Azərbaycan Prezidenti deyib: “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir...”

Dövlət başçısı bu çıxışı ilə Güney Azərbaycan türklərinin assimilyasiyaya məruz qaldıqlarını göstərib.

Dövlət başçısı Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran Prezidenti Məsud Pezeşkianla danışığında tərcüməçiyə ehtiyac olmadığını deməklə ana dilini bilməyin önəminə diqqət çəkmişdi: “Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur...”

Bu faktlar Prezidentin Azərbaycan dilinə, onun daşıyıcılarına diqqətinin nümunəsi də sayıla bilər.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında bildirmişdi: “...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Bu çıxışlar heç bir dövlətə, heç bir etnosa qarşı yönəlməyib. Bu, fars və rus şovinizminin yürütdüyü siyasət nəticəsində assimilyasiya olunmağa məruz qalan Azərbaycan türklərinin öz dilini öyrənməsinə çağırışdır. Bu baxımdan, ortaq türk əlifbası, dili də daha böyük miqyasa aiddir. Odur ki, SEPAH-ın və onun katolik rahib arxadaşlarının türk birliyindən qorxmasına heç ehtiyac duyulmur. Bu, türk düşmənlərinin kölgələrindən hürkdüyünü göstərən növbəti ənənəvi hay-küyüdür.

Sədrəddin Soltan - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru